Naxçıvan Dövlət Universitetinin nəzdində Gimnaziya

Naxçıvan Dövlət Universitetinin nəzdində Gimnaziya 📌 Rəsmi Facebook səhifəsi

Naxçıvanda “Ağıllı şəhər və ağıllı kənd” startap festivalı keçirilib 🚀“Şəhərsalma və Memarlıq İli“ çərçivəsində Naxçıvan...
22/05/2026

Naxçıvanda “Ağıllı şəhər və ağıllı kənd” startap festivalı keçirilib 🚀

“Şəhərsalma və Memarlıq İli“ çərçivəsində Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi-nin birgə təşkilatçılığı ilə Naxçıvanda “Ağıllı şəhər və ağıllı kənd” startap festivalı təşkil olunub. 🎓

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində müxtəlif müəssisələrlə birgə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, “Ağıllı şəhər və ağıllı kənd” festivalının Naxçıvan üçün mühüm önəm daşıdığını vurğulayıb. 🏛️
Festivalda Naxçıvan Dövlət Universitetinin nəzdində Gimnaziyanın 10-cu sinif şagirdləri də iştirak edərək innovativ layihələr və müasir texnologiyalar haqqında məlumat veriblər.

Naxçıvan Dövlət Universitetinin nəzdində Gimnaziyada “Memarlıq və Şəhərsalma İli”nə həsr olunmuş rəsm müsabiqəsi keçiril...
22/05/2026

Naxçıvan Dövlət Universitetinin nəzdində Gimnaziyada “Memarlıq və Şəhərsalma İli”nə həsr olunmuş rəsm müsabiqəsi keçirilib. Müsabiqənin əsas məqsədi şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi, memarlıq və şəhərsalma sahəsinə marağın artırılması, estetik dünyagörüşünün formalaşdırılması olub.

Şagirdlər tərəfindən hazırlanan rəsm işlərində müasir şəhərsalma nümunələri, milli memarlıq üslubu və gələcəyin şəhər modelləri maraqlı şəkildə təsvir edilib. Münsiflər heyəti tərəfindən qiymətləndirilən işlər arasında fərqlənən şagirdlər diplomlarla mükafatlandırılıb.

Müsabiqənin sonunda iştirakçılara uğurlar arzulanıb, belə tədbirlərin şagirdlərin yaradıcı potensialının üzə çıxarılmasında mühüm rol oynadığı qeyd edilib.

NDU nəzdində Gimnaziyanın VI C sinfində Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Qəmərin “Zər qədrini zərgər bilər...
21/05/2026

NDU nəzdində Gimnaziyanın VI C sinfində Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Qəmərin “Zər qədrini zərgər bilər” mövzusunda açıq dərsi keçirilmişdir.

Dərs zamanı şagirdlər mövzu ətrafında fəal müzakirələr aparmış, təqdimat bacarıqlarını nümayiş etdirmiş, rollu oyunlarla dərsi daha da maraqlı və yaddaqalan etmişlər. İnteraktiv və yaradıcı şəkildə təşkil olunan dərs həm şagirdlərin, həm də dərsdə iştirak edən müəllimlərin böyük marağına səbəb olmuşdur.

21/05/2026
Naxçıvan Dövlət Universitetinin nəzdində Gimnaziyanın şagirdləri buraxılış imtahanında yüksək nəticələr əldə edərək növb...
21/05/2026

Naxçıvan Dövlət Universitetinin nəzdində Gimnaziyanın şagirdləri buraxılış imtahanında yüksək nəticələr əldə edərək növbəti uğura imza atıblar.

Statistik göstəricilər:
▫️ Ümumi iştirakçı sayı – 54 nəfər
▫️ Fərqlənmə əldə edən – 30 nəfər
▫️ 290+ bal toplayan - 3 şagird
▫️ 250+ bal toplayan – 28 şagird
▫️ 200+ bal toplayan – 46 şagird

Bütün şagirdlərimizi ürəkdən təbrik edir, onlara gələcək təhsil həyatlarında daha böyük uğurlar arzulayırıq!

Son 10 gün
20/05/2026

Son 10 gün

16/05/2026
📢 19 aprel tarixində keçirilən buraxılış imtahanının nəticələriNaxçıvan Dövlət Universitetinin nəzdində Gimnaziyanın şag...
15/05/2026

📢 19 aprel tarixində keçirilən buraxılış imtahanının nəticələri

Naxçıvan Dövlət Universitetinin nəzdində Gimnaziyanın şagirdləri buraxılış imtahanında yüksək nəticələr əldə edərək növbəti uğura imza atıblar. 👏

📊 Statistik göstəricilər:
▫️ Ümumi iştirakçı sayı – 54 nəfər
▫️ Fərqlənmə əldə edən – 30 nəfər
▫️ 290+ bal toplayan - 3 şagird
▫️ 250+ bal toplayan – 28 şagird
▫️ 200+ bal toplayan – 46 şagird

🏆 Yüksək nəticə göstərən şagirdlərimizin siyahısını təqdim edirik.

Bütün şagirdlərimizi ürəkdən təbrik edir, onlara gələcək təhsil həyatlarında daha böyük uğurlar arzulayırıq! 🌟📚

Address

Ə. Əliyev Küçəsi, 4
Nakhchivan
AZ7000

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30

Alerts

Be the first to know and let us send you an email when Naxçıvan Dövlət Universitetinin nəzdində Gimnaziya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category