Ordubad rayon Aşağı Əylis kənd tam orta məktəbi

Ordubad rayon Aşağı Əylis kənd tam orta məktəbi Ordubad rayon Aşağı Əylis kənd tam orta məktəbi

13/03/2026
13/03/2026
13/03/2026
03/03/2026
03/03/2026

ℹ️ Naxçıvanda aprel–may aylarında keçirilməsi nəzərdə tutulan təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi ilə bağlı ən çox verilən suallar və onların cavabları.

03/03/2026

ℹ️ Respublika Fənn Olimpiadalarının (RFO) yarımfinal mərhələsinin informatika fənni üzrə buraxılış vərəqələri artıq hazırdır.

🌐 Şagirdlər portal.edu.az saytına daxil olub vərəqələri yükləyə bilərlər.

📆 Xatırladaq ki, informatika fənni üzrə imtahan 7-8 mart tarixlərində keçiriləcək.


26 fevral tarixində Ordubad rayon Aşağı Əylis kənd tam orta məktəbində məktəbdaxili valideyn iclası keçirilmişdir.“Ailəd...
26/02/2026

26 fevral tarixində Ordubad rayon Aşağı Əylis kənd tam orta məktəbində məktəbdaxili valideyn iclası keçirilmişdir.
“Ailədaxili ünsiyyət və uşaqlarla effektiv kommunikasiya” mövzusuna həsr olunan iclasda valideyn–məktəb əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsində oynadığı mühüm rol geniş müzakirə olunmuşdur.
Tədbirdə məktəbin direktoru Vidadi Quliyev çıxış edərək sağlam ailə mühitinin uşağın şəxsiyyət kimi formalaşmasında əsas amillərdən biri olduğunu vurğulamış, məktəb və valideyn arasında qarşılıqlı etimadın və davamlı əlaqənin təhsilin keyfiyyətinə birbaşa təsir etdiyini bildirmişdir.
Tədris işləri üzrə direktor müavini Türkan Hüseynova isə çıxışında uşaqlarla düzgün ünsiyyət qurmağın onların psixoloji inkişafına, dərsə motivasiyasına və özünəinamının formalaşmasına müsbət təsir göstərdiyini qeyd etmişdir. O, valideynlərə gündəlik ünsiyyətdə anlayışlı və dəstəkləyici mövqenin əhəmiyyətini xüsusi olaraq diqqətə çatdırmışdır.
İclas zamanı müəllimlər və valideynlər mövzu ətrafında fikir mübadiləsi aparmış, qarşılıqlı təklif və tövsiyələr səsləndirilmişdir. Sonda belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyi vurğulanmışdır.

26 Fevral – Xocalı soyqırımının anım günü ilə əlaqədar Ordubad rayon Aşağı Əylis kənd tam orta məktəbində tədbir keçiril...
26/02/2026

26 Fevral – Xocalı soyqırımının anım günü ilə əlaqədar Ordubad rayon Aşağı Əylis kənd tam orta məktəbində tədbir keçirilib.
Tədbir çərçivəsində şagirdlərə Xocalı soyqırımı haqqında videoçarx nümayiş olunub. Videoçarxda 1992-ci il fevralın 26-da baş vermiş faciənin dəhşətləri, dinc əhaliyə qarşı törədilmiş qətliam və xalqımızın yaşadığı ağır itkilər əks etdirilib.
Məktəbin müəllimləri tərəfindən şagirdlərə faciənin tarixi-siyasi mahiyyəti, beynəlxalq hüquq baxımından qiymətləndirilməsi və hadisənin Azərbaycan tarixində tutduğu yer barədə məlumat verilib.
Tədbirin əsas məqsədi şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, tarixi yaddaşın qorunması və milli-mənəvi dəyərlərin aşılanması olub.

Address

Ordubad

Telephone

+994506268833

Website

Alerts

Be the first to know and let us send you an email when Ordubad rayon Aşağı Əylis kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ordubad rayon Aşağı Əylis kənd tam orta məktəbi:

Shortcuts

Share