20/01/2026
Son illərdə Ordubad rayonunun təhsil göstəricilərində davamlı yüksəliş qeydə alınıb.
“2025-ci ildə Ordubad rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr” mövzusunda hesabat tədbirində Ordubad Rayon Təhsil Şöbəsinin müdiri Samir Zeynalov çıxış edib.
2025-ci il ərzində IV və VI siniflər üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən monitorinqlər keçirilmişdir.IV sinif şagirdləri üçün monitorinq qiymətləndirmə imtahanında ölkə üzrə orta qiymət göstəricisi: 27.8 bal, Muxtar Respublika üzrə orta qiymət göstəricisi: 26.9 bal, Ordubad rayonu üzrə orta qiymət göstəricisi: 29,4 bal olmuşdur. Monitorinq qiymətləndirmə imtahanının nəticələrinə əsasən rayonun 20 ümumtəhsil məktəbinin orta qiyməti muxtar respublika üzrə müəyyənləşən orta qiymətdən (26,9) yüksək olmuşdur.
VI sinif şagirdləri üçün monitorinq qiymətləndirmə imtahanında orta qiymət göstərici ölkə üzrə : 34,2 bal, Muxtar Respublika üzrə 33,7 bal olmuşdur. Ordubad rayonu üzrə orta qiymət 37,3 bal olmuşdur. Monitorinq qiymətləndirmə imtahanının nəticələrinə əsasən rayonun 27 ümumtəhsil məktəbinin orta qiyməti muxtar respublika üzrə müəyyənləşən orta qiymətdən (33,7) yüksək olmuşdur.
2024-2025-ci tədris ilində rayon ümumtəhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 463 şagird bitirmiş, onlardan 12 şagird fərqlənmə attestatı almışdır. Keçirilən buraxılş imtahanının nəticələrinə əsasən rayon ümumtəhsil məktəblərinin orta bal göstəricisi 111,9 olmuşdur. Tabeliyimizdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin imtahan nəticələrinə əsasən rayonun 17 məktəbinin orta qiyməti respublika ümumtəhsil məktəblərinin orta qiymətindən yüksəkdir.
2024-2025-ci tədris ilində tam orta təhsil səviyyəsi üzrə 320 şagird məzun olmuş, 22 məzun tam orta təhsil səviyyəsini fərqlənmə attestatı ilə bitirmişdir. Keçirilən buraxılş imtahanının nəticələrinə əsasən rayon ümumtəhsil məktəblərinin orta bal göstəricisi 147 olmuşdur. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələrinə əsasən rayonun 15 məktəbinin orta bal göstəricisi respublikanın orta bal göstəricisindən yüksək olmuşdur.
XI sinifi bitirən 320 məzundan 301-i ali məktəblərə sənəd qəbulu üçün ərizə vermişdir.
176 abituriyent ali məktəbə 64 nəfər isə orta ixtisas təhsil müəsisələrinə qəbul olunub. Ümumilikdə qəbul 75% olmuşdur.
500-700 bal intervalında: 36 nəfər, 10 nəfər abituriyent isə 600 baldan yuxarı nəticə göstərmişdir.
Ali təhsili müəssisələrinə tələbə qəbulu üzrə 7 ümumtəhsil məktəbi, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə isə 2 ümumtəhsil məktəbinin nəticəsi 100 faiz olmuşdur. Ümumi nəticələrə əsasən 9 ümumtəhsil məktəbi 100% qəbul nəticəsi əldə etmişdir.