Quba rayonu Məmməd Cəfərov adına Nütəh kənd ümumi orta ümumtəhsil məktəbi

  • Home
  • Azerbaijan
  • Quba
  • Quba rayonu Məmməd Cəfərov adına Nütəh kənd ümumi orta ümumtəhsil məktəbi

Quba rayonu Məmməd Cəfərov adına Nütəh kənd ümumi orta ümumtəhsil məktəbi Təhsil

09/12/2025

9 dekabr 2025- ci il tarixdə Məmməd Cəfərov adına Nütəh kənd ümumi orta ümumtəhsil məktəbində tədbirlər planına uyğun olaraq görkəmli şairimiz Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş " Elimizin Bəxtiyarı" mövzusunda tədbir keçirildi.
Dövlət Himni səsləndirildikdən sonra məktəbin direktoru və azərbaycan dili və ədəbiyyatı müəllimi xalqa şairi Bəxtiyar Vahabzadənin zəngin və rəngarəng yaradıcılığı haqqında kollektivə geniş məlumat verdilər.
Sonda şagirdlər çəkdikləri rəsmləri nümayiş etdirərək, şeir nümunələri səsləndirdilər.
Tədbirin təşkilində əməyi olanlara təşəkkür edirik!

15 sentyabr 2025- cı il tarixdə Quba rayonu Məmməd Cəfərov adına Nütəh kənd ümumi orta ümumtəhsil məktəbində " Bilik Gün...
15/09/2025

15 sentyabr 2025- cı il tarixdə Quba rayonu Məmməd Cəfərov adına Nütəh kənd ümumi orta ümumtəhsil məktəbində " Bilik Günü"nə həsr olunmuş tədbir keçirildi. Dövlət Himni səsləndirildikdən sonra , bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəb direktoru çıxış edərək şagirdləri göndərişlə gələn ixtisas müəllimləri ilə tanış etdi və 2025- 2026- cı tədris ilində kollektivə yeni nailiyyət və uğurlar arzuladı.
Sonra məktəbin tarix müəllimi Xanım Muxtarova " Konstitusiya və Suverenlik İli" haqqında kollektivə geniş məlumat verdi.
Bir daha kollektiv olaraq bütün həmkarlarımızı və şagirdləri yeni tədris ili münasibəti ilə təbrik edirik.
Hamımıza uğurlu və düşərli olsun.

08/05/2025
Tədbirlər planına uyğun olaraq 8 may 2025-ci il tarixdə Məmməd Cəfərov adına Nütəh kənd ümumi orta ümumtəhsil məktəbində...
08/05/2025

Tədbirlər planına uyğun olaraq 8 may 2025-ci il tarixdə Məmməd Cəfərov adına Nütəh kənd ümumi orta ümumtəhsil məktəbində Ulu Öndərin 102-ci il dönümünə həsr olunmuş tədbir keçirildi.Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra isə məktəbin direktoru və Azərbaycan dili və ədəbiyyatı müəllimi müəllimi İsrafil Qayıbov Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat yolu barəsində kollektivə geniş məlumat verdilər .
Sonda şagirdlər tədbirin məzmununa uyğun şeir parçalarını səsləndirdilər.
Ruhun şad olsun,ey Ulu Öndər!

8 aprel 2025- ci il tarixdə Məmməd Cəfərov adına Nütəh kənd ümumi orta ümumtəhsil məktəbində buraxılış imtahanlarında iş...
09/04/2025

8 aprel 2025- ci il tarixdə Məmməd Cəfərov adına Nütəh kənd ümumi orta ümumtəhsil məktəbində buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin valideynləri ilə görüş keçirildi.
Görüşdə məktəbin direktoru 03.04.2025- ci il tarixdə IV, VI və IX siniflərdə keçirilən monitorinqin nəticələri və IX siniflərdə keçiriləcək buraxılış imtahanlarının hazırlıq səviyyəsi haqqında valideynlərə geniş məlumat verdi.
Valideynlər çıxış edərək belə görüşlərin keçirilməsinin təhsilin keyfiyyətinə müsbət təsir göstərdiyini qeyd etdilər.

Address

Quba

Website

Alerts

Be the first to know and let us send you an email when Quba rayonu Məmməd Cəfərov adına Nütəh kənd ümumi orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share