19/08/2026
📢 21 avqust tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı Günü” keçiriləcək.
✅ Açıq Qapı Günü çərçivəsində iştirakçılar təhsil müəssisəsinin infrastrukturu, müasir tədris otaqları, tədris imkanları və yataqxanası ilə yaxından tanış olmaq, təhsil prosesi və ixtisaslar barədə ətraflı məlumat əldə etmək imkanı qazanacaqlar.
Tədbir zamanı:
🔹 Təhsil müəssisəsinə tanıtım turu
🔹 İxtisaslar və təhsil imkanları barədə məlumat
🔹 Uğurlu məzunlarla görüş və onların təcrübələri
🔹 İşəgötürənlərlə görüş və əmək bazarı haqqında məlumat
🔹 Maraqlı viktorinalar və interaktiv fəaliyyətlər
🔹 Qəbul prosesi ilə bağlı sualların cavablandırılması nəzərdə tutulur.
📅 21 avqust 2026
🕘 09:00 – 13:00
📍 Qəbələ şəhəri, 28 May küçəsi, 89
Sizin üçün yeni bir başlanğıc, yeni bir peşə və yeni imkanlar burada başlayır!
Sizi Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində gözləyirik!