Neftçala rayon Təhsil Sektoru

Neftçala rayon Təhsil Sektoru Məqsədimiz layiqli Vətəndaş yetişdirməkdir. Hal-hazırda Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil Sektoru kimi fəaliyyət göstərir.

Neftçala Rayon Xalq Maarif Şöbəsinin adı dəyişilərək 1992-ci ildən 2022-ci ilə kimi Neftçala Rayon Təhsil Şöbəsi adlandırılmışdır. Sektor üzrə 48 ümumi təhsil müəssisəsi, 16 Məktəbəqədər təhsil müəssisəsi və 1 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

26 Fevral Xocalı soyqırımı ilə əlaqədar olaraq Neftçala rayon Təhsil Sektoruna tabe olan məktəbəqədər və ümumi təhsil mü...
26/02/2025

26 Fevral Xocalı soyqırımı ilə əlaqədar olaraq Neftçala rayon Təhsil Sektoruna tabe olan məktəbəqədər və ümumi təhsil müəssisələrində müxtəlif səpkidə tədbirlər təşkil edilib.

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədarNeftçala rayon Təhsil Sektorunun tabeliyində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş xüsusi dərslər, ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri, sənədli və bədii filmlərin nümayişi həyata keçirilimişdir.

Xocalı soyqırımı - qanla yazılan yaddaşımız!
26/02/2025

Xocalı soyqırımı - qanla yazılan yaddaşımız!

Baharın gəlişini müjdələyən Su çərşənbəniz mübarək! 💧
25/02/2025

Baharın gəlişini müjdələyən Su çərşənbəniz mübarək! 💧

30 yanvar 2025-ci il tarixində Neftçala rayon Təhsil Sektorunun  tabeliyində fəaliyyət göstərən   ümumi təhsil müəssisəl...
30/01/2025

30 yanvar 2025-ci il tarixində Neftçala rayon Təhsil Sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri və müəllim heyəti ilə görüş təşkil olunmuşdur.

Tədbirdə Neftçala rayonu üzrə təhsil sektorunun müdiri Nicat Cəfərov Xıllı zonası ümumtəhsil məktəblərinin direktorları, direktor müavinləri və IV, V, VI, VIII, IX siniflərdə tədris aparan ana dili, riyaziyyat və xarici dil müəllimləri iştirak ediblər.

Görüşdə 2025-ci il Neftçala rayon Təhsil Sektorunun ümumi təhsil müəssisələrində təhsilin keyfiyyətinin artırılması və məktəb idarəçiliyində yeni yanaşmalar, məktəbdaxili qiymətləndirmənin düzgün təşkili və həyata keçiriləcək monitorinqlərə hazırlıq məsələləri müzakirə olunmuşdur.

28 yanvar 2025-ci il tarixində Neftçala rayon Təhsil Sektorunun  tabeliyində fəaliyyət göstərən   ümumi təhsil müəssisəl...
28/01/2025

28 yanvar 2025-ci il tarixində Neftçala rayon Təhsil Sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri və müəllim heyəti ilə görüş təşkil olunmuşdur.

Tədbirdə Neftçala rayonu üzrə təhsil sektorunun müdiri Nicat Cəfərov Xol zonası ümumtəhsil məktəblərinin direktorları, direktor müavinləri və IV, V, VI, VIII, IX siniflərdə tədris aparan ana dili, riyaziyyat və xarici dil müəllimləri iştirak ediblər.

Görüşdə 2025-ci il Neftçala rayon Təhsil Sektorunun ümumi təhsil müəssisələrində təhsilin keyfiyyətinin artırılması və məktəb idarəçiliyində yeni yanaşmalar, məktəbdaxili qiymətləndirmənin düzgün təşkili və həyata keçiriləcək monitorinqlərə hazırlıq məsələləri müzakirə olunmuşdur.

Neftçala rayonu Z.Əsgərov adına Aşağı Surra kənd tam orta ümumtəhsil məktəbin Vl sinif şagirdi Bağırzadə Rahilə Ruslan q...
18/01/2025

Neftçala rayonu Z.Əsgərov adına Aşağı Surra kənd tam orta ümumtəhsil məktəbin Vl sinif şagirdi Bağırzadə Rahilə Ruslan qızı Future İntelligence Student Olympiad FİSO English Beynəlxalq İngilis dili Olimpiadasında bürünc medal qazanaraq ikinci turda (Dubayda təşkil ediləcək) iştirak hüququ əldə etmişdir.

Şagirdimizə uğurlar arzu edirik!

17/01/2025

Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına əsasən, ümumi təhsildə tədrisin keyfiyyətinin artırılması istiqamətində müasir metodiki xidmətin qurulması qarşıda duran əsas hədəflər siyahısındadır.

Bu hədəflərə çatmaq üçün Agentliyin yerli bölmələrinin strukturunda dəyişiklik edilməsi, mövcud metodiki xidmət işinin yenidən təşkili və təkmilləşdirilməsi prosesi həyata keçirilir.

Müasir metodiki xidmətin təşkilində məqsəd ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərə müasir tələblərə cavab verən metodik dəstəyin həyata keçirilməsi, prosesinin daha keyfiyyətli təşkilinə nail olmaqdır.

Bildiririk ki, mediada Təhsil İdarələrində çalışan çoxsaylı əməkdaşın işdən azad olunması və ixtisarı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Belə ki, əvvəlki strukturda metodiki kabinetlərdə çalışan metodistlər fəaliyyətini tabe müəssisələrdə davam etdirir. Əməkdaşların işlə təminatı prosesi hazırda da davam etməkdədir.

Qeyd edək ki, cari il ərzində metodik xidmətə cəlb olunacaq yeni metodistlərin seçimi, təlimləndirilməsi və işə cəlbi prosesinin həyata keçirilməsi nəzərdə tutulur.

2025-ci il ərzində yeni formalaşdırılacaq metodik xidmətə 500-dən çox metodistin cəlbi nəzərdə tutulur.

Bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcək.

17 yanvar 2025-ci il tarixində Neftçala rayon Təhsil Sektorunun tabeçiliyində fəaliyyət göstərən məktəbəqədər və ümumitə...
17/01/2025

17 yanvar 2025-ci il tarixində Neftçala rayon Təhsil Sektorunun tabeçiliyində fəaliyyət göstərən məktəbəqədər və ümumitəhsil müəssisələri tərəfindən 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Neftçala rayon Təhsil Sektorunun tabeçiliyində fəaliyyət göstərən məktəbəqədər və ümumitəhsil müəssisələri 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər, konfranslar, seminarlar, mühazirələr və “dəyirmi masa”lar, kitab, foto və rəsm sərgiləri və ədəbi-bədii kompozisiyalar təşkil etmişlər.

17 dekabr 2024-cü il tarixində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman ...
18/12/2024

17 dekabr 2024-cü il tarixində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektoru və Şirvan-Salyan Regional Təhsil İdarəsi Neftçala rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə Neftçala rayon ümumtəhsil məktəblərində çalışan müəllimlər arasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu formatında rayon birinciliyi keçirilib.

Yarışda Neftçala rayon gənclər və idman sektorunun müdiri Araz Əhmədov, Neftçala Rayon Təhsil sektorunun müdiri Nicat Cəfərov, Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşı Esmira Məmmədzadə və Neftçala Olimpiya İdman Kompleksinin direktoru Asif Bayramov çıxış edərək komandalara uğurlar arzulayıblar.

Gərgin keçən mübarizənin yekununda
🥇II Qaralı kənd tam orta ümumtəhsil məktəbini təmsil edən "Zəfər" komandası I yerdə,
🥈Nizami Gəncəvi adına Neftçala şəhər 3 saylı tam orta ümumtəhsil məktəbini təmsil edən "Zəfər yolu" komandası II yerdə,
🥉Səməd Vurğun adına Bankə qəsəbə 2 saylı tam orta ümumtəhsil məktəbini təmsil edən "Turan" komandası isə III yerdə qərarlaşıb.

Qalib komandalar kubok, diplom, medal və müxtəlif hədiyyələrlə təltif olunublar.

Neftçala rayon Təhsil Sektorunun tabeçiliyində olan S.İmanov adına Neftçala şəhər 1 nömrəli tam orta məktəbin 7-ci sinif...
01/12/2024

Neftçala rayon Təhsil Sektorunun tabeçiliyində olan S.İmanov adına Neftçala şəhər 1 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Əliyeva Mehriban riyaziyyat fənni üzrə KİNGS Beynəlxalq Məktəb Olimpiadasında gümüş medal qazanmışdır.

Neftçala rayon Təhsil Sektorunun tabeçiliyində olan Aşağı Qaramanlı kənd ümumi orta məktəbinin 7-ci sinif şagirdi İmanlı...
01/12/2024

Neftçala rayon Təhsil Sektorunun tabeçiliyində olan Aşağı Qaramanlı kənd ümumi orta məktəbinin 7-ci sinif şagirdi İmanlı Aynaz AMO Beynəlxalq Olimpiadanın Riyaziyyat fənni üzrə uğur qazanaraq qızıl medal qazanmışdır.

Address

Nizami Küç. 34
Neftçala

Alerts

Be the first to know and let us send you an email when Neftçala rayon Təhsil Sektoru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Neftçala rayon Təhsil Sektoru:

Shortcuts

Share

Category