25/05/2026
28 May – Müstəqillik Günü münasibətilə məktəbdə tədbir keçirilmişdir.
28 May Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin rəmzi olan tarixi bir gündür. Bu əlamətdar tarix xalqımızın milli qürur mənbəyidir. Tədbir zamanı şagirdlərin ifasında vətənə həsr olunmuş mahnılar səsləndirilmiş, şeirlər söylənilmiş və müxtəlif bədii kompozisiyalar nümayiş etdirilmişdir.