13/06/2026
Məktəbimizdə "Son zəng" təntənəsi keçirildi!Bu gün Fərhad Həmzəyev adına Digah kənd tam orta ümumtəhsil məktəbində 11-ci sinif şagirdlərimiz üçün ömrün uşaqlıq və məktəb illərinə yekun vuran rəmzi "Son zəng" səsləndi. Məktəb rəhbərliyi, müəllimlər və valideynlərin iştirakı ilə keçirilən tədbirdə məzunlarımızın hazırladığı rəngarəng çıxışlar, musiqi nömrələri və doğma məktəbə həsr olunmuş ürək sözləri dinlənildi.Əziz məzunlarımız! Siz artıq müstəqil həyata böyük və məsuliyyətli bir addım atırsınız. İnanırıq ki, qazandığınız bilik və tərbiyə ilə doğma Azərbaycanımızın adını hər zaman uca tutacaq, gələcək fəaliyyətinizlə məktəbimizin fəxrinə çevriləcəksiniz.Gələcək imtahanlarda və həyat yollarında hər birinizə uğurlar arzulayırıq! Yolunuz açıq, gələcəyiniz parlaq olsun! 🎓🇦🇿 . .