14/08/2026
Prezident İlham Əliyevin 11 avqust 2026-cı il tarixində Naxçıvana reallaşdırdığı sayca 17-ci rəsmi səfəri çərçivəsində Azərbaycan Televiziyasına (AzTV) verdiyi müsahibə regionun gələcək geosiyasi, iqtisadi və infrastruktur xəritəsini müəyyən edən strateji bəyanatlarla yadda qalmışdır. Dövlət başçısı müsahibəsində Naxçıvanın blokadadan tam çıxarılması, idarəetmə islahatları və qlobal nəqliyyat-enerji habına çevrilməsi planlarını diqqətə çatdırmışdır.