15/08/2026
Gəlin uşaqlarımıza kiçik yaşlarından heyvanlara sevgi, mərhəmət və məsuliyyət hissini aşılayaq. Çünki mərhəmətli insan olmaq bütün canlılara hörmətlə yanaşmaqdan başlayır. Hər bir canlı sevgi, qayğı və təhlükəsizliyə layiqdir. Küçələrdə yaşayan heyvanlara laqeyd qalmamaq, onları incitməmək, imkan daxilində yemək və su ilə təmin etmək və ən əsası, onlara mərhəmətlə yanaşmaq hər birimizin insanlıq borcudur.