26/02/2025
Qazax rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilən tədbirlər keçirilib.
Tədbirlər Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin, Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və ilə başlayıb.
Qeyd edək ki, təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan xüsusi dərslər, ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri keçirilib.