25/05/2026
Məktəbimizdə dahi şairimiz Səməd Vurğunun anadan olmasının 120 - ci ildönümünə həsr olunmuş dəyirmi masa təşkil olunub.
Əvvəlcə şairin həyat və yaradıcılığı haqqında Azərbaycan dili və ədəbiyyat müəllimləri Səidə Quliyeva, Səbuhə Hüseynova şagirdlərə geniş məlumat veriblər.
Sonra isə məktəblilərin ifasında şairin şeirləri səslənib.