Oğuz rayon Bucaq kənd tam orta məktəbi

Oğuz rayon Bucaq kənd tam orta məktəbi Səhifə məktəbin rəsmi səhifəsidir.
21.09.2023 tarixində yaradılmışdır.

Bu gün ömrünün 40 ildən çoxunu müəllimliyə həsr etmiş Bucaq kənd tam orta məktəbin dil-ədəbiyyat müəllimi Amalya Quliyev...
13/11/2024

Bu gün ömrünün 40 ildən çoxunu müəllimliyə həsr etmiş Bucaq kənd tam orta məktəbin dil-ədəbiyyat müəllimi Amalya Quliyevanın ad günüdür.
Amalya müəllimə işlədiyi illər ərzində şagirdlərinin sevimli müəllimi, həmkarlarının dəyərli və səmimi iş yoldaşı olmuşdur.
Bucaq kənd tam orta məktəbin kollektivi olaraq müəlliməni təbrik edir, ona can sağlığı və xoş günlər arzu edirik.
Ad gününüz mübarək! 🌹

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür.Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarix...
09/11/2024

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür.

Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.
Azərbaycanın dövlət bayrağı 1918-ci il noyabrın 9-da Cümhuriyyət Hökumətinin iclasında qəbul edilib. 1920-ci ilin aprelində Cümhuriyyətin süqutundan sonra endirilən üçrəngli bayrağımız 70 il sonra - 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı ilə Naxçıvan Muxtar Respublikasında yenidən ucaldılıb. Bundan bir qədər sonra - 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən həmin üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunub. Həmin il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.
Nəhayət 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini elan etdi. Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərinə, o cümlədən Dövlət Bayrağına sahib çıxdı.

Ulu öndər Heydər Əliyev Dövlət Bayrağımızı səciyyələndirərək deyirdi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”.

Bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Bu gün hər bir azərbaycanlı Dövlət Bayrağına böyük hörmət və ehtiramla yanaşır.

Prezident İlham Əliyev hər zaman dövlət rəmzlərinə yüksək dəyər verir. Üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu vurğulayan dövlətimizin başçısı deyir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”.
Dövlət Bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

Bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşmən işğalından qurtararaq ərazi bütövlüyümüzü bərpa edib. Azərbaycan əsgəri bayrağımızı 28 il həsrətində olduğumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərində, Hadrut, Mincivan, Ağbənd qəsəbələrində, Suqovuşanda, işğaldan azad olunmuş 200-dən çox kənddə ucaldıb. Dövlət Bayrağı Gününə ən böyük müjdə isə 2020-ci ildə verildi. Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də - Dövlət Bayrağı Günü ərəfəsində üçrəngli bayrağımızın Şuşada ucaldıldığını xalqımıza bəyan etdi. Bundan sonra yüz minlərlə insan əllərində Azərbaycan Bayrağı küçələrə çıxaraq Şuşa Zəfərinin sevincini paylaşdı. Şuşanın 28 ildən sonra düşmən tapdağından qurtarılması Bayraq Günü ilə bir vaxta təsadüf etdi. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olunacaq. Bu şanlı səhifəni tariximizə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev yazdı.

Qeyd edək ki, müstəqil Azərbaycanın Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.

08/11/2024

08/11/2024
Bucaq kənd tam orta məktəbində 8 Noyabr Zəfər gününə və 9 Noyabr Bayraq gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir...
07/11/2024

Bucaq kənd tam orta məktəbində 8 Noyabr Zəfər gününə və 9 Noyabr Bayraq gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Bucaq kənd bələdiyyəsinin sədri R. Əhmədli, Valideyn komitəsinin sədri A. Rəşidov, şəhid ailələrinin üzvləri, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edirdilər.
Tədbir şəhidlərin xatirəsinin yad edilməsi ilə başlanmışdır. Sonra şagirdlərin ifasında bədii kompozisiya təqdim olunmuşdur. Zəfər gününə və Bayraq gününə həsr olunmuş videoçarx izlənilmişdir.
Daha sonra məktəbdə müxtəlif müsabiqə və yarışlarda qalib olmuş şagirdlərə hədiyyələr təqdim olunmuşdur.
Tədbirin sonunda qonaqlar, məktəb direktoru çıxış edərək, müasir tariximizə qızıl hərflərlə yazılmış Zəfər günü münasibətilə öz təbriklərini söyləmişlər.
Tədbirdən sonra məktəbin şagirdləri, müəllimləri şəhidlərin abidə komplekslərini ziyarət etmişlər.


"Zəfər dastanı"------------Bucaq kənd tam orta məktəbində kitabxana müdiri Səadət Məmmədovanın təşkilatçılığı ilə "Zəfər...
05/11/2024

"Zəfər dastanı"
------------
Bucaq kənd tam orta məktəbində kitabxana müdiri Səadət Məmmədovanın təşkilatçılığı ilə "Zəfər dastanı" adlı tədbir keçirilmişdir.
Tədbir şəhidlərin xatirəsinin yad edilməsi ilə başlanmışdır.
Tədbirdə IV sinif şagirdlərinin ifasında bədii kompozisiya təqdim olunmuşdur. Şəhidlərə, vətənə, qələbəyə həsr olunmuş şerlər səsləndirilmişdir.
Tədbirdə məktəb rəhbərliyi, şagirdlər, ibtidai sinif müəllimi Reyhanə Abdurahmanova iştirak etmişlər.

Zəfər gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilmişdir.----------Bucaq kənd tam orta məktəbində UBR Arifə Rəşidovanın t...
05/11/2024

Zəfər gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilmişdir.
----------
Bucaq kənd tam orta məktəbində UBR Arifə Rəşidovanın təşkilatçılığı ilə V-IX sinif şagirdləri arasında 20 nəfərin iştirakı ilə rəsm müsabiqəsi keçirilib. Müsabiqəyə təqdim olunan rəsmlər arasında 3 yer müəyyən olunmuşdur.
I yer-Şıxəliyeva Aylin IX sinif.
II yer-Quliyeva Özləm VIII sinif.
III yer-Rəşidova Nuray IX sinif.
Şagirdlərimizi təbrik edir, onlara uğurlar arzulayırıq.

Bucaq kənd tam orta məktəbində "Təbiətə qayğı"dərnəyinin növbəti məşğələsi keçirilmişdir.
04/11/2024

Bucaq kənd tam orta məktəbində "Təbiətə qayğı"dərnəyinin növbəti məşğələsi keçirilmişdir.

Zəfər gününə həsr olunmuş Bilik yarışı.--------Bucaq kənd tam orta məktəbində VIII sinfin "Zəfər" və VII sinifin "Xarı b...
04/11/2024

Zəfər gününə həsr olunmuş Bilik yarışı.
--------
Bucaq kənd tam orta məktəbində VIII sinfin "Zəfər" və VII sinifin "Xarı bülbül" komandaları arasında bilik yarışı keçirilmişdir.
Yarış Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin yad edilməsi ilə başlanmışdır.
Yarışda şagirdlərə 3 fənn-riyaziyyat, fizika, informatika fənnlərinin hər birindən 10 sual təqdim olunmuşdur.
Gərgin mübarizə şəraitində keçən Yarışın qalibi VIII sinifin "Zəfər" komandası olmuşdur.
Yarışı məktəb rəhbərliyi, müəllimlər, şagirdlər izləmişlər.




Bucaq kənd tam orta məktəbində tarix fənnindən  Zəfər gününə həsr olunmuş dərs keçirilmişdir.----------Tarix müəllimi Fi...
04/11/2024

Bucaq kənd tam orta məktəbində tarix fənnindən Zəfər gününə həsr olunmuş dərs keçirilmişdir.
----------
Tarix müəllimi Fikriyyə Çələbiyeva IX sinifdə" Zəfərə aparan yol "adlı dərs keçmişdir. Şagirdlərlə diskussiya şəraitində keçirilən dərsdə 44 günlük Vətən müharibəmizdə qazanılan ardıcıl qələbələr, şəhər və rayonlarımızın işğaldan azad edilməsi tarixi müzakirə olunmuşdur.


Bucaq kənd tam orta məktəbin psixoloqu Nəsibə Şəkərəliyeva mütəmadi olaraq şagirdlərlə psixoloji konsultasiyalar keçirir...
04/11/2024

Bucaq kənd tam orta məktəbin psixoloqu Nəsibə Şəkərəliyeva mütəmadi olaraq şagirdlərlə psixoloji konsultasiyalar keçirir.

Address

Oğuz Rayon. Bucaq Kəndi
Oguz
AZ4800

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30

Telephone

+994242171227

Website

Alerts

Be the first to know and let us send you an email when Oğuz rayon Bucaq kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Oğuz rayon Bucaq kənd tam orta məktəbi:

Shortcuts

Share