Ordubad şəhər 1 nömrəli tam orta məktəb

Ordubad şəhər 1 nömrəli tam orta məktəb Təhsil millətin gələcəyidir! H.Əliyev.

ℹ️ bp Azərbaycan şirkəti ilə əməkdaşlıq çərçivəsində Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində yeni istehsalat emalatxanala...
21/08/2026

ℹ️ bp Azərbaycan şirkəti ilə əməkdaşlıq çərçivəsində Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində yeni istehsalat emalatxanaları yaradılıb

📢 Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə bp şirkəti arasında 10 aprel 2026-cı il tarixində imzalanmış əməkdaşlıq sazişi çərçivəsində
Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində iki yeni “Elektronika və kommunikasiya sistemlərinin istismarı” və “Avtoservis” emalatxanaları yaradılıb.

✅ ️Emalatxanalar müasir avadanlıqlarla təchiz edilərək tələbələrin nəzəri biliklərini praktiki bacarıqlara çevirməsi üçün əlverişli tədris mühiti ilə təmin olunub.

🔷 ️Emalatxanalarda müəllimlər üçün iş masaları, yanacaq sistemi, hidravlik və mexaniki sükanlar, elektromaqnit, birbaşa cərəyan mühərriki və birfazalı transformator modelləri, elektrik quraşdırma təlim dəstləri, elektrik quraşdırmasına nəzarət-test cihazları, iş dəzgahları, günəş və külək enerjisi, dövrə analizi üzrə təlim dəstləri və digər müasir avadanlıqlar quraşdırılıb.

✔️ 2026–2027-ci tədris ilinin qəbul planında nəzərdə tutulan müvafiq ixtisaslar üzrə təhsil alacaq 100-dən çox tələbənin təcrübə dərslərində yeni emalatxanaların imkanlarından istifadə etməsi nəzərdə tutulur. Müasir avadanlıqlarla təchiz edilmiş emalatxanalar tədrisin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin praktiki bacarıqlarının inkişafına, əmək bazarının tələblərinə uyğun peşəkar kadr hazırlığının gücləndirilməsinə və onların gələcək məşğulluq imkanlarının
genişləndirilməsinə mühüm töhfə verəcək.

🔗 Qeyd edək ki, həmçinin əməkdaşlıq sazişi çərçivəsində Heydər Əliyev adına tam orta məktəbdə və Naxçıvan Qızlar Liseyində də yeni laboratoriyalar yaradılıb.Sazişə əsasən muxtar respublikanın ümumtəhsil müəssisələrində çalışan 30 nəfər perspektivli və metodoloji dəstəyə ehtiyacı olan ingilis dili müəlliminin ixtisasartırma və təlim proqramlarına cəlb olunması, eləcə də riyaziyyat, informatika, fizika və kimya fənləri üzrə istedadlı şagirdlərin müəyyənləşdirilməsi və onların yerli və beynəlxalq olimpiadalara hazırlığının dəstəklənməsi istiqamətində tədbirlər həyata keçirilir.

Uşaq Səfirlər Məclisinin Regional nümayəndəsi kimi Cəfər Səfərliyə də Uşaq Səfirlər Məclisinin bayrağı və nişanı təqdim ...
19/08/2026

Uşaq Səfirlər Məclisinin Regional nümayəndəsi kimi Cəfər Səfərliyə də Uşaq Səfirlər Məclisinin bayrağı və nişanı təqdim olundu.

ℹ️ Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üz...
18/08/2026

ℹ️ Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.

💻 Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

📌 Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə rayon, şəhər Təhsil Şöbələrinə, Naxçıvan "ASAN xidmət" mərkəzinə müraciət edə bilərlər.


17/08/2026
15/08/2026
15/08/2026

ℹ️ 14 avqust tarixindən 2026/2027-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vəzifələrinə işə qəbul üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılıb.

🕐 Son müraciət tarixi: 18 avqust, saat : 18:00
🔗 Ətraflı : https://vet.edu.gov.az/news/content/1342/inner
🔗 Vakansiya seçimi üçün : portal.edu.az


15/08/2026

ℹ️ Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin cavabları açıqlandı!

📢 23 iyul tarixindən etibarən www.portal.edu.az platforması vasitəsilə 39 735 nəfərdən 150 354 müraciət daxil olub. Ümumilikdə 24 161 nəfər müsabiqədən keçib.

❗Müsabiqədən uğurla keçən namizədlər 25 avqust 18:00 tarixinədək qeyd olunan sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir.

📌 Əvvəlki illərin məzunları üçün attestatın əsli, cari ilin məzunları üçün isə elektron attestatların çap olunmuş nüsxəsi təqdim olunur.

ℹ️ Müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.


15/08/2026

ℹ️ Naxçıvanda 600-700 bal toplayan məzunların sayı 10 faiz artıb

📢 Naxçıvanda ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunların sayı artıb.

✅ ️2025-2026-cı tədris ilində qəbul imtahanlarında 600-700 intervalında bal toplayan məzunların sayı əvvəlki tədris ili ilə müqayisədə 10 faiz artaraq 112 nəfər olub.

🔗 Qeyd edək ki, 2024-2025-ci tədris ilində bu göstərici 101 nəfər təşkil edib.

Ⓜ️əzunların qəbul imtahanlarında yüksək nəticələr göstərməsi onların ölkənin nüfuzlu ali təhsil müəssisələrinə qəbul imkanlarını daha da genişləndirib.

15/08/2026

Address

Ordubat

Website

Alerts

Be the first to know and let us send you an email when Ordubad şəhər 1 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share