24/02/2024
Erməni Cinayətlərinin acı statistikası
Şərur rayon Ələkli kənd tam orta məktəbin tarix müəllimi – Seyidov Mirəli Mircəfər oğlu
26 Fevral – Bu tarix müasir dünyamızın, guya ki, demokratiyanın höküm sürdüyü dünyamızda dırnaqarası demokratik dövlətlərin göz yumduğu XX əsrin ən böyük cinayyəti, ən böyük soyqırımı – Xocalı Soyqırımı günüdür. Ermənilər hər il aprelin 24-də Ermənistanda və erməni diasporunun mövcud olduğu ölkələrdə 1915-ci ildə baş vermiş uydurma soyqırımın il dönümünə həsr olunmuş müxtəlif səpgili tədbirlər həyata keçirirlər. Bununla onlar özlərini məzlum, tarix boyu əzilən, müsəlman şərqində soyqırıma məruz qalan xristian azlıq kimi təqdim etməyə çalışırlar. Bəs, əslində soyqırıma məruz qalan kimlərdir?
Elektron nəşr, arxiv sənədləri, dövrü mətbuat materialları, ayrı-ayrı tədqiqatçıların araşdırmaları sübut edir ki, əsil soyqırımı 1905-1906-cı illərdə Cənubi Qafqazda, Biriunci Dünya müharibəsi və 1918-1920-ci illərdə Şərqi Anadoluda Azərbaycan ərazilərində türk-müsəlman əhalisinə qarşı ermənilər törətmişlər 1991-1994-cü illərdə dünyanın gözü qarşısında işğalçı Ermənistan ordusu tərəfindən Azərbaycanın 20% ərazisi işğal edilmişdi və həmin ərzidə xalqımıza qarşı çoxlu sayda soyqırım və vəhşiliklər törədilmişdi. XX əsirdə indiki Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirilmişdir. Son 30-40 il ərazidə ermənilərin törətdikləri teror aktları nəticəsində minlərlə günahsız insan tələf olmuş və yaralanmışdır.
26 Fevral 1992-ci il Xocalı Soyqırımından 32 il keçir
Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı baş vermiş soyqırımıdır.
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Azərbaycanda Xocalı soyqırımının işıqlandırması əsasən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqələndirilir. O, qısa müddətli hərbi jurnalistlik karyerasında ən vacib xidməti, Xocalıda törədilən vəhşilikləri lentə almaq olmuşdur. Xocalının müdafiəsi zamanı yeddi Azərbaycanın Milli Qəhrəmanı iştirak etmişdir. Döyüşlərdə Şöhrət Həsənov şəhid olmuş və ölümündən sonra Azərbaycan prezidenti tərəfindən "İgidliyə görə" medalı ilə təltif olunmuşdur. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov erməni polkovnik Vitali Balasanyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir.
Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını tam səviyyədə soyqrım kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində soyqrım kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandaiya tanıyır. İndiyədək ABŞ-nin 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" və "Xocalı faciəsi" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır. Və bu qətliam Azərbaycanın ən faciəli hadisəsi olmuşdur.
Müzəffər Azərbaycan Ordusunun və onun Müzəffər AliBaş Komandanın sayəsində Xocalı şəhidlərinin qanıyerdə qalmadı
Prezident İlham Əliyevin vurğuladığı kimi, bizim dəmir yumruğumuz birliyimizi, gücümüzü təcəssüm etdirir.
Alman şair və mütəfəkkiri İohan Volfqanq Hötenin «Qəhrəmanlığı nə öyrətmək, nə də tərgitmək olur» sözlərinin hikmətini mübarizliyi ilə təsdiqləyən Azərbaycan xalqı bu keyfiyyəti milli-mənəvi dəyərləri kimi qoruyub yaşatdığını dəfələrlə subut edib. Qəhrəmanlığı ilə başqalarına həyat verib, ölümə qalib gələn igidlərimiz döyüş meydanlarında düşmənə heç vaxt arxa çevirməyiblər. Amalları uğrunda ölərək əbədi yaşam haqqı qazanıblar. Ən ali rütbə olan şəhidlik zirvəsinə yüksəlməklə bildiriblər ki, ölümdən qorxmayan millətə ölüm yoxdur.
Vətən müharibəsinin davam etdiyi müddətdə dünyanın tanınmış 30-a yaxın KİV-lərinə müsahibəlrində Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdıran Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan Ordusunun qalib kimi ayaq basdığı torpaqlarımız Xocalı qurbanlarının ruhlarına dinclik gətirir: «Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq. Bütün dünya bizim Qələbəmizdən danışır. Bütün dünyanın aparıcı media orqanları Azərbaycanın parlaq Qələbəsi haqqında yazırlar, reportajlar hazırlayırlar. İndi analitik məqalələr dərc edilir, kitablar da yazılacaq.»
Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı Şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci ilin “44 günlük Vətən müharibəsi”ndə azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi.
“44 günlük Vətən müharibəsi”ndə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhərbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində seperatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.