Oğuz Rayon Uşaq Musiqi Məktəbi

Oğuz Rayon Uşaq Musiqi Məktəbi Oğuz rayonunda şagirdlərin yüksək səviyyədə musiqi təhsili

15/05/2026
14/05/2026
Oğuzda “Gənc sənətkarlar festivalı” keçirilibMayın 14-də Oğuz Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Mədəniyy...
14/05/2026

Oğuzda “Gənc sənətkarlar festivalı” keçirilib

Mayın 14-də Oğuz Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənc sənətkarlar festivalı” keçirilib.

M.F.Axundzadə adına Oğuz rayon Mədəniyyət Mərkəzində keçirilən festivalın məqsədi gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, milli-mədəni dəyərlərin təbliği və gənc sənətkarların dəstəklənməsidir.

Festivalda Oğuz rayon Uşaq musiqi məktəbinin ansamblının bədii rəhbəri Elşən Bəşirov və şagirdlərindən ibarət ansamblı,fortepiano sinfinin şagirdi Novruzova Zəhra iştirak edib.

01/05/2026

Məktəbimizin şagirdlərinin ansambl dərsindən gözəl ifası👏

23/04/2026

İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır

27 aprel 2026-cı il tarixindən etibarən ölkə üzrə incəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə şagird qəbulu müsabiqəsinin əyani imtahan mərhələsi başlanır. Qəbul prosesi müvafiq normativ qaydalara uyğun olaraq şəffaf və obyektiv meyarlar əsasında həyata keçirilir.

İmtahanlar musiqi, rəssamlıq və xoreoqrafiya istiqamətləri üzrə təşkil olunur və namizədlərin yaradıcılıq potensialının, estetik zövqünün, eləcə də ilkin peşə bacarıqlarının qiymətləndirilməsini nəzərdə tutur.

Cari tədris ili üzrə 1-ci sinfə qəbul üçün elektron sistem vasitəsilə, o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə ümumilikdə 14 733 müraciət qeydə alınıb. Namizədlərdən 12 954 nəfər musiqi, 1 210 nəfər rəssamlıq, 569 nəfər isə xoreoqrafiya istiqaməti üzrə imtahanlarda iştirak edəcək.

İmtahan tarixləri, keçirilmə məkanları və digər zəruri məlumatlar valideynlər və namizədlərə qeydiyyat zamanı təqdim olunmuş elektron poçt ünvanları, SMS bildirişləri, eləcə də “MyCulture” vahid şəxsi kabineti vasitəsilə çatdırılıb.

Qeyd edək ki, incəsənət məktəblərinə qəbul uşaqların erkən yaşlardan yaradıcılıq potensialının üzə çıxarılması, onların peşəkar istiqamətləndirilməsi və milli mədəni mühitin davamlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Address

H. Əliyev Prospekti
Oguz
4800

Opening Hours

Monday 08:30 - 19:00
Tuesday 08:30 - 19:00
Wednesday 08:30 - 19:00
Thursday 08:30 - 19:00
Friday 08:30 - 19:00
Saturday 08:30 - 19:00

Telephone

+994703312336

Website

Alerts

Be the first to know and let us send you an email when Oğuz Rayon Uşaq Musiqi Məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Oğuz Rayon Uşaq Musiqi Məktəbi:

Shortcuts

Share