Neftçala rayon T.İsmayılov adına 2 nömrəli tam orta ümumtəhsil məktəb

  • Home
  • Neftçala rayon T.İsmayılov adına 2 nömrəli tam orta ümumtəhsil məktəb

Neftçala rayon T.İsmayılov adına 2 nömrəli tam orta ümumtəhsil məktəb Neftçala rayonu,T.İsmayılov adına Mirqurbanlı kənd tam orta məktəbi Neftçala, Mirqurbanlı kəndi

15/06/2026
“Son Zəng” -- tədbiri keçirildi. 13.06.2026- cı il tarixində məktəbimizdə məzunlarımızın həyatında xüsusi yer tutan, duy...
15/06/2026

“Son Zəng” -- tədbiri keçirildi.

13.06.2026- cı il tarixində məktəbimizdə məzunlarımızın həyatında xüsusi yer tutan, duyğusal anlarla yadda qalan “Son Zəng” tədbiri böyük təntənə ilə keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və vətən uğrunda canını fəda eden şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilərək başladı. Daha sonra məktəbimizin direktoru İlkin Məmmədov çıxış edərək XI sinif məzunlarını təbrik etdi, onlara gələcək həyat yollarında uğurlar arzuladı.
Tədbirdə məktəb kollektivinin qonaqları da iştirak edirdilər.Neftçala rayon icra nümayəndəliyi,Neftçala rayon Təhsil Sektoru nümayəndiliyi, valideynlər məzunlara öz səmimi ürək sözlərini çatdıraraq onları yeni həyat mərhələsinə qədəm qoymaları münasibətilə təbrik etdilər. Çıxışlarda Vətənə, xalqa və dövlətə layiqli vətəndaş olmağın vacibliyi xüsusi qeyd edildi.
Məktəblilər tərəfindən təqdim olunan bədii kompozisiyalar, şeirlər, mahnılar və rəqslər tədbirə xüsusi rəng qatdı.
Məzunlarımızı ürəkdən təbrik edir, onlara gələcək həyat və təhsil yollarında bol uğurlar, yeni nailiyyətlər və parlaq gələcək arzulayırıq!
Əziz məzunlar, yolunuz açıq, gələcəyiniz işıqlı olsun! 🎓🔔



#

Neftçala rayon Həsənabad qəsəbə T.İsmayılov adına  2 nömrəli tam orta ümumtəhsil məktəbində İnsan Hüquqları Aylığı çərçi...
09/06/2026

Neftçala rayon Həsənabad qəsəbə T.İsmayılov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində İnsan Hüquqları Aylığı çərçivəsində tarix müəllimi Aygün Müzəffərova "Bizim Hüquqlarımız" mövzusunda dəyirmi masa keçirmişdir.
Şagirdlər mövzu ətrafında fikir mübadiləsi aparmış, onları maraqlandıran sualları cavablandırmış və hüquqi maariflənmənin əhəmiyyəti barədə öz düşüncələrini bölüşmüşlər.



📢 “İnsan hüquqları” aylığı çərçivəsində məktəbimizdə məktəbdənkənar sinifdənxaric təlim-tərbiyə işləri üzrə təşkilatçı A...
09/06/2026

📢 “İnsan hüquqları” aylığı çərçivəsində məktəbimizdə məktəbdənkənar sinifdənxaric təlim-tərbiyə işləri üzrə təşkilatçı Aynurə İsmayılova,psixoloq Gülnar Rüstəmova və UBTR Töhfə Əhədova "Hüquqlarımız" adlı maarifləndirici dərs keçdi.

Dərsin məqsədi şagirdlərdə insan hüquq və azadlıqları haqqında məlumatlılığı artırmaq, hüquq və məsuliyyətlərə hörmət hissini formalaşdırmaq olub. Şagirdlər mövzu ilə bağlı təqdimatlar edərək fikir mübadiləsi aparıb, insan hüquqlarının cəmiyyətdəki əhəmiyyəti barədə məlumat əldə etdilər.

İnsan hüquqlarının qorunması hər birimizin vətəndaşlıq borcudur.



🌠🌌🪐🌞🌍🌔🚀🛸Məktəbdə Milli Kosmik Poçt Kartı Müsabiqəsinin son mərhələsi olan seçim turu keçirildi. Mərhələ çərçivəsində şag...
08/06/2026

🌠🌌🪐🌞🌍🌔🚀🛸

Məktəbdə Milli Kosmik Poçt Kartı Müsabiqəsinin son mərhələsi olan seçim turu keçirildi. Mərhələ çərçivəsində şagirdlərin hazırladıqları poçt kartları qiymətləndirildi və ən uğurlu işlər növbəti mərhələdə iştirak etmək üçün seçildi.
Şagirdlər təqdim etdikləri işlərdə kosmos, elm və gələcəyin texnologiyaları ilə bağlı maraqlı ideyalarını əks etdirmiş, yaradıcılıq bacarıqlarını nümayiş etdirmişlər.
Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin yaradıcılıq və tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, onların kosmik elmə, astronomiyaya və innovativ texnologiyalara marağını artırmaqdır.Bu cür müsabiqələr şagirdlərin elmi dünyagörüşünün formalaşmasına və gələcəyin texnologiyalarına maraq göstərmələrinə mühüm töhfə verir.



Məktəbimizdə "Məktəblərarası Milli Kosmik Poçt Kart Müsabiqəsi"nin məktəbdaxili seçim mərhələsi keçirildi.Məktəbin coğra...
08/06/2026

Məktəbimizdə "Məktəblərarası Milli Kosmik Poçt Kart Müsabiqəsi"nin məktəbdaxili seçim mərhələsi keçirildi.
Məktəbin coğrafiya müəllimi Aynurə İsmayilova tərəfindən təşkil olunan müsabiqənin seçim mərhələsində şagirdlər böyük həvəslə iştirak edərək kosmos mövzusunda maraqlı və yaradıcı ideyalarını poçt kartlarında əks etdirdilər.
Müsabiqə iştirakçıları öz təxəyyül və bacarıqlarını nümayiş etdirərək bir-birindən fərqli işlər təqdim etdilər. Bütün şagirdlərə növbəti mərhələdə uğurlar arzulayır, onların gələcək nailiyyətlərinə inanırıq.



“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici dərs 05.06.2026-cı il tarixində məktəbimizin 7 “A” sinfində “İnsan...
06/06/2026

“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici dərs

05.06.2026-cı il tarixində məktəbimizin 7 “A” sinfində “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici dərs təşkil olundu. Dərsin məqsədi şagirdlərdə insanların hüquq və azadlıqları haqqında biliklərin artırılması,onların hüquq və vəzifələri barədə məlumatlandırılması idi.
Dərs zamanı müəllim Lalə Əsədova şagirdlərə insan hüquqlarının mahiyyəti, uşaq hüquqları, təhsil almaq, fikir bildirmək, sağlam mühitdə yaşamaq kimi əsas hüquqlar barədə ətraflı məlumat verdi.
Şagirdlər qruplara bölünərək mövzu ətrafında fikir mübadiləsi apararaq verilən sualları cavablandırdılar.



Təqaüddə olan müəllim Nazilə Əsədova vəfat etdiUzun illər Neftçala rayon Həsənabad qəsəbə Tofiq İsmayılov adına 2 nömrəl...
04/06/2026

Təqaüddə olan müəllim Nazilə Əsədova vəfat etdi

Uzun illər Neftçala rayon Həsənabad qəsəbə Tofiq İsmayılov adına 2 nömrəli tam orta ümumtəhsil( kecmis 26 Bakı komissarları adına orta) məktəbində təhsilə xidmət etmiş, bir çox nəslin yetişməsində əməyi olan Nazilə Əsədova kimi insanların itkisi kədərlə qarşılansa da,qəlbimizdə əbədi iz qoyaraq qalacaq!

Allah rəhmət eləsin, məkanı cənnət olsun. Ailəsinə, yaxınlarına və onu tanıyan hər kəsə kollektivimiz adindan başsağlığı veririk.

Qeyd edək ki,Nazilə Əsədova uzun illər bizim məktəbdə işləsə də,O, pedaqoji fəaliyyətini Neftçala şəhər Samid İmanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində davam etdirmişdir.

Allah rəhmət eləsin !

Neftçala rayon Həsənabad qəsəbəsi T.İsmayılov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin psixoloqu Gülnar Rüstəmova və...
04/06/2026

Neftçala rayon Həsənabad qəsəbəsi T.İsmayılov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin psixoloqu Gülnar Rüstəmova və təşkilatçı Aynurə İsmayılova Vl sinif şagirdləri üçün monotorinq öncəsi dəstək saatları təşkil etdi.
Keçiriləcək monitorinq imtahanları öncəsi Vl sinif şagirdlərinin psixoloji hazırlığını artırmaq məqsədilə profilaktik görüşlər keçirildi.
Görüşün əsas hədəfi şagirdlərin motivasiyasını artırmaq və onlara psixoloji dəstək olmaqdır.

Şagirdlərdə imtahan stressinin aradan qaldirilması. Neftçala rayonu Həsənabad qəsəbəsi T.İsmayilov adina 2 nömrəli tam o...
04/06/2026

Şagirdlərdə imtahan stressinin aradan qaldirilması.

Neftçala rayonu Həsənabad qəsəbəsi T.İsmayilov adina 2 nömrəli tam orta ümumtəhsil məktəbin psixoloqu Gülnar Rüstəmova lV sinif şagirdləri ilə imtahan həyacanının aradan qaldırılması məqsədi ilə psixoloji,maarifləndirici söhbət apardı .


Address

Neftçala

Website

Alerts

Be the first to know and let us send you an email when Neftçala rayon T.İsmayılov adına 2 nömrəli tam orta ümumtəhsil məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Neftçala rayon T.İsmayılov adına 2 nömrəli tam orta ümumtəhsil məktəb:

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share