NDU Pedaqoji fakültə

NDU Pedaqoji fakültə NDU Pedaqoji fakültə
Gələcəyin müəllimini yetişdiririk

26/05/2026
26/05/2026

❗🔎 NDU-da elmi fəaliyyət: beynəlxalq indeksli elmi nəşrlər

🟥 Baytarlıq təbabəti kafedrasının baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru Seyidov Mirvasif Adil oğlunun həmmüəllifi olduğu “In Vivo Anticoccidial Activity Evaluation of Fennel Seed Essential Oil in Broiler Chicken” adlı elmi məqalə və indeksli “Pakistan Veterinary Journal” jurnalında (Kvartil – Scopus Q1, WOS Q1) dərc olunub. 🐓🧫🔬

🟥 Baytarlıq təbabəti kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəmov Mahir Musa oğlunun həmmüəllifi olduğu “New and little-known bees of the genus Colletes Latreille, 1802 (Hymenoptera, Colletidae) from the Nakhchivan Autonomous Republic of Azerbaijan, with descriptions of two new species” adlı elmi məqalə və indeksli “ZooKeys” jurnalında (Kvartil – Scopus Q2, WOS Q2) dərc olunub. 🐝🗺️🔬

🟥 İnformatika kafedrasının dosenti Salmanov Vüqar İbrahim oğlunun həmmüəllifi olduğu “Big data as a decision-making tool in human resource management” adlı elmi məqalə indeksli “Journal of Theoretical and Applied Information Technology” nəşrində (Kvartil – Scopus Q3) nəşr olunub. 📊💻🖥️

🟥 Kimya kafedrasının professoru Əliyev Tofiq Abbasəli oğlunun həmmüəllifi olduğu “Effect Of Deposition Conditions On The Composition Of CdS Thin Films From A Non-Aqueous Ethylene Glycol Electrolyte” adlı elmi məqalə indeksli “Azerbaijan Chemical Journal” nəşrində (Kvartil – Scopus Q4) nəşr olunub. ⚗️🧪🔋

📚

22/05/2026

Naxçıvan Dövlət Universiteti dünyanın nüfuzlu platformalarından biri olan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF 13) uğurla təmsil olunub.

22/05/2026
22/05/2026

🏛️ “Dünyaşöhrətli memar Əcəmi Naxçıvaninin 900 illik yubileyinin UNESCO səviyyəsində qeyd olunması burada şəhərsalma və memarlığın çoxillik tarixi olduğunun təsdiqidir”.

​🎤 Bu sözləri NDU-nun rektoru Elbrus İsayev “Ağıllı şəhər və ağıllı kənd” startap festivalında deyib.

“Biz memarlıq və şəhərsalma mövzusunda özümüzə inana bilərik, əgər biz 900 il bundan qabaq belə bir möhtəşəm məktəbi dünya klassik memarlığı üçün bir irs olaraq ötürə bilmişiksə, deməli, genetik kodlarımızda bu sahəni inkişaf etdirmək üçün çox ciddi səbəblər var və bu sahədə gənclərimizə motivasiya verməliyik. Təbii ki, bu istiqamətdə məsuliyyətin çoxu ali təhsil müəssiəsi olaraq Naxçıvan Dövlət Universitetinin üzərinə düşür, bizim memarlıq və mühəndislik fakültəsində, həm memarlıq, həm də şəhərsalma sahəsində ixtisaslarımızda bu ənənələri yaşatmağı qarşımıza mühüm vəzifə kimi qoymuşuq, çünki bu, bizim böyük dəyərimizdir”,- deyə rektor əlavə edib.

Elbrus Isayev

20/05/2026

❗🔎 NDU-da elmi fəaliyyət: beynəlxalq indeksli elmi nəşrlər

🟥 Təməl tibb fənləri kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru Əsədov Elsevər Sabir oğlunun həmmüəllifi olduğu “Evaluation of Physicochemical Properties, Bioactive Composition, and Antioxidant Activity of Prunus armeniaca L. Cultivars for Functional Food and Nutraceutical Development” adlı elmi məqalə və indeksli “Molecules” jurnalında (Kvartil – Scopus Q1, WOS Q2) dərc olunub. 🔬📚

🟥 Kimya kafedrasının müəllimi, Kimya üzrə fəlsəfə doktoru İmanov Hüseyn Əbülfəz oğlunun həmmüəllifi olduğu “Ultrasound assisted aqua-mediated synthesis of novel [1] benzopyrano [b] dioxolo [g] quinolines with promising antioxidant activities using Cu/ZnO@ GO nanocatalyst” adlı elmi məqalə və indeksli “Saudi Chemical Society. Journal” jurnalında (Kvartil – Scopus Q1, WOS Q1) dərc olunub. ⚗️🧪

🟥 Ümumi və nəzəri fizika kafedrasını müdiri, Fizika üzrə fəlsəfə doktoru Hacıyeva Billurə Təvəkkül qızının həmmüəllifi olduğu “Density Functional Theory Perspective On Zn Adsorption On The NiFe2O4 (001) surface” adlı elmi məqalə indeksli “Advanced Physical Research” nəşrində (Kvartil – Scopus Q2) nəşr olunub. 📉💻🌱

🟥 Nəqliyyat mühəndisliyi və texniki fənlər kafedrasının müdiri Məmmədova Gülşən Nurəddin qızının həmmüəllifi olduğu “Obtaining and studying the physical characteristics of Y0, 3Cd0, 7BA2CU3O7-δ high-temperature superconductor material” adlı elmi məqalə və indeksli “Solid State Communications” jurnalında (Kvartil – Scopus Q2, WOS Q3) dərc olunub. 🛠️⚡

🟥 Xüsusi Hüquq kafedrasının müəllimi Qəribli İsmayıl Cavanşir oğlunun həmmüəllifi olduğu “The role of advocacy in the investigation of crimes against the life and health” adlı elmi məqalə indeksli “Multidisciplinary Science Journal” jurnalında (Kvartil – Scopus Q4) nəşr olunub. ⚖️📜

📚

Address

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi
Nakhchivan
AZ7012

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when NDU Pedaqoji fakültə posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share