Qazax şəhəri Qaratel Hacımahmudova adına ümumi orta ümumtəhsil məktəbi

  • Home
  • Azerbaijan
  • Qazakh
  • Qazax şəhəri Qaratel Hacımahmudova adına ümumi orta ümumtəhsil məktəbi

Qazax şəhəri Qaratel Hacımahmudova adına ümumi orta ümumtəhsil məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Qazax şəhəri Qaratel Hacımahmudova adına ümumi orta ümumtəhsil məktəbi, School, Aslan Kəmərli 41 A, Qazakh.

24/08/2026

Laçın şəhəri zəngin tarixi, strateji mövqeyi və təbii sərvətləri ilə Azərbaycanın mühüm yaşayış məntəqələrindən biridir. 1923-cü ildə Abdallar kəndi Laçın adlandırılaraq şəhər statusu almış, 1930-cu ildə Laçın rayonu yaradılmışdır.
Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan tərəfindən işğal edilmiş, əhalisi doğma yurdlarından didərgin salınmış, yaşayış məntəqələri, sosial obyektlər və tarixi-mədəni abidələr dağıdılmışdır. Laçının işğalı Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi əlaqənin yaranmasına səbəb olmuş və Azərbaycanın sonrakı ərazi itkilərinə yol açmışdır.
Vətən müharibəsində qazanılan Zəfər nəticəsində Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana qaytarılmış, 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçmişdir. Bu tarixi hadisə ilə Laçında yeni inkişaf və quruculuqü dövrü başlanmışdır. Prezident İlham Əliyevin Sərəncamı ilə 26 avqust Laçın şəhəri günü kimi təsis edilmişdir.
Hazırda Laçında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Müasir yaşayış binaları, məktəblər, sosial və mədəniyyət obyektləri, yollar, enerji və digər infrastruktur layihələri yaradılır. Laçın şəhərinin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş Plan əsasında şəhərin müasir, rahat və ekoloji baxımdan dayanıqlı yaşayış məkanına çevrilməsi istiqamətində mühüm addımlar atılır.
Rayonun enerji potensialından səmərəli istifadə edilir, bir sıra su elektrik stansiyaları istifadəyə verilir və Laçının elektrik tələbatının yaşıl enerji hesabına qarşılanması təmin olunur. Kəlbəcər-Laçın avtomobil yolu, Laçın Beynəlxalq Hava Limanı və digər nəqliyyat layihələri rayonun ölkənin iqtisadi və nəqliyyat sistemində əhəmiyyətini daha da artırır.
Laçında sənaye, aqrar sektor, turizm, heyvandarlıq, arıçılıq və balıqçılığın inkişafı üçün yeni müəssisələr yaradılır, əhalinin məşğulluğunun təmin olunmasına şərait formalaşdırılır. Zabux, Sus və Bəylik kəndlərinin yenidən qurulması və sakinlərin doğma yurdlarına qayıdışı Böyük Qayıdış siyasətinin mühüm nəticələrindəndir.
2025-ci ildə Laçın şəhərinin “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi onun beynəlxalq və mədəni əhəmiyyətini daha da artırmışdır. Laçında aparılan quruculuq işləri, yaradılan müasir infrastruktur və həyata keçirilən Böyük Qayıdış doğma torpaqların yenidən dirçəldilməsinin parlaq nümunəsidir.
Laçın bu gün tarixi ədalətin bərpa olunduğu, insanların doğma yurdlarına qayıtdığı və gələcəyə inamla inkişaf edən şəhər kimi Azərbaycanın Zəfər salnaməsində özünəməxsus yer tutur.

22/08/2026

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə Azərbaycan–Özbəkistan münasibətlərinin tarixi, mədəni və mənəvi yaxınlıq, qarşılıqlı hörmət və etimad əsasında strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi vurğulanıb. Dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanmış mühüm sənədlər əlaqələrin hüquqi-siyasi əsaslarını möhkəmləndirib. Siyasi dialoqla yanaşı, iqtisadiyyat, investisiya, sənaye, enerji, nəqliyyat, logistika, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq sürətlə genişlənir. Ticarət dövriyyəsinin artması, birgə investisiya və istehsal layihələrinin həyata keçirilməsi iki ölkənin iqtisadi potensialının bir-birini tamamladığını göstərir. Mədəni-humanitar sahədə keçirilən mədəniyyət günləri, təhsil proqramları, media və QHT forumları, qardaşlaşmış şəhərlər və digər təşəbbüslər xalqlar arasında dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirir. Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda bir-birini dəstəkləyir, Türk dünyasının birliyinin və ortaq irsinin qorunmasına töhfə verirlər. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin inkişafı və Məşvərət görüşlərində tamhüquqlu iştirakı regional əməkdaşlığın yeni mərhələyə keçməsinə imkan yaradıb. Ümumilikdə, müsahibədə Azərbaycan–Özbəkistan münasibətləri qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik nümunəsi kimi qiymətləndirilir və bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyi qeyd olunur.
Vüsalə Yüzbaşıyeva

01/08/2026

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən görüşlər və imzalanan sənədlər iki ölkə arasında müttəfiqlik münasibətlərinin daha da möhkəmləndiyini nümayiş etdirib.
Dövlət başçısı vurğulayıb ki, müttəfiqlik münasibətləri böyük məsuliyyət tələb edir və Azərbaycan bu məsuliyyəti bölüşməyə hazırdır. Hər iki ölkə beynəlxalq təşkilatlarda, iqtisadi-ticari əməkdaşlıqda və təhlükəsizlik sahəsində qarşılıqlı dəstəyi davam etdirəcək, imzalanmış sənədlər isə əməkdaşlığın bütün istiqamətlər üzrə genişləndirilməsinə xidmət edəcək.
Bəyanatda Azərbaycan–Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının iki dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılması xüsusi vurğulanıb. Bu qərarın yeni investisiya layihələrinin həyata keçirilməsinə, birgə istehsalın genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına və iqtisadi əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcəyi bildirilib. İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə inşa edilən “Baku Resort & Spa” mehmanxanasının açılışı da iki ölkə arasında uğurlu əməkdaşlığın nümunəsi kimi qiymətləndirilib.
Prezident İlham Əliyev Qarabağın bərpasına göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib. Ağdam rayonunda “Manas” adını daşıyan məktəbin açılışı qardaşlıq münasibətlərinin rəmzi kimi dəyərləndirilib. Eyni zamanda, Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi, dostluq parklarının yaradılması və qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi humanitar əlaqələrin inkişafına mühüm töhfə verən təşəbbüslər kimi qeyd olunub.
Dövlət başçısı Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qəbul edilməsinə görə Mərkəzi Asiya ölkələrinin prezidentlərinə təşəkkürünü bildirib və bu qərarın regional əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyini vurğulayıb.
Bəyanatda qeyd olunub ki, Azərbaycan və Qırğızıstan bundan sonra da strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini bütün istiqamətlər üzrə inkişaf etdirəcək, Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə və ortaq layihələrin həyata keçirilməsinə birgə töhfə verəcəklər.
Vüsalə Yüzbaşıyeva

31/07/2026

Azərbaycan dili xalqımızın milli kimliyini, mənəvi dəyərlərini və dövlətçiliyini yaşadan ən mühüm amillərdən biridir. Ulu Öndər Heydər Əliyev ana dilinin qorunmasını və inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirmiş, Azərbaycan dilinin dövlət dili statusunun möhkəmləndirilməsi üçün tarixi xidmətlər göstərmişdir. Onun təşəbbüsü ilə 1978-ci il Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmiş, 1995-ci il Konstitusiyasında bu status yenidən təsdiqlənmişdir.
2001-ci ildə imzalanmış "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanla Dövlət Dil Komissiyası yaradılmış, həmin ilin 9 avqust tarixli Fərmanına əsasən isə hər il 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunmağa başlanmışdır. 2002-ci ildə qəbul edilən "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun Azərbaycan dilinin hüquqi statusunu daha da möhkəmləndirmişdir.
Prezident İlham Əliyev Ümummilli Liderin dil siyasətini uğurla davam etdirərək Azərbaycan dilinin saflığının qorunması, latın qrafikasının geniş tətbiqi, dilin elektron məkanda istifadəsinin artırılması, lüğətçilik və dilçilik sahəsinin inkişafı istiqamətində mühüm fərman və sərəncamlar imzalamışdır. 2013-cü ildə təsdiq olunmuş Dövlət Proqramı, 2018-ci ildə imzalanmış fərmanlar və 2025-ci ildə qəbul edilmiş yeni qərarlar dövlət dilinin qorunması və inkişafına xidmət edən mühüm addımlar olmuşdur.
Həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev çıxışlarında Azərbaycan dilini xalqın milli varlığının, dövlət müstəqilliyinin və milli birliyinin əsas sütunu kimi qiymətləndirmiş, hər bir vətəndaşı ana dilini sevməyə, onu saf şəkildə qorumağa və zənginləşdirməyə çağırmışlar.
Azərbaycan dili zəngin söz ehtiyatına, yüksək ifadə imkanlarına və qədim tarixi köklərə malikdir. Ana dilimizin qorunması və inkişaf etdirilməsi yalnız dövlətin deyil, hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü milli kimliyimizin, mədəni irsimizin və dövlətçilik ənənələrimizin təbliği baxımından xüsusi əhəmiyyət daşıyan əlamətdar tarixdir.

22/07/2026

Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən görüşlər və imzalanan sənədlər siyasi dialoqun, iqtisadi əməkdaşlığın və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Dövlət başçısı bildirib ki, strateji dialoqun başlanması iki ölkə arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişafı üçün möhkəm zəmin yaradır.
Bəyanatda vurğulanıb ki, Azərbaycan–Almaniya əməkdaşlığı yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır, həm də Avropa ilə Cənubi Qafqaz arasında əməkdaşlığın, regional sabitliyin və sülhün möhkəmlənməsinə töhfə verir. İqtisadi sahədə 200-dən çox Almaniya şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi, qarşılıqlı investisiyaların genişləndirilməsi və Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması ilə əməkdaşlığın daha da inkişaf edəcəyi qeyd olunub.
Enerji sahəsində Azərbaycanın Almaniyaya təbii qaz ixracına başlaması, qazın artıq Avropa İttifaqının 10 üzv ölkəsinə çatdırılması, gələcəkdə isə yaşıl enerji layihələrinin həyata keçirilməsi əməkdaşlığın strateji əhəmiyyətini daha da artırır. Eyni zamanda, nəqliyyat və logistika sahəsində Orta Dəhlizin inkişafı, tranzit imkanlarının genişləndirilməsi və birgə işçi qruplarının yaradılması əməkdaşlığın praktik nəticələrə yönəldiyini göstərir.
Prezident İlham Əliyev regional sülh prosesinə də toxunaraq Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasının Cənubi Qafqazda yeni əməkdaşlıq mərhələsi yaratdığını bildirib. Azərbaycanın sülh təşəbbüsləri, ərazi bütövlüyü və suverenliyinin tam bərpası, Almaniyanın isə bu prosesə verdiyi dəstək yüksək qiymətləndirilib. Avropa İttifaqı ilə münasibətlərin inkişafında Almaniyanın aparıcı rolu da xüsusi vurğulanıb.
Ümumilikdə, səfər çərçivəsində imzalanan sənədlər və aparılan müzakirələr Azərbaycan–Almaniya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat və regional sülh istiqamətlərində yeni əməkdaşlıq imkanları yaratdığını bir daha təsdiqləyir.

21/07/2026

22 iyul 1875-ci ildə Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur. Cəmi 56 sayı işıq üzü görməsinə baxmayaraq, qəzet maarifçilik ideyalarının, milli özünüdərkin, ana dilinin inkişafının və azad fikir ənənələrinin formalaşmasında mühüm rol oynamışdır.
“Əkinçi”dən sonra “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Açıq söz” və digər qəzet-jurnallar Azərbaycan milli mətbuatının inkişafını davam etdirmiş, xalqın maariflənməsinə, milli şüurun və istiqlal ideyalarının yayılmasına böyük töhfə vermişdir.
Müstəqillik illərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm islahatlar həyata keçirilmiş, 1998-ci ildə dövlət senzurası ləğv edilmiş, medianın fəaliyyətini tənzimləyən müasir qanunvericilik bazası yaradılmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə media siyasəti yeni inkişaf mərhələsinə qədəm qoymuş, Medianın İnkişafı Agentliyi yaradılmış, “Media haqqında” Qanun qəbul edilmiş, media subyektlərinə vergi güzəştləri tətbiq olunmuş, jurnalistlərin sosial müdafiəsi gücləndirilmiş və milli medianın rəqəmsal inkişafı dəstəklənmişdir.
Azərbaycan mediası Birinci və İkinci Qarabağ müharibələri dövründə informasiya cəbhəsində ölkənin milli maraqlarını müdafiə etmiş, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynamışdır. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı jurnalistlər peşəkarlıq və vətənpərvərlik nümayiş etdirmişlər.
Son illərdə Şuşada keçirilən Qlobal Media Forumları beynəlxalq media əməkdaşlığının genişlənməsinə, dezinformasiyaya qarşı mübarizəyə, süni intellekt dövründə media etikası və informasiya təhlükəsizliyi kimi aktual məsələlərin müzakirəsinə mühüm töhfə verir.
Bu gün Azərbaycan mediası qlobal informasiya məkanının ayrılmaz hissəsi olaraq rəqəmsallaşma, süni intellekt, media savadlılığı və dezinformasiyaya qarşı mübarizə istiqamətlərində inkişaf edir. Milli mətbuatın əsas missiyası cəmiyyətin düzgün, operativ və qərəzsiz məlumatlandırılması, dövlət maraqlarının müdafiəsi, milli-mənəvi dəyərlərin qorunması və demokratik inkişafın dəstəklənməsidir.
22 İyul – Milli Mətbuat Günü Azərbaycan jurnalistikasının şərəfli tarixini, Həsən bəy Zərdabinin maarifçilik irsini və müasir medianın ölkənin inkişafındakı mühüm rolunu ehtiramla yad etmək üçün əlamətdar gündür.
Vüsalə Yüzbaşıyeva

15/07/2026

Şuşa Qlobal Media Forumu beynəlxalq nüfuza malik platforma kimi hər il daha çox ölkədən media nümayəndələrini, beynəlxalq təşkilatları və ekspertləri bir araya gətirərək qlobal informasiya mübadiləsinin, media əməkdaşlığının və aktual beynəlxalq məsələlərin müzakirəsinə mühüm töhfə verir. Forumun Şuşada keçirilməsi Qarabağda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının və bölgədə formalaşan yeni inkişaf mərhələsinin dünya ictimaiyyətinə nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət, qonşu dövlətlərlə qarşılıqlı etimada əsaslanan münasibətləri, müasir nəqliyyat və logistika infrastrukturu, enerji layihələri və beynəlxalq əməkdaşlıq təşəbbüsləri ölkəni Avrasiyanın əsas tranzit və enerji mərkəzlərindən birinə çevirmişdir. Orta Dəhlizin strateji əhəmiyyətinin artması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, gəmiqayırma sənayesinin inkişafı və yeni nəqliyyat imkanlarının yaradılması Azərbaycanın qlobal yükdaşımalarında rolunu daha da gücləndirir. Eyni zamanda, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və müttəfiqlik münasibətləri, Şuşa Bəyannaməsi ilə təsbit olunan strateji əməkdaşlıq regionda təhlükəsizliyin, sabitliyin və qarşılıqlı dəstəyin əsas təminatçılarından biri kimi çıxış edir. Azərbaycan beynəlxalq dialoqun, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın və regional inkişafın təşviqi istiqamətində ardıcıl siyasət yürüdərək həm regionda, həm də beynəlxalq müstəvidə etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirir.
Vüsalə Yüzbaşıyeva

15/07/2026

Prezident İlham Əliyev Şuşada Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə keçirdiyi görüşdən sonra verdiyi bəyanatda Azərbaycan–Slovakiyaü münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf etdiyini vurğulamışdır. Dövlət başçısı qeyd etmişdir ki, iki ölkə arasında siyasi dialoq müntəzəm xarakter daşıyır, qarşılıqlı səfərlər əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir və 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə uğurla icra olunur.
Bəyanatda Slovakiyanın Qarabağın bərpasına verdiyi dəstək xüsusi qeyd edilmiş, Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti tərəfindən həyata keçirilən “Ağıllı kənd” layihəsi bu əməkdaşlığın bariz nümunəsi kimi dəyərləndirilmişdir. Prezident İlham Əliyev iqtisadiyyat, ticarət, energetika, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin hər iki ölkənin prioriteti olduğunu bildirmiş, nümayəndə heyətləri arasında aparılan səmərəli müzakirələrin gələcək birgə layihələrin həyata keçirilməsinə zəmin yaratdığını vurğulamışdır.
Dövlət başçısı həmçinin Prezident Peter Pelleqrinin Azərbaycana, o cümlədən Qarabağa növbəti səfərinin ölkələr arasında dostluq, qarşılıqlı etimad və səmimi münasibətlərin göstəricisi olduğunu qeyd etmiş, Azərbaycan ilə Slovakiya arasında formalaşmış strateji tərəfdaşlığın gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.
Vüsalə Yüzbaşıyeva

03/07/2026

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı verdiyi bəyanatda Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğu vurğulanıb. Bildirilib ki, son aylarda qarşılıqlı yüksək səviyyəli səfərlər və intensiv siyasi dialoq tərəflər arasında etimadın və əməkdaşlığın daha da möhkəmləndiyini göstərir.
Bəyanatda Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğu, enerji sahəsində strateji əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd edilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, xüsusilə təbii qaz ixracının artması və Cənub Qaz Dəhlizinin əhəmiyyəti ön plana çəkilib. Bununla yanaşı, bərpaolunan enerji sahəsində geniş əməkdaşlıq imkanlarının mövcud olduğu, yaxın illərdə ölkənin günəş və külək enerjisi istehsalının əhəmiyyətli dərəcədə artacağı bildirilib.
Prezident İlham Əliyev Azərbaycanın nəqliyyat və logistika sahəsində regional əhəmiyyətini də vurğulayaraq, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı, liman və dəmir yolu infrastrukturuna yatırılan investisiyaların beynəlxalq ticarət üçün mühüm rol oynadığını diqqətə çatdırıb.
Bəyanatda regional təhlükəsizlik və Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması prosesi də geniş yer tutub. Qeyd olunub ki, sülh istiqamətində mühüm irəliləyiş əldə edilib, Azərbaycan regionda etimadın möhkəmləndirilməsi məqsədilə bir sıra praktiki addımlar atıb və uzunmüddətli sülhün təmin olunmasına sadiqdir. Bu prosesdə Avropa Komissiyasının dəstəyinin yüksək qiymətləndirildiyi və gələcək əməkdaşlığın Cənubi Qafqazda sabitlik, tərəfdaşlıq və davamlı inkişafın möhkəmlənməsinə töhfə verəcəyi vurğulanıb.
Vüsalə Yüzbaşıyeva

03/07/2026

Address

Aslan Kəmərli 41 A
Qazakh
AZ0035

Website

Alerts

Be the first to know and let us send you an email when Qazax şəhəri Qaratel Hacımahmudova adına ümumi orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Qazax şəhəri Qaratel Hacımahmudova adına ümumi orta ümumtəhsil məktəbi:

Shortcuts

Share

Category