12/05/2026
🎓 NDU tələbələrinin İğdır Universitetində təcrübə proqramı uğurla yekunlaşıb
🐾 Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin “Baytarlıq təbabəti” ixtisası üzrə təhsil alan tələbələrinin İğdır Universitetində keçdikləri təcrübə proqramı müvəffəqiyyətlə başa çatıb.
🤝 Proqramın sonunda İğdır Universitetinin rektoru Ekrem Gürel təcrübəçi tələbələrlə görüşüb. Görüşdə Ziraət fakültəsinin dekanı İsa Özaydın və Heyvan Xəstəxanasının baş həkimi Gökhan Koçak də iştirak edib.
📚 Çıxış zamanı universitetlər arasında əməkdaşlığın strateji əhəmiyyəti vurğulanıb, tələbələrin beynəlxalq təcrübə proqramlarında iştirakının akademik əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyi bildirilib.
💬 Görüşdə tələbələrin təcrübə müddətində qazandıqları bilik və praktik bacarıqlar ətrafında fikir mübadiləsi aparılıb.
🏅 Təcrübə proqramını uğurla başa vuran tələbələr sertifikatla, rəhbər müəllimlər isə təşəkkürnamə ilə təltif olunublar.
📸 Sonda xatirə fotosu çəkdirilib.
Ətraflı: linkdə ⬇️
https://ndu.edu.az/xeber/ndu-t-l-b-l-rinin-i-gdir-universitetind-t-crub-proqrami-ugurla-yekunlasib