Nizami Academy

Nizami Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nizami Academy, Specialty School, Nəriman Nərimanov pr 4. , Heydər Əliyev Mərkəzi, Qax.

Qeydiyyat başlandı - 50 AZN 🎉🎉🎉
25/10/2021

Qeydiyyat başlandı - 50 AZN 🎉🎉🎉

Dəyərli valideynlərimiz! Siz istədiz biz etdik! 🎉Qiymətlər indi hamı üçün əl çatan oldu! 🔥🔥Həm çoxsaylı müraciətləri və ...
16/10/2021

Dəyərli valideynlərimiz! Siz istədiz biz etdik! 🎉
Qiymətlər indi hamı üçün əl çatan oldu! 🔥🔥

Həm çoxsaylı müraciətləri və istəkləri nəzərə alaraq həm də övladlarımıza, gənclərimizə və gələcəyimizə daha çox dəstək və motivasiya olmaq üçün qiymətlərimizi münasib və standart etdik!

🔥FOSTER - 60 AZN
🔥ROBOMONTE - 50 AZN
🔥3D PRİNT - 50 AZN
🔥DRON - 50 AZN
🔥DİY - 50 AZN

* DİQQƏT! - Şəhid ailələrimizin övladları üçün bütün kurslarımız tamamilə ödənişsizdir!

QAX - Qədim diyar müasir inkişaf mərhələsində!Hal hazırda dünyada trend halını almış və bizim də sizlər üçün sevərək təq...
12/10/2021

QAX - Qədim diyar müasir inkişaf mərhələsində!
Hal hazırda dünyada trend halını almış və bizim də sizlər üçün sevərək təqdim etdiyimiz - "3D PRİNT TEXNOLOGİYALARI" kursumuzun təlim proqramı ilə buyurun sizlər də tanış olun -

1️⃣ 3D QƏLƏM :
✅ Kağız üzərindəki 2-ölçülü proyektlərin 3D şəklində hazırlanması
✅ Nəqliyyat vasitələrinin (maşın, velosiped, avtobus və s.) hazırlanması
✅ Hərflər, sözlər və cümlələrin hazırlanması
✅ Film qəhramanları simvollarının (batman, superman, iron man və s.) hazırlanması
✅ Heyvanlar (fil, dovşan, at, it, pişik və s.)
✅ ...

2️⃣3D PRINTER:
✅Həndəsi fiqurların virtual hazırlanması
✅İsimli, işarəli açarlıqların virtual hazırlanması
✅Ev modelinin virtual hazırlanması
✅Dron modelinin virtual hazırlanması
✅ ... bu və digər proyektlərin kompüterdə virtual hazırlanması və 3D printer vasitəsilə çap edilməsi

SERTİFİKATLAR: 🎗
🦾 AREA - Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının sertifikatı

DRON nədir?   🧙harada istifadə olunur?Drone, İngilis dilində *erkək arı mənasını ifadə etsə də, günümüzdə insansız hava ...
08/10/2021

DRON nədir? 🧙
harada istifadə olunur?

Drone, İngilis dilində *erkək arı mənasını ifadə etsə də, günümüzdə insansız hava vasitələri mənasında istifadə edilir. Tarixinə nəzər salsaq görərik ki, dronlar ən çox hərbi sahədə istifadə edilib.

Günümüzdə bir neçə fərqli dron tipi var:
- Bunlardan biri uzaqdan pultla idarə edilə bilən; müəyyən bir məsafəyə qalxıb, enerjisi tükənənə qədər havada çəkim edə bilən dronlardır.

- Bir digəri isə gələcəkdə internetin olmadığı bölgələrdə internetə girişi təmin etmək üçün nəzərdə tutulan və davamlı havada olacaq dronlardır. Mark Zuckerbergin "Internet.org" layihəsində də bu tip dronlarla internet olmayan bölgələri internetlə təmin etmək hədəflənir.

Hal-hazırda əsas istifadə olunduğu sahələr:
- Jurnalistika və Media
- Marketing və Reklam
- Kənd təsərrüfatı
- Xəritəçəkmə və Planlama
- Neft və Qaz senayesi
- İdman və Sağlamlıq
- Səyahət və Əyləncə

3D PRİNT və ya 3D ÇAP nədir?   🧙‍♂️nə üçün lazımdır?3D çap, sizin və bizim kimi insanlara ev şəraitində asanlıqla komple...
07/10/2021

3D PRİNT və ya 3D ÇAP nədir? 🧙‍♂️
nə üçün lazımdır?

3D çap, sizin və bizim kimi insanlara ev şəraitində asanlıqla kompleks obyektlər istehsal etməyə imkan verir. Fabriklərdə istifadə olunan maşınlardan fərqli olaraq, müasir masaüstü 3D printerlər həm kiçikdir, həm ucuzdur həm də istifadəsi çox rahatdır.

Bir çox insan artıq evlərinə 3D printerlər alıb. Bəs bununla nə edirlər?
🎁Uşağınız yeni oyuncaq mı istəyir? 3D çap!
📺Televizorun pultu sınıb? Yenisini çap edin.
🍵Xüsusi dizaynlı çay fincanı? Niyə də yox?!

Evdəki əşyaları çap etmək, mağazadan hazır məhsul almaqdan daha ucuz, daha sürətli və daha çox fərdiləşdirilə bilər. Texnologiya getdikcə daha çox inkişaf edir və istehsal olunan məhsulların istehsal keyfiyyəti daim təkmilləşir. Hər kəsin evdə 3D printerə sahib olduğu bir dünyanı təsəvvür etmək o qədər də çətin deyil.

Yaxın günlərdə hər fəsli öz gözəlliyi ilə yaşayan doğma QAX⚡️ımızda start verəcəyimiz "DRON - Mən Pilotam" kursununTƏLİM...
06/10/2021

Yaxın günlərdə hər fəsli öz gözəlliyi ilə yaşayan doğma QAX⚡️ımızda start verəcəyimiz "DRON - Mən Pilotam" kursunun

TƏLİM PROQRAMI: 📖
✅ Dron texnologiyasına giriş
✅ Dronun mexaniki xarakteristikası
✅ Dronun elektronik xarakteristikası
✅ Dron texnologiyasında təhlükəsizlik
✅ Dron istehsalına giriş
✅ Dünya Dron Olimpiadasının təsnifatı
✅ Uzaqdan idarəetmə
✅ 3D texnologiyasına giriş
✅ Elektrik mühındisliyinə giriş
✅ Dronun mexaniki dizaynı
✅ Dronun təməl məntiqi alqoritmləri
✅ Mikrokontrollerlər
✅ Sensorlar
✅ GPS modulu
✅ 3D texnologiya
✅ Mikroelektronika
✅ Giroskop və Akselerometr
✅ Barometr və Kompas
✅ Telemetriya sistemləri
✅ Dron texnologiyasında tətbiq olunan yeni trendlər

SERTİFİKATLAR: 🎗
🦾 AREA - Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının sertifikatı

Elm yolunda tükənən ömürlərə, öyrətməyi, tərbiyə etməyi  özlərinə peşə seçənlərə və bu yolda gecəsini-gündüzünü fəda edə...
05/10/2021

Elm yolunda tükənən ömürlərə, öyrətməyi, tərbiyə etməyi özlərinə peşə seçənlərə və bu yolda gecəsini-gündüzünü fəda edənlərə eşq olsun! Sizlərə eşq olsun, əziz müəllimlərimiz! Bayramınız mübarək!

Address

Nəriman Nərimanov Pr 4. , Heydər Əliyev Mərkəzi
Qax
AZ3400

Alerts

Be the first to know and let us send you an email when Nizami Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nizami Academy:

Shortcuts

Share