Qazax şəhər Humanitar və Təbiət fənlər təmayüllü məktəb-lisey

  • Home
  • Azerbaijan
  • Qazax
  • Qazax şəhər Humanitar və Təbiət fənlər təmayüllü məktəb-lisey

Qazax şəhər  Humanitar və Təbiət fənlər təmayüllü məktəb-lisey Qazax şəhəri Mehdi Hüseyn adına Humanitar və Təbiət fənləri təmayüllü məktəb-lisey

20 şagirddən 20-si — 100% uğur! Bu gün 11A sinfinin sevincini sözlə ifadə etmək çətindir. Bu, sadəcə bir nəticə deyil — ...
24/08/2026

20 şagirddən 20-si — 100% uğur!
Bu gün 11A sinfinin sevincini sözlə ifadə etmək çətindir.

Bu, sadəcə bir nəticə deyil — illərlə çəkilən zəhmətin, əzmin, müəllim əməyinin və valideyn dəstəyinin möhtəşəm bəhrəsidir.
Hər bir şagirdimizi ürəkdən təbrik edir, onlara tələbəlik həyatında bol uğurlar, işıqlı gələcək və böyük nailiyyətlər arzulayırıq!
11A — 100% nəticə!
20-dən 20!
Sizinlə fəxr edirik!






24/08/2026

📢 Yeni təmayül tədris modeli: peşəkar müəllimimizi tanıyaq

Cəfərova Minarə – biologiya müəllimi 12 illik pedaqoji fəaliyyəti ərzində müasir təlim yanaşmalarının tətbiqi və şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində fəaliyyət göstərmişdir.
*📌Təhsili*: Sumqayıt Dövlət Universiteti – bakalavr

*📊 Peşəkar göstəriciləri:*
Diaqnostik qiymətləndirmə – 56/60
Sertifikasiya – 57/60

*📌Pedaqoji fəaliyyətində əsas istiqamətlər*:
• Bioloji anlayış və proseslərin sistemli və elmi əsaslarla mənimsədilməsi;
• Müasir təlim metodlarından və fərdiləşdirilmiş yanaşmadan istifadə;
• Şagirdlərdə analitik düşünmə və tətbiqi bacarıqların inkişaf etdirilməsi;
• Buraxılış və blok imtahanlarına məqsədyönlü hazırlığın təşkili;
• Şagirdlərin akademik göstəricilərinin davamlı inkişafının təmin edilməsi.

📌*Nəticə*:
Müəllimin məqsədyönlü fəaliyyəti şagirdlərinin buraxılış və blok imtahanlarında yüksək nəticələr göstərməsinə, müxtəlif müsabiqələrdə uğurlu iştirakına və biologiya fənninə marağının artmasına töhfə vermişdir.

📌 Yeni təmayül tədris modeli şagirdlərin fərdi maraq və meyilləri əsasında təhsil prosesinin daha məqsədyönlü təşkilinə, seçilmiş istiqamət üzrə bilik və bacarıqların dərinləşdirilməsinə imkan yaradır.

🎯 Modelin əsas məqsədi şagirdlərin potensialını müəyyənləşdirmək və inkişaf etdirmək, onların elmi düşünmə bacarıqlarını formalaşdırmaq və gələcək təhsil və ixtisas seçiminə hazırlığını gücləndirməkdir.

24/08/2026

📢 Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərən müəllimimizi tanıyaq

🌍 Namazova Lalə – Coğrafiya müəllimi

10 illik pedaqoji təcrübəyə malik Namazova Lalə coğrafiya fənninin tədrisində müasir yanaşmaları tətbiq edən, şagirdlərin akademik inkişafına və yüksək nəticələr əldə etməsinə yönəlmiş peşəkar müəllimdir.
🔹*Təhsili*: Azərbaycan Dövlət Pedaqoji Universiteti – bakalavr
📊 Diaqnostik qiymətləndirmə: 50/60 bal

🔹 Peşəkar fəaliyyət istiqamətləri: müasir təlim metodlarının tətbiqi, şagirdyönümlü və fərdi yanaşma, analitik düşünmə və coğrafi təfəkkürün inkişaf etdirilməsi, həmçinin buraxılış və blok imtahanlarına məqsədyönlü hazırlığın təşkili.
🔹*Nailiyyəti*:
Müəllimin şagirdlərindən biri Respublika Fənn Olimpiadasında (RFO) coğrafiya fənni üzrə bürünc medal qazanmışdır. Bu uğur müəllimin şagirdlərin fənn üzrə potensialının üzə çıxarılması və onların yüksək nəticələrə hazırlanması istiqamətində fəaliyyətinin mühüm göstəricisidir.

🔹Yeni təmayül tədris modeli şagirdlərin maraq və meyillərinə uyğun təhsil imkanlarının genişləndirilməsinə, seçilmiş istiqamət üzrə bilik və bacarıqlarının dərinləşdirilməsinə və gələcək təhsil və ixtisas seçimlərinə məqsədyönlü hazırlığın təmin edilməsinə imkan yaradır.

🎯 Əsas məqsəd: şagird potensialını üzə çıxarmaq, akademik inkişafı dəstəkləmək və nəticəyönümlü müasir təhsil mühiti formalaşdırmaqdır.

24/08/2026

📢 Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərən müəllimimizi tanıyaq

Məmmədli Könül Aydın qızı – rus dili müəllimi 7 illik pedaqoji təcrübəyə malik, xarici dil kimi rus dilinin tədrisi və şagirdlərin imtahan hazırlığı istiqamətində peşəkar fəaliyyət göstərən müəllimdir.

📌Təhsili:
• Bakı Dövlət Universiteti – Rus dili və ədəbiyyatı müəllimliyi, bakalavr;
• ADA Universiteti – Təhsilin təşkili və idarə edilməsi, magistr.

📊 Peşəkar göstəricisi:
• Sertifikasiya imtahanı – 56 bal

📌Peşəkar fəaliyyəti:
Müəllimlərin ixtisasartırma təlimlərinin region üzrə təlimçisi kimi fəaliyyət göstərir. Eyni zamanda, DİM-in rus dili (xarici dil) proqramına uyğun olaraq abituriyentlərin imtahanlara sistemli və məqsədyönlü hazırlığını həyata keçirir.

Tədris prosesində qrammatik biliklərin, lüğət ehtiyatının, oxuyub-anlama və dinləmə bacarıqlarının kompleks inkişafına, mütəmadi sınaq qiymətləndirmələrinin aparılmasına və müəyyən edilmiş öyrənmə ehtiyacları üzrə fərdi işin təşkilinə xüsusi diqqət yetirir.

📚 Yeni təmayül tədris modeli çərçivəsində şagirdlərin xarici dil üzrə bilik və bacarıqlarının dərinləşdirilməsi, onların akademik potensialının inkişaf etdirilməsi və gələcək təhsil istiqamətlərinə məqsədyönlü hazırlanması üçün əlverişli imkanlar yaradılır.

🎯 Əsas məqsəd müasir və nəticəyönümlü təlim mühiti formalaşdırmaq, şagirdlərin dil kompetensiyalarını inkişaf etdirmək və onların gələcək təhsil və ixtisas seçimlərinə düzgün istiqamət verməkdir.

23/08/2026

📢 Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərən müəllimimizi tanıyaq

✅Tam orta məktəbin tarix müəllimi Qaragözov İsmayıl 17 illik pedaqoji təcrübəyə malikdir.

📌Təhsil: Bakı Dövlət Universiteti, bakalavr
📌 Diaqnostik qiymətləndirmə: 56/60 bal
📌 MİQ: 92,25 bal
📌 Sertifikasiya: 56/60 bal

*📌Peşəkar fəaliyyəti*: müasir təlim metodlarından istifadə, şagirdyönümlü və fərdi yanaşma, tarixi hadisə və proseslərin analitik təhlili, yaradıcı təlim mühitinin formalaşdırılması, buraxılış və blok imtahanlarına məqsədyönlü hazırlığın təşkili.

📌Yeni təmayül tədris modeli X–XI sinif şagirdlərinin maraq və meyillərinə uyğun fərdiləşdirilmiş və ixtisas yönümlü təhsil imkanlarının yaradılmasına xidmət edir.

Modelin əsas məqsədi şagirdlərin potensialını üzə çıxarmaq, fənn üzrə dərinləşdirilmiş bilik və bacarıqlar formalaşdırmaq və onların gələcək təhsil və ixtisas seçimlərinə məqsədyönlü istiqamət verməkdir.

23/08/2026

📢 Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərən müəllimimizi tanıyaq

İbrahimov Elmar Eldar oğlu 14 illik pedaqoji təcrübəyə malik, kimya fənninin tədrisi və şagirdlərin akademik nəticələrinin yüksəldilməsi istiqamətində fəaliyyət göstərən peşəkar müəllimdir.

📌*Təhsili:*

* Azərbaycan Dövlət Pedaqoji Universiteti – Kimya və Biologiya fakültəsi, bakalavr;
* ADA Universiteti – Təhsilin təşkili və idarə edilməsi ixtisası, magistr.

📌 *Peşəkar göstəriciləri:*

* Sertifikasiya imtahanı – 52/60 bal;
* Diaqnostik qiymətləndirmə – 54/60 bal.

🔹* *Peşəkar fəaliyyəti**:
Kimya fənninin müasir təlim metodları əsasında tədrisi, şagirdlərin fənn üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin blok imtahanlarına sistemli və məqsədyönlü hazırlığın təşkili.

📌 *Peşəkar inkişaf:*
“Müasir metodist” layihəsində iştirak etmiş, layihə çərçivəsində keçirilən təlimləri uğurla tamamlamış və müvafiq sertifikat əldə etmişdir.

📌 Yeni təmayül tədris modeli çərçivəsində yüksək peşəkarlığa və pedaqoji təcrübəyə malik müəllimlərin fəaliyyətindən səmərəli istifadə olunması, şagirdlərin fənn üzrə bilik və bacarıqlarının dərinləşdirilməsi, akademik potensialının inkişaf etdirilməsi və gələcək təhsil istiqamətlərinə məqsədyönlü hazırlığının təmin edilməsi nəzərdə tutulur.

İlham Əliyev çıxışında qeyd etdi ki, Naxçıvanın coğrafi mövqeyi hamımıza bəllidir. Naxçıvanın Azərbaycanın əsas hissəsi ...
14/08/2026

İlham Əliyev çıxışında qeyd etdi ki, Naxçıvanın coğrafi mövqeyi hamımıza bəllidir. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısı yoxdur. Məhz buna görə də Muxtar Respublikanın müdafiə potennsialının gücləndirilməsi bizim üçün həmişə birinci dərəcəli məsələ olub. Bu gün Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu ən müasir texnika və silahlarla təchiz olunub. Yeni Komando hərbi hissələri yaradılıb. Bütün düşmən qüvvələri və bizi təhdid etmək istəyənlər bilsinlər ki, Naxçıvanın müdafiə qabiliyyəti ən yüksək səviyyədədir və burada atılan hər bir addım bizim milli təhlükəsizliyimizə xidmət edir.
Biz eyni zamanda nəhəng infrastruktura və enerji layihələrinə imza atırıq. Bu gün Azərbaycanda qazlaşdırma səviyyəsi 96 faizdirsə, Naxçıvanda bu göstərici 100 faizdir. Lakin biz bununla kifayətlənmirik. Naxçıvanı yaşıl enerji mərkəzinə çeviririk. Ən azı 500 meqavat, gələcəkdə isə 1000 meqavat həcmində günəş elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Naxçıvan nəinki öz enerji tələbatını tam ödəyəcək, eyni zamanda Türkiyə və Avropaya elektrik enerjisi ixrac edən strateji bir regiona çevriləcək. Biz xammal ixrac edən ölkədən artıq elektrik enerjisi tranziti və ixracı edən dövlətə çevrilirik.
Bununla yanaşı, Zəngəzur dəhlizinin reallaşması bütövlükdə regionun çəkisini və nəqliyyat xəritəsini dəyişir. Zəngəzur dəhlizi boyunca 194 kilometrlik dəmir yolu xətti yenidən qurulur və bu xətt il ərzində 15 milyon ton yükdaşıma gücünə malik olacaq. Bu, təkcə dəmir yolu və ya avtomobil yolu deyil. Bura fiber-optik xətlər, elektrik xətləri və gələcəkdə ehtiyac olarsa, digər kommunikasiyalar daxildir. Biz vaxt itirmək istəmirik. Layihələrimizi icra edirik və bu layihədə iştirak etmək istəyən tərəfdaşlar da ləngiməməlidirlər.
Naxçıvanın gələcəyi böyükdür. Biz Naxçıvan şəhərinin 2044-cü ilə qədər olan Baş Planını təsdiq etmişik.






12/08/2026
12/08/2026

📢 Ümumi təhsil müəssisələrinin məzunlarına elektron attestatlar təqdim olunur

🎓 2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri ilk dəfə elektron formatda təqdim olunur. Belə ki, 2026-cı il məzunları attestatlarını artıq myGov platformasından əldə edə bilərlər.

📊 Yeni tətbiq çərçivəsində təxminən 300 min məzunun attestatı elektron sənəd formasında hazırlanıb. Təhsil müəssisələrinin rəhbərləri tərəfindən elektron imza ilə təsdiqlənmiş attestatlar artıq myGov platformasında əlçatandır.

💻 Məzunlar elektron attestatlarını myGov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər. Valideynlər isə övladlarına aid təhsil sənədlərinə “Övladlarımın təhsil sənədləri və məlumatları” bölməsi vasitəsilə baxa bilərlər.

🔎 Elektron attestatın üzərindəki QR kodu oxutmaqla və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə attestatın həqiqiliyini yoxlamaq mümkündür.

📌 Qeyd edək ki, elektron attestatların yaxın günlərdə myGov mobil tətbiqində də əlçatan olması təmin ediləcək.

🎯 Elektron attestatların tətbiqi məzunlara təhsil sənədlərini daha rahat, operativ və əlçatan şəkildə əldə etmək imkanı yaradır.

12/08/2026

📢 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərildi

8–10 avqust tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. Seçim mərhələsi üzrə 2152 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ qazanıb.

ℹ️ Nəzərinizə çatdırırıq ki, uğur qazanmayan və ya vakansiya seçimində iştirak etməyən namizədlər müsabiqənin növbəti vakansiya seçim mərhələsində iştirak edə bilərlər.

📌Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi 12-15 avqust tarixlərində həyata keçiriləcək.

Address

H. Əliyev Prospekti 150
Qazax
[email protected]

Website

Alerts

Be the first to know and let us send you an email when Qazax şəhər Humanitar və Təbiət fənlər təmayüllü məktəb-lisey posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Qazax şəhər Humanitar və Təbiət fənlər təmayüllü məktəb-lisey:

Shortcuts

Share

Category