Oğuz rayon Z.Abışov adına Xaçmaz kənd ümumi orta məktəbi

  • Home
  • Oğuz rayon Z.Abışov adına Xaçmaz kənd ümumi orta məktəbi

Oğuz rayon Z.Abışov adına Xaçmaz kənd ümumi orta məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Oğuz rayon Z.Abışov adına Xaçmaz kənd ümumi orta məktəbi, School, .

Elm və Təhsil Nazirliyinin keçirdiyi  təhsilverənlərin  sertifikatlaşdırılması imtahanında məktəbimizin  riyaziyyat  müə...
24/06/2026

Elm və Təhsil Nazirliyinin keçirdiyi təhsilverənlərin sertifikatlaşdırılması imtahanında məktəbimizin riyaziyyat müəllimi Məlahət Qədirli uğurlu nəticə göstərərək 52 bal toplayıb.

Bu uğuruna görə Məlahət müəllimi məktəb rəhbərliyi və kollektivi adından təbrik edirik!



Təbrik edirik,Günay müəllim!
20/06/2026

Təbrik edirik,Günay müəllim!

18/06/2026

Yolunuz uğurlu olsun, əziz məzunlarımız!☺️

Video-çarxı hazırladığı üçün IX sinif şagirdi Zakirli Cavidə təşəkkür edirik!

PEDAQOJİ ŞURA İCLASI  KEÇİRİLİB- - - - - -17 iyun 2026-cı il tarixində  məktəbimizin növbəti pedaqoji şura iclası keçıri...
18/06/2026

PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLİB
- - - - - -
17 iyun 2026-cı il tarixində məktəbimizin növbəti pedaqoji şura iclası keçırildi.

Məqsəd BSQ nəticələrinin təhlili, şagirdlərin yarımillik , illik yekun hesabatları, 2026/2027-ci tədris ilinə hazırlıqla əlaqədar qarşıda duran məsələlərin müzakirə edilməsindən ibarət idi.



İnsanla həmyaşdır,Ölməz,yorulmaz,Bizimlə yol gedir müəllim ömrü.Hamıya pay verib ömründən bir az,Məndədir, SəndədirMüəll...
13/06/2026

İnsanla həmyaşdır,

Ölməz,yorulmaz,

Bizimlə yol gedir müəllim ömrü.

Hamıya pay verib ömründən bir az,

Məndədir,

Səndədir

Müəllim ömrü.

Bugün məktəbimizin sevilən müəllimi Arif Atakişiyevi təqaüdə yola saldıq. O, 1984-cü ildən bəri fəaliyyət göstərərək neçə-neçə nəslə fizika elmini sevdirib.

2025- ildə Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan müəllimlərin sertifikasiya imtahanından 58 bal toplamış Arif müəllim 42 ildir ki pedaqoji fəaliyyətlə məşğuldur.

Arif müəllimi 65 illik yubileyi münasibətilə məktəb kollektivi adından təbrik edir,gələcək həyatında uğurlar arzulayır,fədakar əməyinə görə təşəkkür edirik!

🔔 Bu gün məktəbimizdə keçirilən "Son Zəng" tədbirində tədris ili ərzində uğurlu nəticələr əldə etmiş şagirdlərimiz müxtə...
13/06/2026

🔔 Bu gün məktəbimizdə keçirilən "Son Zəng" tədbirində tədris ili ərzində uğurlu nəticələr əldə etmiş şagirdlərimiz müxtəlif təltifnamələrlə mükafatlandırılıb.

Şagirdlərimizi ürəkdən təbrik edir, onlara gələcək təhsillərində və həyatlarında daha böyük uğurlar arzulayırıq! 🎉👏

Son Zəng tədbiri keçirilib.Bu gün Azərbaycanda 2025–2026-cı tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində ...
13/06/2026

Son Zəng tədbiri keçirilib.

Bu gün Azərbaycanda 2025–2026-cı tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınır.
Bu əlamətdar gün münasibətilə məktəbimizdə də “Son zəng” tədbiri keçirilib. Tədbirdə məktəb rəhbərliyi, , şəhid məzunumuz ,məktəbimizin adını daşıdığı Zülfüqar Abışovun anası Sona xala , RİH başçısının Xaçmaz kənd İƏD üzrə nümayəndəsi Teymur Atakişiyev, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra məzunlara təbriklər ünvanlanıb, onların məktəb illəri boyunca qazandıqları nailiyyətlərdən, müəllimlərin zəhmətindən və valideynlərin dəstəyindən danışılıb.

Çıxış edənlər məzunlara gələcək həyatlarında uğurlar arzulayıb, onlara bilikli, vətənpərvər və məsuliyyətli gənclər kimi formalaşmağı tövsiyə ediblər. Bildirilib ki, “Son zəng” yalnız bir tədris ilinin deyil, həm də məktəb həyatının unudulmaz bir mərhələsinin yekunudur.

Tədbir şagirdlərin hazırladıqları musiqi nömrələri və rəngarəng çıxışlarla davam edib. Tədris ili ərzində uğurlar əldə etmiş şagirdlər təltif edilib. Sonda məzunlar üçün “Son zəng” səsləndirilib və bu an məktəb kollektivində duyğulu anlarla yadda qalıb.

Əziz məzunlarımızı təbrik edir, gələcək həyat yollarında uğurlar arzulayırıq!

2025–2026-cı tədris ilinin yekununda,  akademik nailiyyətlərinə və nümunəvi nizam-intizamlarına görə  IX sinif şagirdlər...
11/06/2026

2025–2026-cı tədris ilinin yekununda, akademik nailiyyətlərinə və nümunəvi nizam-intizamlarına görə IX sinif şagirdlərimizdən Süleymanlı Lalə Nurəddin qızına və Cumayəddinli Emil Seymur oğluna "Yaşıl kart"lar təqdim olunmuşdur. Bu kartlar onların həm tədrisdə əldə etdikləri uğurları, həm də yüksək davranış mədəniyyətlərini əks etdirir.
Şagirdlərimizi qazandıqları uğurlar münasibətilə təbrik edir, onlara gələcək təhsil və fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq!

“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilibAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Mü...
08/06/2026

“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə ölkədə 18 may – 18 iyun 2026-cı il tarixlərini əhatə edən “İnsan Hüquqları Aylığı” elan olunmuşdur. Aylığın əsas məqsədi insan və uşaq hüquqlarının təbliği, hüquqi maarifləndirmə işinin gücləndirilməsi və gənc nəslin hüquq mədəniyyətinin inkişaf etdirilməsidir.

Bu məqsədlə məktəbimizdə şagirdlərlə maarifləndirici tədbir keçirilmişdir.

Tədbir məktəbin kitabxanaçısı Kifayət Seyidova və Uşaq Birliyi Təşkilatının rəhbəri Filurə Əbdürrəhimova tərəfindən təşkil edilmişdir.

Onlar şagirdlərə insan və uşaq hüquqlarının mahiyyəti, uşaqların təhsil almaq, sağlam mühitdə yaşamaq, öz fikirlərini sərbəst ifadə etmək və müdafiə olunmaq hüquqları barədə ətraflı məlumat vermişlər. Bildirilmişdir ki, hər bir uşağın hüquqlarının qorunması cəmiyyətin və dövlətin əsas vəzifələrindən biridir. Həmçinin uşaqların hüquqları ilə yanaşı, onların vəzifələri, məktəb daxilində qarşılıqlı hörmət, nizam-intizam və sağlam ünsiyyət qaydaları barədə də söhbət aparılmışdır.

Tədbir interaktiv müzakirələr şəraitində davam etmiş, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.





Məktəbimizdə coğrafiya fənni üzrə maraqlı təqdimat-dərs keçirilib!"Tarixi şəxsiyyətlər" mövzusundakı tədbirlər planına u...
08/06/2026

Məktəbimizdə coğrafiya fənni üzrə maraqlı təqdimat-dərs keçirilib!

"Tarixi şəxsiyyətlər" mövzusundakı tədbirlər planına uyğun olaraq, məktəbimizin coğrafiya müəllimi Tünzalə Zeynalova şagirdlər üçün Eratosfen və Xristofor Kolumb haqqında təqdimat-dərs təşkil edib.
Dərs zamanı dahi alim və səyyahların dünya elminə verdiyi töhfələr geniş şəkildə müzakirə olunub, təqdimatlar nümayiş etdirilib.




Address


4817

Alerts

Be the first to know and let us send you an email when Oğuz rayon Z.Abışov adına Xaçmaz kənd ümumi orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Oğuz rayon Z.Abışov adına Xaçmaz kənd ümumi orta məktəbi:

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share