EtihiQazax Rayon komitəsi

EtihiQazax Rayon komitəsi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsi

ETİHİ QAZAX RKXanlıqlar kənd körpələr evi uşaq bağçasının kollektivi Gədəbəy rayonuna səfər ediblər.Səfər zamanı bağçanı...
25/08/2026

ETİHİ QAZAX RK
Xanlıqlar kənd körpələr evi uşaq bağçasının kollektivi Gədəbəy rayonuna səfər ediblər.Səfər zamanı bağçanın kollektivi Gədəbəy rayonunun füsunkar təbiəti ilə tanış oldular.Gəzintidə kollektiv üzvlərinin bir araya gəlməsinə,onların bir-biri ilə ünsiyyət qurmasına imkan yaradıb.Səfərdə iştirak edən ittifaq üzvləri göstərilən diqqət və qayğıya görə Azərvaycan Həmkarlar İttifaqları konfederasiyasına və Azərbaycan Elm və Təhsil işçiləri Həmkarlar İttifaqına öz təşəkkürlərini bildirdilər.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ QAZAX Rayon komitəsi'nin təşkilatlarında fəaliyyət göstərən ilk həmkarla...
19/08/2026

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ QAZAX Rayon komitəsi'nin təşkilatlarında fəaliyyət göstərən ilk həmkarlar təşkilatı sədrlərinin vaxtlarının səmərəli və yaddaqalan Tovuz rayonunun Şəfa istirahət mərkəzinə ekskursiya təşkil olundu.Ekskursiya iştirakçıları onlar üçün yaradılan şəraitdən asudə vaxtlarını səmərəli keçməsi üçün göstərilən diqqət və qayğıdan razı qalaraq Azərbaycan Həmkarlar İttifaqları konfederasiyasının, Elm və Təhsil işçiləri, Həmkarlar İttifaqı Respublika komitəsinin rəhbərliyinə ETİHİ QAZAX RK-nin rəhbərliyinə dərin təşəkkürlərini bildirdilər.

Elm və Təhsil işçiləri Həmkarlar İttifaqıEtihiQazax Rayon komitəsi'nin təşkilatlarından olan Qazax şəhər 6 nömrəli körpə...
17/08/2026

Elm və Təhsil işçiləri Həmkarlar İttifaqı
EtihiQazax Rayon komitəsi'nin təşkilatlarından olan Qazax şəhər 6 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi asudə vaxtlarının səmərəli təşkili məqsədilə Qəbələyə yaddaqalan tur təşkil etmişlər.Səfər iştirakçıları füsunkar təbiət mənzərələri ilə tanış olmuş, həmkarları ilə səmimi vaxt keçirmişlər.Belə səfərlər kollektiv üzvləri arasında həmrəyliyin və qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə, eyni zamanda onların istirahətinin təmin olunmasına töhvə verir.Kollektiv üzvləri bu cür sosial layihələrin davamlı olmasını arzuladılar.Belə tədbirlərin keçirilməsi Həmkarlar İttifaqı üzvlərinin sosial və mənəvi rifahına göstərilən diqqətin,dəyərin bariz nümunəsidir.

17/08/2026
Təhsil işçiləri üçün təşkilolunan növbəti səfər Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETiHi Qazax Rayon Komitəsi nin...
12/08/2026

Təhsil işçiləri üçün təşkil
olunan növbəti səfər Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETiHi Qazax Rayon Komitəsi nin dəstəyi ilə Qazax rayon 4 nömrəli körpələr evi uşaq bağçasının kollektivi Qəbələ rayonunun füsunkar təbiəti ilə seçilən dilbər guşəsinə səfər etdilər.
Təhsil isçilərinin əməyinə göstərilən diqqət və verilən yüksək dəyər onların fəaliyyətinə böyük stimul verir. Belə təşəbbüslər kollektivin mənəvi ruh yüksəkliyinin artırılmasına, qarşıdan gələn yeni tədris ilində öz fəaliyyətlərini daha böyük həvəs və əzmlə davam etdirmələrinə mühüm töhfə verir. Təhsil işçilərinin sosial rifahinin və asudə vaxtının səmərəli təşkilinin diqqətdə saxlanılması həmkarlar ittifaqının fəaliyyətinin əsas istiqamətlərindən biridir.
̇k ̇hi̇ ̇hi̇qazaxrk

ETİHİ Qazax rayon komitəsinin təşkilatçılığı ilə üzv təşkilatlarımızdan olan Qazax rayonu Aşağı Əskipara kənd körpələr e...
11/08/2026

ETİHİ Qazax rayon komitəsinin təşkilatçılığı ilə üzv təşkilatlarımızdan olan Qazax rayonu Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasının kollektiv üzvləri Respublikamızın dilbər guşələrindən olan Gədəbəy rayonunda ekskursiyada olublar. İttifaq üzvləri yaradılan bu şəraitə, qayğı və diqqətə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına təşəkkürlərinə bildirirlər.


RK

Əmək fəaliyyətinə verilən dəyər – 50 illik yubileylər qeyd olunduQazax şəhər 6 nömrəli Körpələr Evi–Uşaq Bağçasının tərb...
07/08/2026

Əmək fəaliyyətinə verilən dəyər – 50 illik yubileylər qeyd olundu

Qazax şəhər 6 nömrəli Körpələr Evi–Uşaq Bağçasının tərbiyəçi müəllimi Mustafayeva Səlimə Vidadi qızının və tibb bacısı Vəliyeva Xalidə Məmməd qızının 50 illik yubileyləri münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə hər iki əməkdaşın uzun illər ərzində məktəbəqədər təhsil sahəsində göstərdikləri səmərəli fəaliyyət, peşəkarlıq, uşaqların sağlam və hərtərəfli inkişafına verdikləri töhfələr yüksək qiymətləndirilmişdir. Çıxış edənlər yubilyarları səmimi qəlbdən təbrik edərək onlara möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və gələcək fəaliyyətlərində yeni uğurlar arzulamışlar.

Yubiley münasibətilə ETİHİ Qazax Rayon komitəsi tərəfindən yubilyarlara gül dəstələri, qiymətli hədiyyələr və Fəxri fərmanlar təqdim olunmuşdur.

Tədbir iştirakçıları təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə ETİHi Qazax Rayon Komitəsinə, xüsusilə komitənin sədri Həsənova Donara xanıma dərin minnətdarlıqlarını bildirmiş, müəllim və digər təhsil işçilərinin əməyinə verilən yüksək dəyəri xüsusi vurğulamışlar.

ETİHi Qazax Rayon Komitəsi bundan sonra da təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların əməyinin qiymətləndirilməsi və əlamətdar günlərinin diqqətdə saxlanılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.




#

🌹 Əmək fədakarlığına verilən dəyər – 65 illik yubiley qeyd olunduQazax rayonunun Ağköynək kənd tam orta məktəbinin ingil...
04/08/2026

🌹 Əmək fədakarlığına verilən dəyər – 65 illik yubiley qeyd olundu

Qazax rayonunun Ağköynək kənd tam orta məktəbinin ingilis dili müəllimi Mansurova Nəzakət Bilal qızının 65 illik yubileyi münasibətilə səmimi tədbir keçirilmişdir.

Tədbirdə Nəzakət müəllimənin təhsil sahəsində uzunillik səmərəli fəaliyyəti, şagirdlərin bilik və bacarıqlarının formalaşdırılmasında göstərdiyi əvəzsiz xidmətlər və müəllim adına layiq peşəkarlığı yüksək qiymətləndirilmişdir. Çıxış edənlər ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulamışlar.

Yubiley münasibətilə Nəzakət müəlliməyə xatirə hədiyyəsi, gül buketi və fəxri fərman təqdim edilmiş, onun əməyinə göstərilən diqqət və qayğı böyük məmnunluqla qarşılanmışdır.

Tədbir iştirakçıları yubileyin təşkilinə və göstərilən diqqətə görə EtihiQazax Rayon komitəsi -nin sədri Həsənova Donara xanıma öz dərin minnətdarlıqlarını ifadə etmiş, təhsil işçilərinə göstərilən qayğı və dəstəyin yüksək dəyər daşıdığını vurğulamışlar.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı -nin Qazax Rayon Komitəsi bundan sonra da təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması, onların əməyinin qiymətləndirilməsi və yubiley, əlamətdar günlərinin diqqətdə saxlanılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.


🌿 Hacıkəndə yaddaqalan gəzinti təşkil olunduQazax şəhər 2 nömrəli Uşaq Bağçasının kollektivi üçün Hacıkəndə gəzinti təşk...
03/08/2026

🌿 Hacıkəndə yaddaqalan gəzinti təşkil olundu

Qazax şəhər 2 nömrəli Uşaq Bağçasının kollektivi üçün Hacıkəndə gəzinti təşkil olunmuşdur.

Gəzintinin əsas məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, əməkdaşlar arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi, eyni zamanda Azərbaycanın füsunkar təbiət guşələrindən biri olan Hacıkəndin gözəllikləri ilə yaxından tanış olmaq olmuşdur.

Səfər zamanı iştirakçılar Hacıkəndin təmiz havasından, əsrarəngiz təbiətindən zövq almış, maraqlı və xoş anlar yaşamışlar. Gəzinti kollektiv üzvlərinin istirahətinə, ünsiyyətinin güclənməsinə və xoş əhval-ruhiyyənin formalaşmasına töhfə vermişdir.

Belə tədbirlər əməkdaşların motivasiyasının artırılmasına, kollektiv ruhunun möhkəmləndirilməsinə və sağlam iş mühitinin formalaşmasına xidmət edir.

İştirakçılar təşkil olunan gəzintiyə görə minnətdarlıqlarını ifadə etmiş, bu cür tədbirlərin davamlı keçirilməsini arzulamışlar.


🌹 65 illik yubiley münasibətilə təbrikETİHİ Qazax Rayon Komitəsi tərəfindən Qazax rayon Aşağı Salahlı kənd Körpələr Evi–...
31/07/2026

🌹 65 illik yubiley münasibətilə təbrik

ETİHİ Qazax Rayon Komitəsi tərəfindən Qazax rayon Aşağı Salahlı kənd Körpələr Evi–Uşaq Bağçasında dalandar vəzifəsində çalışan Alnaqova Laləzər Məhəmməd qızının 65 illik yubileyi qeyd olunmuşdur.

Uzun illər ərzində məsuliyyətlə və vicdanla çalışaraq kollektivin hörmətini qazanan Laləzər xanım yubileyi münasibətilə səmimi təbrik edilmiş, ona xatirə hədiyyəsi və gül dəstəsi təqdim olunmuşdur.

ETİHİ Qazax Rayon Komitəsi Laləzər xanıma göstərdiyi zəhmətə və fədakar əməyinə görə təşəkkür edir, ona möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayır.

Həsənova Donara
ETİHİ Qazax Rayon Komitəsinin sədri

Address

Qazax

Website

Alerts

Be the first to know and let us send you an email when EtihiQazax Rayon komitəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share