Qəbələ şəhəri Nicat Apayev adına 4 nömrəli tam orta məktəb

Qəbələ şəhəri Nicat Apayev adına 4 nömrəli tam orta məktəb Nicat Apayev,Aqşin Ənvərli,Elməddin Mustafayev,Məhəmməd Qarayev
Allah cəmi şəhidlərimizə rəhmət eləsin.

Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərəcək müəllimimizi tanıyaq.
21/08/2026

Yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərəcək müəllimimizi tanıyaq.

20/08/2026

İnzibati-təsərrüfat və tədris-köməkçi vəzifələr üzrə işə qəbul müsabiqəsinə start verilir 📢

🏫 Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan inzibati-təsərrüfat və tədris-köməkçi vəzifələr üzrə işə qəbul müsabiqəsinə start verilir.

📌 Müsabiqə aşağıdakı vəzifələri əhatə edir:

🔹 Təsərrüfat işləri üzrə direktor müavini
🔹 Təsərrüfat müdiri
🔹 Uşaq birliyi təşkilatı rəhbəri
🔹 Kitabxana müdiri
🔹 Kitabxanaçı
🔹 Çağırışaqədərki hazırlıq rəhbəri
🔹 Psixoloq
🔹 Laborant
🔹 Katibə

📝 Müsabiqə 2 mərhələdən ibarətdir:
1️⃣ Sənəd qəbulu
2️⃣ Test imtahanı

👤 Namizədlər elan olunmuş vakant vəzifələrdən yalnız biri üzrə qeydiyyatdan keçə bilərlər.

📅 Qeydiyyat: 21–28 avqust 2026-cı il
⏰ Saat: 09:00–18:00
🍽️ Nahar fasiləsi: 13:00–14:00
📍 Qeydiyyat rayon təhsil sektorlarında həftənin iş günlərində aparılır.

💻 Test imtahanında 60 sual təqdim olunacaq:
📚 Vəzifə bilikləri – 30 sual
⚖️ Qanunvericilik – 15 sual
💻 İnformasiya-kommunikasiya texnologiyaları – 15 sual

⏱️ Test üçün 120 dəqiqə vaxt veriləcək.
✅ 30 və daha yüksək bal toplayan namizədlər imtahandan uğurla keçmiş hesab olunacaqlar.
❌ Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyəcək.

🏆 İmtahandan uğurla keçən namizədlər topladıqları bala əsasən vakant vəzifələrə yerləşdiriləcəklər.

📌 Eyni bal toplayan namizədlər arasında üstünlük aşağıdakı ardıcıllıqla müəyyən ediləcək:
🔸 Müharibə iştirakçıları və onların ailə üzvləri
🔸 Təhsil səviyyəsi daha yüksək olan şəxslər
🔸 İş stajı daha çox olan şəxslər
🔸 Müəssisəyə daha yaxın ərazidə yaşayan şəxslər

📋 Müsabiqədən uğurla keçib vakant vəzifəyə yerləşdirilməyən namizədlər cari tədris ilinin sonunadək ehtiyat kadr kimi saxlanılacaq.

⭐ Şəhid ailəsi üzvlərinin inzibati-təsərrüfat və tədris-köməkçi vəzifələrə işə qəbulu müvafiq tələblərə uyğunluğu yoxlanılmaqla müsabiqədənkənar qaydada həyata keçirilir.

📄 Qeydiyyat zamanı tələb olunan sənədlər:
🔹 Şəxsiyyət vəsiqəsinin surəti
🔹 Təhsil haqqında sənədin surəti
🔹 Əmək kitabçasının surəti (olduğu halda)
🔹 Əlavə sənədlər – sertifikat, diplom və s. (istəyə bağlı)

🎖️ Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə müraciət edən namizədlər hərbi biletin surətini də təqdim etməlidirlər.

⚠️ İxtisas tələbi müəyyən edilmiş vəzifələr üzrə yalnız müvafiq tələblərə cavab verən namizədlərin rayon təhsil sektorlarına yaxınlaşaraq qeydiyyatdan keçməsi tələb olunur.

📱 Test imtahanının tarixi və yeri barədə məlumat namizədlərin qeydiyyat zamanı təqdim etdikləri mobil telefon nömrələrinə SMS vasitəsilə göndəriləcək. Məlumat, həmçinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəsmi “Facebook” səhifəsində paylaşılacaq.

📌 Müsabiqənin nəticələrindən narazı qalan namizədlər nəticələr elan edildikdən sonra 3 iş günü müddətində rayon təhsil sektoruna yaxınlaşaraq apellyasiya müraciəti edə bilərlər.

🔗 Vakant vəzifələr və test imtahanı proqramı ilə tanış olmaq üçün:
https://drive.google.com/drive/folders/1IdgtztQHnYrtgzPbrV65f5aqFur7hbRT?usp=sharing

🏅 Fərqlənmə attestatı alan IXsinif məzunlarımız!Bu uğur — şagirdin əzminin, ailənin dəstəyinin və məktəbin zəhmətinin mö...
18/08/2026

🏅 Fərqlənmə attestatı alan IXsinif məzunlarımız!

Bu uğur — şagirdin əzminin, ailənin dəstəyinin və məktəbin zəhmətinin möhtəşəm nəticəsidir.

Qürurverici nailiyyət münasibətilə məzunlarımızı, onların ailələrini və müəllimlərimizi ürəkdən təbrik edirik!
Uğurlarınız daim, yolunuz işıqlı olsun!

🏅 Fərqlənmə attestatı alan XI sinif məzunlarımız .Bu uğur— şagirdin əzmi, ailənin dəstəyi, məktəbin zəhmətinin birgə nət...
18/08/2026

🏅 Fərqlənmə attestatı alan XI sinif məzunlarımız .
Bu uğur— şagirdin əzmi, ailənin dəstəyi, məktəbin zəhmətinin birgə nəticəsidir.
Bu qürurverici uğur münasibətilə şagirdlərimizi, onların ailələrini və müəllimlərimizi ürəkdən təbrik edirik!

17/08/2026

📢 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.

💻 Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

📌 Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

17/08/2026

📢 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.

💻 Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

📌 Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

16/08/2026
16/08/2026

Məzunumuz Ziyadova Əsma 🌹🌹🌹

📢 Təhsil sənədləri artıq myGov-da!💻 Təhsil haqqında dövlət nümunəli sənədlər artıq mygov platformasında əlçatandır. 🎓 20...
15/08/2026

📢 Təhsil sənədləri artıq myGov-da!

💻 Təhsil haqqında dövlət nümunəli sənədlər artıq mygov platformasında əlçatandır.

🎓 2026-cı il məzunları təhsil müəssisələri tərəfindən imzalanmış elektron təhsil sənədlərini mygov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər.

📌 Elektron sənədin üzərindəki QR kodu oxudaraq və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq mümkündür.

📱 Yaxın günlərdə elektron təhsil sənədləri mygov mobil tətbiqində də əlçatan olacaq.

🎯Təhsil sənədləri artıq rəqəmsal formatda — daha rahat və əlçatan.

Address

Qabala

Website

Alerts

Be the first to know and let us send you an email when Qəbələ şəhəri Nicat Apayev adına 4 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share