24/06/2026
Milli Qəhrəman Samid İmanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunları cari ilin qəbul imtahanlarında yüksək nəticələr göstərərək hamımızı qürurlandırdılar! Nəticələrə əsasən, məzunlarımızdan 4 nəfəri 600-dən, 5 nəfəri isə 500-dən artıq yüksək bal toplayaraq tələbə adını qazanmağa layiq olduqlarını sübut etdilər.
Bu böyük müvəffəqiyyətin arxasında dayanan, gecəsini gündüzünə qatan əziz məzunlarımızı ürəkdən təbrik edirik! Sizinlə fəxr edirik! 📜👏
Bu uğurda əməyi keçən, şagirdlərimizə təkcə elm deyil, həm də gələcəyə inam bəxş edən fədakar müəllimlərimizə və hər zaman övladlarının yanında olan valideynlərimizə dərin təşəkkürümüzü bildiririk. Bu, hər birimizin ortaq qələbəsidir! 🤝💐
Yolunuz açıq, gələcəyiniz parlaq olsun, əziz məzunlarımız! Məktəbimizin adını hər zaman ən uca zirvələrə qaldırmağınız diləyi ilə! 🇦🇿🎓✨