Qazax şəhər N.Vəliyev adına 5 nömrəli tam orta məktəb

Qazax şəhər N.Vəliyev adına 5 nömrəli tam orta məktəb Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Qazax şəhər N.Vəliyev adına 5 nömrəli tam orta məktəb, School, Nəriman Nərimanov yaşayış massivi, Qazax.

24/08/2026

📢 Yeni təmayül tədris modeli: peşəkar müəllimimizi tanıyaq

Cəfərova Minarə – biologiya müəllimi 12 illik pedaqoji fəaliyyəti ərzində müasir təlim yanaşmalarının tətbiqi və şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində fəaliyyət göstərmişdir.
*📌Təhsili*: Sumqayıt Dövlət Universiteti – bakalavr

*📊 Peşəkar göstəriciləri:*
Diaqnostik qiymətləndirmə – 56/60
Sertifikasiya – 57/60

*📌Pedaqoji fəaliyyətində əsas istiqamətlər*:
• Bioloji anlayış və proseslərin sistemli və elmi əsaslarla mənimsədilməsi;
• Müasir təlim metodlarından və fərdiləşdirilmiş yanaşmadan istifadə;
• Şagirdlərdə analitik düşünmə və tətbiqi bacarıqların inkişaf etdirilməsi;
• Buraxılış və blok imtahanlarına məqsədyönlü hazırlığın təşkili;
• Şagirdlərin akademik göstəricilərinin davamlı inkişafının təmin edilməsi.

📌*Nəticə*:
Müəllimin məqsədyönlü fəaliyyəti şagirdlərinin buraxılış və blok imtahanlarında yüksək nəticələr göstərməsinə, müxtəlif müsabiqələrdə uğurlu iştirakına və biologiya fənninə marağının artmasına töhfə vermişdir.

📌 Yeni təmayül tədris modeli şagirdlərin fərdi maraq və meyilləri əsasında təhsil prosesinin daha məqsədyönlü təşkilinə, seçilmiş istiqamət üzrə bilik və bacarıqların dərinləşdirilməsinə imkan yaradır.

🎯 Modelin əsas məqsədi şagirdlərin potensialını müəyyənləşdirmək və inkişaf etdirmək, onların elmi düşünmə bacarıqlarını formalaşdırmaq və gələcək təhsil və ixtisas seçiminə hazırlığını gücləndirməkdir.

24/08/2026

📢 Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərən müəllimimizi tanıyaq

14 illik pedaqoji təcrübəyə malik Carçıyeva Suqra riyaziyyat fənninin tədrisində peşəkarlığı, yüksək metodik hazırlığı və nəticəyönümlü fəaliyyəti ilə seçilir.

📌Təhsili
▪ Bakı Dövlət Universiteti — Riyaziyyat ixtisası, bakalavr
▪ Azərbaycan Dövlət Pedaqoji Universiteti — Riyaziyyatın tədrisi metodologiyası və metodikası, magistratura

📊 Peşəkar göstəriciləri
▪ Sertifikasiya — 58/60 bal
▪ Diaqnostik qiymətləndirmə — 54/60 bal
▪ MİQ — 54/60 bal
📌Pedaqoji fəaliyyəti
Riyaziyyat fənninin tədrisində müasir metod və yanaşmalardan istifadə etməklə şagirdlərin riyazi, məntiqi və analitik təfəkkürünün inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Təlim prosesində fərdi yanaşma tətbiq edir, şagirdlərin bilik və bacarıqlarının sistemli şəkildə inkişaf etdirilməsini təmin edir.

📌Nəticələri
Şagirdlərinin buraxılış və blok imtahanlarında yüksək nəticələr əldə etməsinə mühüm töhfə vermişdir. Tədris prosesində şagirdlərin imtahanlara sistemli və məqsədyönlü hazırlığına xüsusi diqqət yetirir.

📌Peşəkar fəaliyyətinin qiymətləndirilməsi
📌Səmərəli pedaqoji fəaliyyətinə görə Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən Təşəkkürnamə ilə təltif olunmuşdur.

🎯 Yeni təmayül tədris modelinin əsas hədəfi şagirdlərin potensialını üzə çıxarmaq, fərdi maraq və meyillərinə uyğun təhsil imkanları yaratmaq və onların gələcək təhsil və ixtisas seçimlərini düzgün istiqamətləndirməkdir.

24/08/2026

📢 Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərən müəllimimizi tanıyaq

İbrahimov Elmar Eldar oğlu 14 illik pedaqoji təcrübəyə malik, kimya fənninin tədrisi və şagirdlərin akademik nəticələrinin yüksəldilməsi istiqamətində fəaliyyət göstərən peşəkar müəllimdir.

📌*Təhsili:*

* Azərbaycan Dövlət Pedaqoji Universiteti – Kimya və Biologiya fakültəsi, bakalavr;
* ADA Universiteti – Təhsilin təşkili və idarə edilməsi ixtisası, magistr.

📌 *Peşəkar göstəriciləri:*

* Sertifikasiya imtahanı – 52/60 bal;
* Diaqnostik qiymətləndirmə – 54/60 bal.

🔹* *Peşəkar fəaliyyəti**:
Kimya fənninin müasir təlim metodları əsasında tədrisi, şagirdlərin fənn üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin blok imtahanlarına sistemli və məqsədyönlü hazırlığın təşkili.

📌 *Peşəkar inkişaf:*
“Müasir metodist” layihəsində iştirak etmiş, layihə çərçivəsində keçirilən təlimləri uğurla tamamlamış və müvafiq sertifikat əldə etmişdir.

📌 Yeni təmayül tədris modeli çərçivəsində yüksək peşəkarlığa və pedaqoji təcrübəyə malik müəllimlərin fəaliyyətindən səmərəli istifadə olunması, şagirdlərin fənn üzrə bilik və bacarıqlarının dərinləşdirilməsi, akademik potensialının inkişaf etdirilməsi və gələcək təhsil istiqamətlərinə məqsədyönlü hazırlığının təmin edilməsi nəzərdə tutulur.

24/08/2026

📢 Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərən müəllimimizi tanıyaq

✅Tam orta məktəbin tarix müəllimi Qaragözov İsmayıl 17 illik pedaqoji təcrübəyə malikdir.

📌Təhsil: Bakı Dövlət Universiteti, bakalavr
📌 Diaqnostik qiymətləndirmə: 56/60 bal
📌 MİQ: 92,25 bal
📌 Sertifikasiya: 56/60 bal

*📌Peşəkar fəaliyyəti*: müasir təlim metodlarından istifadə, şagirdyönümlü və fərdi yanaşma, tarixi hadisə və proseslərin analitik təhlili, yaradıcı təlim mühitinin formalaşdırılması, buraxılış və blok imtahanlarına məqsədyönlü hazırlığın təşkili.

📌Yeni təmayül tədris modeli X–XI sinif şagirdlərinin maraq və meyillərinə uyğun fərdiləşdirilmiş və ixtisas yönümlü təhsil imkanlarının yaradılmasına xidmət edir.

Modelin əsas məqsədi şagirdlərin potensialını üzə çıxarmaq, fənn üzrə dərinləşdirilmiş bilik və bacarıqlar formalaşdırmaq və onların gələcək təhsil və ixtisas seçimlərinə məqsədyönlü istiqamət verməkdir.

24/08/2026

📢 Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərən müəllimimizi tanıyaq

🌍 Namazova Lalə – Coğrafiya müəllimi

10 illik pedaqoji təcrübəyə malik Namazova Lalə coğrafiya fənninin tədrisində müasir yanaşmaları tətbiq edən, şagirdlərin akademik inkişafına və yüksək nəticələr əldə etməsinə yönəlmiş peşəkar müəllimdir.
🔹*Təhsili*: Azərbaycan Dövlət Pedaqoji Universiteti – bakalavr
📊 Diaqnostik qiymətləndirmə: 50/60 bal

🔹 Peşəkar fəaliyyət istiqamətləri: müasir təlim metodlarının tətbiqi, şagirdyönümlü və fərdi yanaşma, analitik düşünmə və coğrafi təfəkkürün inkişaf etdirilməsi, həmçinin buraxılış və blok imtahanlarına məqsədyönlü hazırlığın təşkili.
🔹*Nailiyyəti*:
Müəllimin şagirdlərindən biri Respublika Fənn Olimpiadasında (RFO) coğrafiya fənni üzrə bürünc medal qazanmışdır. Bu uğur müəllimin şagirdlərin fənn üzrə potensialının üzə çıxarılması və onların yüksək nəticələrə hazırlanması istiqamətində fəaliyyətinin mühüm göstəricisidir.

🔹Yeni təmayül tədris modeli şagirdlərin maraq və meyillərinə uyğun təhsil imkanlarının genişləndirilməsinə, seçilmiş istiqamət üzrə bilik və bacarıqlarının dərinləşdirilməsinə və gələcək təhsil və ixtisas seçimlərinə məqsədyönlü hazırlığın təmin edilməsinə imkan yaradır.

🎯 Əsas məqsəd: şagird potensialını üzə çıxarmaq, akademik inkişafı dəstəkləmək və nəticəyönümlü müasir təhsil mühiti formalaşdırmaqdır.

24/08/2026

📢 Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərən müəllimimizi tanıyaq

Məmmədli Könül Aydın qızı – rus dili müəllimi 7 illik pedaqoji təcrübəyə malik, xarici dil kimi rus dilinin tədrisi və şagirdlərin imtahan hazırlığı istiqamətində peşəkar fəaliyyət göstərən müəllimdir.

📌Təhsili:
• Bakı Dövlət Universiteti – Rus dili və ədəbiyyatı müəllimliyi, bakalavr;
• ADA Universiteti – Təhsilin təşkili və idarə edilməsi, magistr.

📊 Peşəkar göstəricisi:
• Sertifikasiya imtahanı – 56 bal

📌Peşəkar fəaliyyəti:
Müəllimlərin ixtisasartırma təlimlərinin region üzrə təlimçisi kimi fəaliyyət göstərir. Eyni zamanda, DİM-in rus dili (xarici dil) proqramına uyğun olaraq abituriyentlərin imtahanlara sistemli və məqsədyönlü hazırlığını həyata keçirir.

Tədris prosesində qrammatik biliklərin, lüğət ehtiyatının, oxuyub-anlama və dinləmə bacarıqlarının kompleks inkişafına, mütəmadi sınaq qiymətləndirmələrinin aparılmasına və müəyyən edilmiş öyrənmə ehtiyacları üzrə fərdi işin təşkilinə xüsusi diqqət yetirir.

📚 Yeni təmayül tədris modeli çərçivəsində şagirdlərin xarici dil üzrə bilik və bacarıqlarının dərinləşdirilməsi, onların akademik potensialının inkişaf etdirilməsi və gələcək təhsil istiqamətlərinə məqsədyönlü hazırlanması üçün əlverişli imkanlar yaradılır.

🎯 Əsas məqsəd müasir və nəticəyönümlü təlim mühiti formalaşdırmaq, şagirdlərin dil kompetensiyalarını inkişaf etdirmək və onların gələcək təhsil və ixtisas seçimlərinə düzgün istiqamət verməkdir.

24/08/2026

Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçıların işə qəbulu üzrə müsabiqə elan edilir.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində vakant olan Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçıların işə qəbulu müsabiqəsi elan edilir.

Müsabiqə iki mərhələdən (seçim və müsahibə) ibarət olacaq.
Müsabiqədə iştirak etmək istəyən namizədlər 24 avqust 2026-cı il saat 15:00 - 27 avqust 2026-cı il saat 15:00 tarixlərində qeyd olunan linkə keçid edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün link:
https://docs.google.com/forms/d/e/1FAIpQLSeNMenLbQa3OZLmPVTgC1ie1ud2vqmFVP373epG1lYD5X9z1g/viewform?usp=dialog

Müsabiqədə iştirak etmək üçün namizəd paylaşılmış elanda qeyd edilən məlumat linkinə daxil olaraq vakant müəssisələrlə tanış olur, daha sonra müraciət linkinə keçid edərək işə qəbul üzrə vakant yerləri seçməklə qeydiyyatdan keçir. Müraciət zamanı aşağıdakı sənədlər mütləq əlavə edilir:
- namizədin ali təhsili haqqında dövlət sənədinin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədinin) surəti;
- namizədin əmək kitabçasının surəti.

Aşağıdakı keçid vasitəsilə vakant yerlərin siyahısı ilə tanış ola bilərsiniz:
https://drive.google.com/file/d/1gcv2iMdU_e-tNvDIO_Zo7fubK61lbFP_/view?usp=sharing

Müsabiqədə iştirak üçün tələblər aşağıdakılardır:
• pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil;
• 3 (üç) ildən az olmayaraq pedaqoji staj;
• təhsilalanların sayı 500-dən çox olan təhsil müəssisələri, eləcə də lisey, gimnaziya, internat tipli lisey və gimnaziyalar üzrə – təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 51 bal və daha yuxarı nəticə, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında iştirak etməmiş namizədlərə münasibətdə isə müəllimlərin işə qəbulu müsabiqəsinin və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanında 85% və daha yuxarı nəticə;
• digər təhsil müəssisələri üzrə – namizədlərin müsabiqə üçün müraciət etdiyi tarixə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 42 bal və daha yuxarı nəticə, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında iştirak etməmiş namizədlərə münasibətdə isə müəllimlərin işə qəbulu müsabiqəsinin və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanında 70% və daha yuxarı nəticə.
Namizədin məlumatları yoxlanılır və namizədin əlaqə nömrəsinə ərizəsinin qəbul edilib-edilməməsinə dair mesajlar göndərilir. Ərizəsi müsbət qəbul edilmiş namizədlərlə müsahibə həyata keçirilir.
Namizədlərin müsahibə mərhələsinə dəvəti aşağıdakı ardıcıllıq əsasında aparılır:
• vakansiyanın mövcud olduğu müəssisədə çalışan müəllimlər;
• vakansiyanın mövcud olduğu rayon (şəhər) üzrə müəssisələrdə çalışan direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;
• vakansiyanın mövcud olduğu rayon (şəhər) üzrə müəssisələrdə çalışan müəllimlər;
• vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə müəssisələrdə çalışan direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;
• vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə müəssisələrdə çalışan müəllimləri;
• müvafiq tələblərə cavab verən digər şəxslər.
Bir vakant yer üzrə iki və daha artıq sayda eyni nəticə göstərmiş namizəd seçildikdə aşağıdakı ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:
• təhsilverənlərin sertifikatlaşdırılmasının və müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində daha yüksək nəticə göstərən;
• pedaqoji sahə üzrə magistr ali elmi-ixtisas dərəcəsinə malik olan;
• pedaqoji staj müddəti daha çox olan;
• daha əvvəl rəhbər vəzifədə işləyən və ya rəhbər vəzifədə stajı daha çox olan.

Müsabiqədə iştirak edəcək namizədlərə uğurlar arzulayırıq!

23/08/2026

📢 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır

🗓️ 26 avqustdan etibarən başlayan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi 2 sentyabradək davam edəcək.

📌 Müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən qiymətləndiriləcək. Müsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı əldə edəcəklər.

❗️ Nəzərinizə çatdırırıq ki, namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədikləri halda bu, seçdikləri vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli əmək müqaviləsi ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

🤝 Müsabiqənin müsahibə mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

23/08/2026

📢 Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

🗓️ 24 avqust 2026-cı il saat 15:00-dan etibarən təlim-tərbiyə işləri üzrə direktor müavini və digər profillər üzrə direktor müavini vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə başlanılacaq. Namizədlər 27 avqust 2026-cı il saat 15:00-dək (miq.edu.az/muavin) linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

📌 Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olacaq. Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumat və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Namizədlər müsahibə mərhələsinə qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər.

❗️ Nəzərinizə çatdırırıq ki, namizədlər müsahibə mərhələsində liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

📌 Qeyd edək ki, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.

🤝 Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

21/08/2026

🎓 Qazax–Tovuz regionu üzrə qəbul nəticələri

2026-cı il üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin məzunları yüksək nəticələri ilə fərqləniblər.

📊 600 və daha yüksək bal toplayan şagirdlərin rayonlar üzrə göstəriciləri:
🔹 Şəmkir – 43 şagird
🔹 Tovuz – 38 şagird
🔹 Qazax – 24 şagird
🔹 Ağstafa – 22 şagird
🔹 Gədəbəy – 9 şagird

🏆 Ümumilikdə 136 şagirdin 600 və daha yüksək bal toplaması region üzrə təhsil sahəsində əldə olunan uğurlu nəticələrin göstəricisidir.

Bu uğur şagirdlərin əzmkarlığı, müəllimlərin fədakar əməyi və valideynlərin dəstəyi ilə ərsəyə gələn böyük zəhmətin nəticəsidir.

Bütün məzunlarımıza növbəti mərhələdə uğurlar arzulayırıq!

Address

Nəriman Nərimanov Yaşayış Massivi
Qazax

Website

Alerts

Be the first to know and let us send you an email when Qazax şəhər N.Vəliyev adına 5 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Qazax şəhər N.Vəliyev adına 5 nömrəli tam orta məktəb:

Shortcuts

Share

Category