Qəbələ rayon üzrə təhsil sektoru

Qəbələ rayon üzrə təhsil sektoru Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Qəbələ rayon üzrə təhsil sektoru, Education, Heydər Əliyev Prospekti 40, Qutqashen.

Hörmətli izləyicilər,Bu gündən etibarən Qəbələ rayonu üzrə təhsil sektorunun "Facebook" səhifəsi fəaliyyətini dayandırıl...
03/03/2025

Hörmətli izləyicilər,

Bu gündən etibarən Qəbələ rayonu üzrə təhsil sektorunun "Facebook" səhifəsi fəaliyyətini dayandırılır. Rayondakı təhsil yenilikləri və ümumilikdə şimal-qərb bölgəsi üzrə məlumatları əldə etmək üçün Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəsmi sosial media hesablarını izləyə bilərsiniz:

📌 Facebook: https://www.facebook.com/ShekiZagatalaRTI
📌 Instagram: https://instagram.com/seki_zaqatala_rti?igshid=OGQ5ZDc2ODk2ZA==
📌 Telegram: https://t.me/sekizaqatalarti

Martın 2-də Dövlət İmtahan Mərkəzinin (DİM)  Şəki regional bölməsinin əhatə etdiyi Şəki, Qəbələ və Oğuz rayonlarında tam...
02/03/2025

Martın 2-də Dövlət İmtahan Mərkəzinin (DİM) Şəki regional bölməsinin əhatə etdiyi Şəki, Qəbələ və Oğuz rayonlarında tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.

Qəbələ rayonu üzrə 6 mərkəzdə keçirilən buraxılış imtahanında 1270 nəfər şagirdin iştirakı nəzərdə tutulub.

Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirili...
02/03/2025

Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilib

Martın 2-də ümumi təhsil müəssisələrinin V, VI və VII sinif şagirdlərinin iştirakı ilə Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilib.

Qəbələ rayonu tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən iştirak etmək üçün 959 şagird qeydiyyatdan keçib. Onlardan 846 nəfəri rayon üzrə 2 mərkəzdə təşkil olunan müsabiqələrdə iştirak edib.

Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası V sinif şagirdləri üçün, Fənn müsabiqələri isə VI və VII siniflər üçün təşkil olunub. VI sinif şagirdləri riyaziyyat, informatika və təbiət fənləri, VII sinif şagirdləri isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə imtahan veriblər.

Müsabiqələrin əsas məqsədi istedadlı şagirdləri aşkar etmək, onların məntiqi və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirmək, sağlam rəqabət mühiti formalaşdırmaq və şagirdlərlə məqsədyönlü iş aparmaqdır.

Qeyd edək ki, Fənn müsabiqələrinin qalibləri Elm və Təhsil Nazirliyi tərəfindən Beynəlxalq Olimpiadalar Mərkəzində hazırlıq prosesinə cəlb olunur və müvafiq təmayüllü lisey və gimnaziyalara müsabiqədənkənar qəbul olmaq imkanı əldə edirlər.

Ümumi təhsil müəssisələrində 1 Mart-Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbirlər keçirilib.------Qəbələ rayonu ta...
28/02/2025

Ümumi təhsil müəssisələrində 1 Mart-Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbirlər keçirilib.

------
Qəbələ rayonu tabeliyindəki ümumi təhsil müəssisələrində 1 Mart-Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbirlər keçirilib.

Tədbirlərdə mülki müdafiənin məqsədi və əhəmiyyəti barədə şagirdlər məlumatlandırılıb. Həmçinin yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlərdən bəhs olunub. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları şagirdlərə izah edilib.

Eləcə də fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, dəm qazından zəhərlənmənin profilaktikası, "112" zəng xidmətindən istifadə mövzularında şagirdlərə ətraflı məlumatlar verilib,fövqəladə hallarla bağlı bilikləri yoxlanılıb.

Qeyd edək ki, Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı məktəblərdə tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət və yanğın hadisələri zamanı düzgün təxliyə üsullarını öyrətməkdən ibarətdir.

Xocalı Soyqırımının 33-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.----- Qəbələ rayonu tabeliyində fəaliyyət gö...
26/02/2025

Xocalı Soyqırımının 33-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
-----
Qəbələ rayonu tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində Xocalı Soyqırımının 33-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Təhsil müəssisələrində “Xocalı soyqırımını unutma”, “Xocalı uşaqların gözü ilə”,“Qanlı gecə”, ” mövzularında xüsusi dərslər, mühazirələr, “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, rəsm müsabiqələri və idman yarışları təşkil edilib.

Tədbirlərdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Xocalı faciəsinin tarixindən bəhs olunub. Çıxış edənlər Xocalı faciəsində xalqımızın başına gətirilən dəhşətləri, dinc xalqa divan tutaraq misli görünməmiş vəhşilikləri şagirdlərin diqqətinə çatdırıblar.

Şagirdlər Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını şeirlər, ədəbi-bədii kompozisiyalar vasitəsilə nümayiş etdiriblər.

Xocalı soyqırımı ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, stendlər, guşələr, bülletenlər hazırlanıb, məktəblilər arasında inşa yazı müsabiqələri keçirilib.Həmçinin təhsil müəssisələrində Xocalı faciəsi barədə filmlər nümayiş olunub

Xocalı soyqırımının 33-cü  ildönümünə həsr olunmuş "Xocalı-qan yaddaşımız" adlı rəsm sərgisi təşkil edilib.------Qəbələ ...
26/02/2025

Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş "Xocalı-qan yaddaşımız" adlı rəsm sərgisi təşkil edilib.
------
Qəbələ rayonu Uşaq Gənclər İnkişaf Mərkəzində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş "Xocalı-qan yaddaşımız" adlı həsr edilmiş rəsm sərgisi təşkil edilib.
Sərgidə Qəbələ rayon üzrə təhsil sektorunun müdiri Arifə Bayramova ,mərkəzin rəhbəri Rəfiqə Şirinova ,dərnək rəhbərləri və dərnək üzvləri iştirak etdilər.
Tədbirdə çıxış edənlər Xocalı faciəsinin yalnız xalqımıza qarşı deyil, ümumilikdə insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət olduğunu qeyd ediblər .
Daha sonra tədbir iştirakçıları şagirdlərin əl işlərindən ibarət sərgilə tanış olublar.
Tədbirin sonunda dərnək üzvlərinin ifasında Xocalı soyqırımına həsr edilmiş şeirlər səsləndirilib.

26/02/2025


📢2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinə start verildi✔️Şagirdlərin elek...
25/02/2025

📢2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinə start verildi

✔️Şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az saytında şəxsi kabinet yaratmaq və mövcud kabinetə daxil olmaq "Digital Login” vasitəsilə həyata keçirilir.

⤵️Aşağıdakı keçid vasitəsilə şagird yerdəyişməsi elektron xidməti üzrə təlimatla tanış ola bilərsiniz.

edu.gov.az/uploads/mudta/2025/www.sy.edu.az-telimat.pdf

Baharın gəlişini müjdələyən Su çərşənbəniz mübarək! 💧
25/02/2025

Baharın gəlişini müjdələyən Su çərşənbəniz mübarək! 💧

25/02/2025
📢“Ən yaxşı təqdimat” müsabiqəsinə başlanılırℹ️Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təq...
24/02/2025

📢“Ən yaxşı təqdimat” müsabiqəsinə başlanılır

ℹ️Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinə start verilib.

📌Müsabiqə region və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil olunacaq.

💻Şagirdlər portal.edu.az platformasında bu məqsədlə yaradılmış “Müsabiqələr və olimpiadalar” bölməsindən müsabiqənin istiqamətini seçərək elektron formada müraciət edə bilərlər.

📩 Qeydiyyatdan keçmiş təhsilalanlar müsabiqənin region mərhələsində iştirak üçün yerli təhsili idarəetmə qurumları tərəfindən dəvət ediləcəklər.

🏆 Müsabiqənin final mərhələsinə vəsiqə qazanacaq təhsilalanlar nəticə ilə bağlı portal.edu.az platforması və mobil telefona SMS göndərilməsi vasitəsilə məlumatlandırılacaqlar.

Qeyd edək ki, müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum gününün 102-ci ildönümü ilə əlaqədar, ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir.

📞 Qeydiyyatla bağlı hər hansı çətinliklə üzləşən vətəndaşlar +994 51 206 78 48 nömrəsinə “Whatsapp” üzərindən yazaraq müraciət edə bilərlər.

❗Nəzərinizə çatdırırıq ki, müsabiqəyə qeydiyyat və qaynar xətt 4 mart saat 11:00-a kimi aktiv olacaq.

Respublika fənn olimpiadalarının yarımfinal mərhələsi keçirilib.----- Qəbələ şəhəri 1 nömrəli tam orta məktəbdə Respubli...
23/02/2025

Respublika fənn olimpiadalarının yarımfinal mərhələsi keçirilib.
-----
Qəbələ şəhəri 1 nömrəli tam orta məktəbdə Respublika fənn olimpiadalarının yarımfinal mərhələsi keçirilib. Mərkəzdə keçirilən olimpiadada Qəbələ üzrə 221 və Oğuz rayonu üzrə 188 şagird olmaqla,ümumilikdə 409 şagird iştirak edib.

Respublika fənn olimpiadalarının yarımfinal mərhələsi riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənni daxil olmaqla 7 fənn üzrə keçirilib.

Qeyd edək ki, Respublika fənn olimpiadalarının təşkilində əsas məqsəd istedadlı şagirdlərin aşkarlanması, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.

Address

Heydər Əliyev Prospekti 40
Qutqashen
36

Alerts

Be the first to know and let us send you an email when Qəbələ rayon üzrə təhsil sektoru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Qəbələ rayon üzrə təhsil sektoru:

Shortcuts

Share

Category