Alqış Həsrətov

Alqış Həsrətov Alqış Həsrətov

16/12/2025
18/11/2025

Eksternat imtahanları üçün sənəd qəbulu davam edir.
---
Əvvəlki illərdə ümumi təhsil müəssisələrində oxuyub ümumi orta və tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər üçün 17 noyabr 2025-ci il tarixdən 17 dekabr 2025-ci il saat 18:00-dək eksternat təhsilalma forması üzrə ümumi orta və ya tam orta təhsil haqqında təhsil sənədi almaq məqsədilə sənəd qəbulu həyata keçirilir.

Eksternat qaydada aralıq imtahanlarında əvvəlki illərdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslər iştirak edə bilərlər.
İmtahanda iştirak etmək istəyən şəxslər aşağıdakı tələb olunan sənədləri yaşadıqları rayon üzrə təhsil sektorlarına yaxınlaşaraq təqdim edə bilərlər.

Tələb olunan sənədlər:

🔹Məktəb direktorunun adına ünvanlanmış ərizə. Ərizədə aralıq imtahanının hansı təhsil pilləsi üzrə verəcəyini, əsas xarici dil hansı fənn olacağını (İngilis dili, rus dili, fransız dili, alman dili), hansı bölmə üzrə imtahan verəcəyini (Azərbaycan və ya rus) əlaqə nömrəsini, faktiki yaşadığı ünvanı qeyd edilməlidir;

🔹Şəxsiyyət vəsiqəsinin surəti;

🔹3x4 ölçüdə 2 ədəd şəkil;

🔹Tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak etmək üçün (11-ci sinif üzrə) müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın;(şəhadətnamənin) surəti;

🔹Əvvəllər təhsil aldığınız müəssisədən əldə etdiyiniz təhsildən yayınma səbəbi və tədris ili göstərilmiş arayışın surəti;

🔹Başqa bölgədə məktəbi bitirənlər üçün yaşayış yerindən arayış;

🔹Ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edən şəxslərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edənin yaşı 18-dən aşağı olmamalıdır.

Müraciət edən şəxslər buraxılış imtahanlarından öncə əsas fənlərdən ibarət aralıq imtahanda iştirak edirlər. Tədris dili rus dilində olan şəxslər əlavə olaraq Azərbaycan dili fənnindən imtahan verirlər.

Ekstern imtahanları IX və XI siniflərin tədris planına uyğun olaraq, rəsmxət, əmək hazırlığı (texnologiya), təsviri incəsənət, fiziki tərbiyə, musiqi və nəğmə, gənclərin çağırışaqədərki hazırlığı fənləri istisna olmaqla digər bütün fənlər üzrə keçiriləcək.

Nəticələr Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarına kimi açıqlanır.

İmtahanlarında uğur qazanmış eksternlər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta və tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ qazanırlar.

Əlavə sualı olan vətəndaşlar Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinin (“146-0-11”) əlaqə nömrəsinə zəng etməklə məlumat ala bilərlər.

Qeyd: təqdim edilmiş sənədlərdə uyğunsuzluq aşkar edildiyi təqdirdə şəxsin eksternat qaydasında imtahanlarda iştirakı təmin edilməyəcək. İmtahanın keçiriləcəyi yer və tarix barədə əlavə məlumat veriləcək.

18/11/2025
08/10/2025

2025-2026-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul prosesi yenidən aktivləşdirilib.

I sinfə qeydiyyatı gecikən uşaqlar üçün 8 oktyabr 2025-ci il saat 15:00-dan 15 oktyabr 2025-ci il saat 18:00-a qədər boş qalan yerlərə məktəb və müəllim seçimi başlayacaq. Qeyd edilən tarixə qədər övladları üçün mektebeqebul.edu.az saytında sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq övladının ümumi təhsil müəssisəsinə qəbul prosesini yekunlaşdıra bilərlər.

Qeyd edək ki, cari tədris ili üzrə bu günə qədər I sinfə 130 mindən çox uşaq qəbul olunub.

30/09/2025

Sinfi səngərə dəyişən texnologiya müəllimi Tərlan Fərəcovun hekayəsini təqdim edirik.

Ətraflı: muallim.edu.az/news/68da1c74b934fdc33ea5f8d0

20/09/2025

20 Sentyabr - Dövlət Suverenliyi Günü

18/09/2025

‎📢 İşə qəbul üzrə müsabiqəyə start verilir!
‎- - - -
‎Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində vakant olan Çağırışaqədərki hazırlıq rəhbəri və psixoloq vəzifələrinə işə qəbul üzrə müsabiqə elan olunur.

‎🔹 Müsabiqə 3 mərhələdən ibarətdir:

‎1️⃣ Qeydiyyat:
‎📝 18-26 sentyabr 2025-ci il tarixlərdə saat 10:00-dan 18:00-a kimi rayon təhsil sektorlarına (yaşadığı rayon üzrə) yaxınlaşmaqla qeydiyyatdan keçə və buraxılış vərəqəsini götürə bilərlər.
‎📂 Qeydiyyat zamanı tələb olunan sənədlər:

‎👉 Çağırışaqədərki hazırlıq rəhbəri üçün:

‎Şəxsiyyəti təsdiq edən sənədin surəti

‎Təhsil haqqında sənədin (ümumi, orta ixtisas və ya ali) surəti

‎Hərbi biletin surəti (mütləqdir)

‎Əmək kitabçasının surəti (olduğu halda)

‎👉 Psixoloq üçün:

‎Şəxsiyyəti təsdiq edən sənədin surəti

‎Müvafiq ixtisas üzrə ali təhsil haqqında sənədin surəti

‎Əmək kitabçasının surəti (olduğu halda)

‎🔗 Əlavə məlumat:

‎Vakansiyalar: https://ref.az/2qHj6r

‎Müsabiqə proqramı: https://ref.az/FPCHJ

‎2️⃣ Test imtahanı:
‎📍 Sentyabr ayında Şəki şəhər 11 nömrəli tam orta məktəbdə keçiriləcək.
‎⏰ Müddət: 90 dəqiqə
‎📊 Suallar:

‎Vəzifə üzrə – 20 sual (hər biri 2 bal)

‎İKT səriştəsi – 10 sual (hər biri 1 bal)

‎Məntiq – 10 sual (hər biri 1 bal)

‎⚖️ Eyni bal toplayan namizədlər üçün üstünlük meyarları:

‎İxtisas üzrə toplanmış bal

‎Təhsil səviyyəsi (subbakalavr, bakalavr, magistr)

‎Pedaqoji sahədə iş təcrübəsi

‎3️⃣ Vakant yer üzrə yerləşdirmə:
‎✅ Qeydiyyat və test mərhələsini uğurla başa vuran namizədlər vakant yerlərə yerləşdiriləcək.

‎⚠️ Vacib qeyd:

‎İmtahanın dəqiq yeri və tarixi barədə məlumat İdarənin rəsmi Facebook səhifəsində elan olunacaq.

‎Namizədlərə əlavə olaraq SMS və ya WhatsApp vasitəsilə də bildiriş göndəriləcək.

‎Təqdim olunan məlumatların düzgünlüyünə görə məsuliyyət namizədin üzərinə düşür. Uyğunsuzluq aşkar edildikdə işə qəbul prosesi dayandırılır.

‎🎓 Bütün namizədlərə uğurlar arzulayırıq!

27/08/2025

Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi məqsədi ilə növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılır.

Qrupların komplektləşdirməsi prosesi 1-15 sentyabr tarixlərini əhatə edəcək. Komplektləşdirilmə prosesi yekunlaşdıqdan sonra isə uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi bq.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.

14/07/2025

📢 Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır.

🗓️ Müsabiqədə iştirak etmək istəyən namizədlər 29 iyul saat 11:00-dan 4 avqust saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

📌 Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli (o cümlədən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınmış) şəxslər iştirak edə bilərlər.

Address

Qax
3400

Alerts

Be the first to know and let us send you an email when Alqış Həsrətov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Alqış Həsrətov:

Shortcuts

Share