Qıvraq qəsəbə tam orta mərktəb

Qıvraq qəsəbə tam orta mərktəb Qıvraq Məktəbi

Prezident İlham Əliyev Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına müsahibə veribPrezident İlham Əliyevin 11 avqus...
13/08/2026

Prezident İlham Əliyev Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına müsahibə verib

Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə Naxçıvan Muxtar Respublikasının inkişaf perspektivləri, həyata keçirilən layihələr və qarşıda duran vəzifələr barədə mühüm fikirlər səsləndirilib.

Dövlət başçısı Prezident kimi Naxçıvana 17-ci səfərinin mühüm əhəmiyyət daşıdığını qeyd edərək bildirib ki, hər səfər zamanı görülən işlər və həyata keçirilən tədbirlər Naxçıvanın hərtərəfli inkişafının göstəricisidir.

Prezident İlham Əliyev Naxçıvanın bundan sonra da sürətli sosial-iqtisadi inkişafının təmin ediləcəyini vurğulayıb. Dövlət başçısı, həmçinin uşaq bağçalarının tikintisi və təmirinə ehtiyac olduğunu qeyd edərək bu istiqamətdə zəruri tədbirlərin həyata keçiriləcəyini bildirib.

Bu fikirlərin davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 12 avqust 2026-cı il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında məktəbəqədər təhsil müəssisələrinin yaradılması istiqamətində mühüm addımlar atılıb.

Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasında ümumilikdə 640 yerlik 5 yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi üçün 20 milyon manat vəsait ayrılıb.

Yeni məktəbəqədər təhsil müəssisələrinin tikintisi nəzərdə tutulan ərazilərdən biri də Kəngərli rayonunun Qarabağlar kəndidir. Belə ki, kənddə 100 yerlik yeni məktəbəqədər təhsil müəssisəsinin inşası planlaşdırılır.

Azərbaycan ilə Qırğızıstan arasında mədəni-humanitar əməkdaşlıq və qardaşlıq əlaqələri daha da möhkəmlənir Prezident İlh...
01/08/2026

Azərbaycan ilə Qırğızıstan arasında mədəni-humanitar əməkdaşlıq və qardaşlıq əlaqələri daha da möhkəmlənir

Prezident İlham Əliyev 31 iyul 2026-cı ildə Qırğızıstana dövlət səfəri çərçivəsində mətbuata verdiyi bəyanatda Azərbaycan ilə Qırğızıstan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin yalnız siyasi və iqtisadi sahələri deyil, həm də mədəni-humanitar əməkdaşlığı əhatə etdiyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, ortaq tarix, mədəni irs və xalqların görkəmli şəxsiyyətlərinə göstərilən hörmət iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.

Prezident İlham Əliyev çıxışında Ağdam rayonunda Qırğızıstanın dəstəyi ilə inşa edilən və “Manas” adını daşıyan məktəbin Azərbaycan–Qırğızıstan qardaşlığının ən gözəl rəmzlərindən biri olduğunu bildirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan xalqı Qarabağın bərpasına göstərilən bu səmimi dəstəyi yüksək qiymətləndirir və buna görə Qırğız xalqına daim minnətdardır. O qeyd edib ki, Prezident Sadır Japarov ilə birlikdə Ağdamda “Manas” məktəbinin açılışında iştirak etmələri Qırğızıstanın 30 ilə yaxın işğal nəticəsində ağır dağıntılara məruz qalmış Qarabağın yenidən qurulmasına verdiyi töhfənin bariz nümunəsidir.

Prezident İlham Əliyev çıxışında mədəni əlaqələrin inkişafına da xüsusi diqqət çəkərək bildirib ki, Bakıda dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin və onun adını daşıyan parkın açılması iki qardaş xalqın ortaq mənəvi dəyərlərə verdiyi önəmin göstəricisidir. Dövlət başçısı qeyd edib ki, bu məkanlar Çingiz Aytmatovun zəngin irsinin yaşadılmasına xidmət etməklə yanaşı, Azərbaycan və Qırğızıstan xalqlarını bir-birinə daha da yaxınlaşdırır.

Ümummilli Lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan əlifbası...
01/08/2026

Ümummilli Lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.

Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir.

Azərbaycan dilinin və əlifbasının qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün və gələcəyimizin ən zəruri məsələlərindəndir. Çünki bu dil 50 milyondan artıq soydaşımızı birləşdirən və doğmalaşdıran atributdur.

Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Azərbaycan dilinin qorunması hər kəsin borcudur. Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə səbəb olur. Dilin orijinallığının qorunması məsələsi media ilə bağlı qurumların, eləcədə telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən edir. Ümummilli Lider də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı. Ümummilli Liderin təşəbbüsü ilə hər il Azərbaycanda avqustun 1-i Azərbaycan əlifbası və dili günü kimi qeyd olunur.”

Prezident İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində verdiy...
23/07/2026

Prezident İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində verdiyi bəyanatda Azərbaycan-Almaniya münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu vurğulanıb. Dövlət başçısı səfər zamanı imzalanan sənədlərin iki ölkə arasında strateji dialoqun və iqtisadi əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini bildirib. Hazırda Azərbaycanda 200-dən çox Almaniya şirkətinin fəaliyyət göstərdiyi, qarşılıqlı investisiyaların artırılması üçün yeni imkanların yarandığı qeyd olunub.

Enerji və nəqliyyat sahələrində əməkdaşlığın geniş perspektivlərə malik olduğu diqqətə çatdırılıb. Azərbaycanın bu ildən təbii qazını Almaniyaya ixrac etməyə başladığı və Azərbaycan qazının Avropa İttifaqının 10 üzv ölkəsinə çatdırıldığı bildirilib. Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında mühüm tranzit rolunu gücləndirməsi, bu günə qədər 40 min tondan çox tranzit yükün Azərbaycan ərazisindən keçməsi də qeyd olunub.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və regionda sülhün təmin olunması istiqamətində atılan addımlardan danışaraq, Prezident Donald Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanmasının 30 il davam edən münaqişəyə son qoyduğunu bildirib. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü icra etdiyi vurğulanıb. Almaniyanın sülh prosesinə verdiyi töhfə yüksək qiymətləndirilib.

Səfər çərçivəsində Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts tərəfindən strateji tərəfdaşlıq gündəliyinə dair Birgə Bəyannamə, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanıb. Bu sənədlərin iki ölkə arasında siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyi bildirilib.

22 İyul - Milli Mətbuat GünüdürÖlkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin...
22/07/2026

22 İyul - Milli Mətbuat Günüdür

Ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul tarixi Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. XIX əsrin sonlarına yaxın bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri təbiətşünas alim Həsən bəy Zərdabi idi.

“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub.

Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açmışdır.
1998-ci ildə ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına ciddi təkan verdi.

Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.

Azərbaycan–Slovakiya münasibətləri strateji tərəfdaşlıq əsasında inkişaf edirPrezident İlham Əliyevin Slovakiya Respubli...
16/07/2026

Azərbaycan–Slovakiya münasibətləri strateji tərəfdaşlıq əsasında inkişaf edir

Prezident İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycan–Slovakiya münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini və əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsində uğurla davam etdiyini bir daha təsdiqləyib. Dövlət başçısı iki ölkə arasında siyasi dialoqun müntəzəm xarakter daşıdığını, qarşılıqlı səfərlərin və yüksəksəviyyəli təmasların əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. 2024-cü ildə imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin uğurla icra olunduğu, bunun isə qarşılıqlı etimadın və güclü siyasi iradənin göstəricisi olduğu qeyd edilib.

Bildirilib ki, Azərbaycan və Slovakiya arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, energetika, hərbi-texniki əməkdaşlıq və digər sahələr üzrə birgə fəaliyyət əsas prioritetlər sırasındadır. Tərəflər əməkdaşlığın praktiki nəticələrinin artırılması və yeni layihələrin həyata keçirilməsi istiqamətində səylərini davam etdirirlər.

Prezident İlham Əliyev Slovakiyanın Qarabağın bərpasına verdiyi dəstəyi yüksək qiymətləndirərək bu istiqamətdə həyata keçirilən layihələrin ölkələr arasında əməkdaşlığın mühüm nümunəsi olduğunu bildirib. Səfər çərçivəsində dövlət başçıları Ağdam rayonunun Baş Qərvənd kəndində aparılan bərpa-quruculuq işləri ilə tanış olub, Slovakiyanın dəstəyi ilə inşa ediləcək Milan Rastislav Ştefanik adına 840 şagird yerlik tam orta məktəb binasının təməlini qoyublar. Bu layihə Slovakiyanın işğaldan azad olunmuş ərazilərin bərpasına verdiyi töhfənin və Azərbaycan–Slovakiya strateji tərəfdaşlığının daha bir göstəricisi kimi dəyərləndirilir.

Türkiyə və Azərbaycan kimi iki ölkəyə veriləcək mesaj yalnız dostluq və qardaşlıqdır.Bu sözləri Prezident İlham Əliyev I...
15/07/2026

Türkiyə və Azərbaycan kimi iki ölkəyə veriləcək mesaj yalnız dostluq və qardaşlıqdır.

Bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı səsləndirib.

"Düşünürəm və əminəm ki, Türkiyə və Azərbaycanda da insanlar sizinlə həmfikirdir. Onlar dünyanın bütün ölkələrini götürsək belə, ən yaxın ölkələrdir. Əgər siz əməkdaşlıq, siyasi, iqtisadi, enerji, bağlantılar, insanlar arasında təmaslar səviyyəsinə baxsanız, bəlkə də dünyada bir-birinə yaxın olan, bir-birinə bu qədər dəstək verən və dost olan Türkiyə və Azərbaycandan başqa digər iki dövlət tapmazsınız.
Bu, xalqlarımız, ölkələrimiz üçün böyük zənginlikdir. Biz bir yerdə olanda daha güclüyük. Bu, həmçinin regional sabitliyin və əməkdaşlığın, o cümlədən indicə qeyd etdiyim bağlantılar məsələsinin mühüm meyarıdır. Bu, təhlükəsizliyin mühüm meyarıdır, çünki burada - Şuşada, beş il əvvəl Türkiyə Prezidenti ilə mən Şuşa Bəyannaməsini imzaladıq və beləliklə, münasibətlərimiz müttəfiqlik səviyyəsinə qalxdı.

Biz təkcə qardaş və dost deyilik, biz müttəfiqik.
Əgər bizlərdən kiməsə xoşagəlməz və ya p*s hadisə üz verərsə, digəri bütün potensialı, o cümlədən hərbi gücü ilə qardaşımızın müdafiəsinə qalxacaq. Həqiqətən real haldır və biz görürük etnik köklər, ortaq mədəniyyət və ümumi tarix ölkələrimiz üçün siyasi baxımdan bu qədər yaxın olmağa bir platforma yaradır. Əminəm ki, bilirsiniz, çox sayda hallar var ki, oxşar, kifayət qədər oxşar köklər və eyni dil, necə deyim, söz ehtiyatı elə bir platforma yaratmır. Əksinə, demək olar ki, eyni dildə danışan insanlar bəzən bir-biri ilə vuruşurlar. Eyni regionda olan insanlar bir-birini məhv edirlər. Beləliklə, Türkiyə və Azərbaycan nümunəsi qonşular tərəfindən baxılmalı və tətbiq edilməli nümunədir. Qonşular dəqiqliklə Türkiyə və Azərbaycan kimi davranmalıdırlar." - deyə Prezident İlham Əliyev vurğulayıb.

ℹ️ İyunun 30-da mərkəzləşdirilmiş qaydada təşkil olunan lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb və...
08/07/2026

ℹ️ İyunun 30-da mərkəzləşdirilmiş qaydada təşkil olunan lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb və iştirakçıların şəxsi kabinetlərinə göndərilib.

📢 Diqqət! Lisey və gimnaziyalar üzrə seçim prosesi 8 iyul saat 11:00-da başlayıb 14 iyul saat 12:00-dək davam edəcək.

✅ ️Lisey və gimnaziya seçimləri şəxsi kabinetlərdə yerləşən “İmtahanlar” bölməsinin “Lisey seçimi” hissəsi vasitəsilə həyata keçirilir.

❗️Bu mərhələdə namizədlər maksimum 3 lisey seçə bilərlər. Seçimdə 3 lisey qeyd etmək məcburi deyil. Şagird və valideynlərə yalnız təhsil almağı planlaşdırdıqları lisey və ya gimnaziyanı seçmək tövsiyə edilir.

🔷 ️Şagird seçdiyi lisey və ya gimnaziyaya qəbul olunduğu təqdirdə şagirdlərin elektron yerdəyişmə sistemi aktivləşdiriləcək və onun üçün avtomatik yerdəyişmə sorğusu yaradılacaq. Qəbul olunan şagirdlərin sənəd qəbulu prosesinin avqust ayının ilk yarısında həyata keçirilməsi nəzərdə tutulur.

Ⓜ️əlumat üçün bildiririk ki, qəbul imtahanı ölkə üzrə 41 müxtəlif imtahan mərkəzində təşkil olunub və prosesdə 7 minə yaxın şagird iştirak edib. İmtahan prosesi bütün mərkəzlərdə uğurla həyata keçirilib.

🔗 Nəticələrlə bağlı müraciətlər 10 iyul 17:00-dək [email protected] elektron poçt ünvanına rəsmi ərizə formasında göndərilə bilər.


Address

Qıvraq Qəsəbə
Nakhchivan

Telephone

+994702857262

Website

Alerts

Be the first to know and let us send you an email when Qıvraq qəsəbə tam orta mərktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category