Quba rayonu İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbi

  • Home
  • Quba rayonu İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbi

Quba rayonu İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Quba rayonu İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbi, Middle School, Quba rayonu Qəçrəş kəndi, .

Baharın gəlişini, yenilənməni və ümidləri özündə birləşdirən “Novruz Bayramı” məktəbimizdə böyük sevinc və coşqu ilə qey...
19/03/2026

Baharın gəlişini, yenilənməni və ümidləri özündə birləşdirən “Novruz Bayramı” məktəbimizdə böyük sevinc və coşqu ilə qeyd olundu. Bu əziz bayram münasibətilə hər birinizə sağlamlıq, xoşbəxtlik, bol ruzi-bərəkət və uğurlar arzulayırıq!♥️🌱🙏🏻


17/03/2026

Bu gün şəhidimiz İbrahim Şahmərdanovun doğum günüdür. Onun əziz xatirəsi qəlbimizdə daim yaşayır və yaşayacaq. Vətən uğrunda göstərdiyi qəhrəmanlıq heç zaman unudulmayacaq!

Cənnətdəki doğum günün mübarək!🙏🏻🥀🇦🇿

12.03.2026-cı il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin   tabeliyində fəaliyyət göstərən  STEAM layihəsi tətbi...
13/03/2026

12.03.2026-cı il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən STEAM layihəsi tətbiq olunan ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilmiş “TechNovruz” adlı regional STEAM yarışında məktəbimizi Pərviz Xasmməmmədov və Taleh Həsənovun rəhbərliyi ilə təmsil etmiş şagirdlərimiz - Ramazanov Yusif, Salahova Məryam və Şahmərdanova İzafə II yerə layiq görülmüşlər.
Qazandıqları bu uğur münasibətilə şagirdlərimizi və müəllimlərimizi təbrik edirik!🏆🥈💫✨

08/03/2026


08/03/2026

Dünyanı gözəlləşdirən, gücü və sevgisi ilə həyatı mənalandıran bütün qadınların 8 Mart – Beynəlxalq Qadınlar Günü mübarək!🩷🤗🌷


06.03.2026-cı il tarixində məktəbimizdə “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə mükafatlandırma mərasimi k...
06/03/2026

06.03.2026-cı il tarixində məktəbimizdə “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə mükafatlandırma mərasimi keçirilmişdir. Müxtəlif idman növləri üzrə yarışlarda iştirak edən şagirdlər diplomlarla təltif olunmuşdur.


Məktəbimizdə “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə şahmat və qol güləşi yarışları təşkil edilmişdir.
06/03/2026

Məktəbimizdə “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə şahmat və qol güləşi yarışları təşkil edilmişdir.


02.03.2026-cı il tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr o...
06/03/2026

02.03.2026-cı il tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş qadınlar arasında atıcılıq idman növü üzrə turnir təşkil etmişdir. Turnirdə məktəbimizi təmsil edən ibtidai sinif müəllimimiz Könül Abasova I yerə layiq görülmüşdür. Bu münasibətlə müəllimizi təbrik edir və ona gələcəkdə uğurlar arzu edirik.


03.03.2026 və 04.03.2026-cı il tarixlərində məktəbimizdə “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar idman nai...
06/03/2026

03.03.2026 və 04.03.2026-cı il tarixlərində məktəbimizdə “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar idman nailiyyətləri olan idmançılarla görüş təşkil edilmiş, uşaqların əl işləri nümayiş etdirilmiş və sağlam qidalanma ilə sağlam həyat tərzi mövzuları müzakirə olunmuşdur.


02.03.2026-cı il tarixində məktəbimizdə “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar səhər gimnastikası təşkil ...
06/03/2026

02.03.2026-cı il tarixində məktəbimizdə “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar səhər gimnastikası təşkil edilmiş və idman mövzuları üzrə nümunəvi dərs keçirilmişdir.


Məktəbimizin ibtidai sinif müəllimi Könül Abasova III sinif şagirdləri ilə “Oxu dəqiqələri” çərçivəsində maraqlı dərs tə...
04/03/2026

Məktəbimizin ibtidai sinif müəllimi Könül Abasova III sinif şagirdləri ilə “Oxu dəqiqələri” çərçivəsində maraqlı dərs təşkil edib. Şagirdlər dərs zamanı “Şəkərabad şəhərinin uşaqları” hekayəsini oxuyub, obrazlar və hadisələr barədə müzakirələr aparıblar.


Bu axşam tonqallar yansın, ürəklər isinsin, bütün dərdlər odun içində kül olsun! Evlərinizə işıq, süfrələrinizə bərəkət,...
03/03/2026

Bu axşam tonqallar yansın, ürəklər isinsin, bütün dərdlər odun içində kül olsun! Evlərinizə işıq, süfrələrinizə bərəkət, həyatınıza sevinc gəlsin!

Od Çərşənbəniz mübarək!🔥🤗♥️


Address

Quba Rayonu Qəçrəş Kəndi

AZ4000

Telephone

+994552403052

Website

Alerts

Be the first to know and let us send you an email when Quba rayonu İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share