İmişli rayon V.Haqverdiyev adına Mürsəlli kənd tam orta məktəb

İmişli rayon V.Haqverdiyev adına Mürsəlli kənd tam orta məktəb İmişli rayon V.Haqverdiyev adına Mürsəlli kənd tam orta məktəbi-Azərbaycan Respublikasını

19 mart 2026- cı il tarixdə məktəbimizdə "Gəlir yazım,çalır sazım" adlı Novruz şənliyi keçirildi.
19/03/2026

19 mart 2026- cı il tarixdə məktəbimizdə "Gəlir yazım,çalır sazım" adlı Novruz şənliyi keçirildi.

Bu gün məktəbimizin adını daşıyan şəhid Vaqif Haqverdiyevin doğum günüdür. Şəhid V.Haqverdiyev 18.03.1974-cü ildə İmişli...
18/03/2026

Bu gün məktəbimizin adını daşıyan şəhid Vaqif Haqverdiyevin doğum günüdür. Şəhid V.Haqverdiyev 18.03.1974-cü ildə İmişli rayonu Mürsəlli kəndində anadan olmuşdur. 27.12.1993-cü ildə şəhid olmuşdur. Məktəbdə şəhidin doğum günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdən sonra şəhidin qəbri ziyarət edilmiş,ruhuna fatihələr oxunmuşdur. Allah bütün şəhidlərimizə rəhmət etsin.

13/03/2026

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilir

2026-cı il martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta ilə görüş zamanı mühüm bəyanatla çıxış etmişdir. Dövlət başçısı Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin hazırda fəal inkişaf mərhələsində olduğunu vurğulayaraq bu səfərin əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirmişdir.
Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan və Avropa İttifaqı arasında müxtəlif səviyyələrdə intensiv dialoq mövcuddur.
Son illər ərzində Avropa Komissiyasının nümayəndələrinin ölkəmizə tez-tez səfər etməsi tərəfdaşlığın inkişafının bariz göstəricisidir. Dövlət başçısı iqtisadi əlaqələrə toxunaraq bildirmişdir ki, bu ilin yanvar ayında Azərbaycanın ümumi ticarət dövriyyəsinin təxminən 50 faizi Avropa İttifaqı ilə həyata keçirilmişdir. Bu fakt Avropa İttifaqının Azərbaycan üçün əsas ticarət tərəfdaşı olduğunu bir daha təsdiq edir. Prezident vurğulamışdır ki, qarşıdakı dövrdə yeni layihələr və investisiya imkanları hesabına qarşılıqlı sərmayə qoyuluşu daha da genişlənəcək və ticarət dövriyyəsi artacaq.
Dövlət başçısı çıxışında enerji əməkdaşlığının Azərbaycan–Avropa münasibətlərinin əsas istiqamətlərindən biri olduğunu xüsusi qeyd etmişdir. Onun sözlərinə görə, 2022-ci ildə Avropa Komissiyası ilə imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq sənədi bu əməkdaşlığın inkişafına mühüm təkan vermişdir. Həmin vaxtdan etibarən Azərbaycanın Avropaya qaz ixracı həm həcm, həm də coğrafiya baxımından əhəmiyyətli dərəcədə artmışdır. Hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır və ümumilikdə 16 ölkə Azərbaycan qazından istifadə edir. Azərbaycan boru kəmərləri vasitəsilə qaz təchizatını həyata keçirən aparıcı ölkələrdən biridir və bu amil bir çox dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu daha da artırır. Avropa bazarı Azərbaycanın ümumi qaz ixracının təxminən yarısını təşkil edir və bu istiqamətdə böyük artım potensialı mövcuddur. Bu ayın əvvəlində keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısında Azərbaycanın qaz hasilatının artırılması planları barədə məlumat verilmişdir. Dövlət başçısının sözlərinə görə, yaxın illərdə yeni yataqlardan hasilat hesabına mövcud həcmə əlavə olaraq ən azı 10 milyard kubmetr qazın bazarlara çıxarılması nəzərdə tutulur.
Enerji əməkdaşlığının digər mühüm istiqaməti isə bərpaolunan enerji sahəsidir. Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan külək, günəş və su elektrik enerjisinin inkişafına böyük sərmayələr yatırır. Ölkənin iqlim şəraiti bu sahədə geniş imkanlar yaradır. Azərbaycanda il ərzində 300-dən çox günəşli günün olması və külək potensialının yüksəkliyi alternativ enerji mənbələrinin inkişafı üçün əlverişli şərait yaradır. Planlara əsasən, yaxın beş-altı il ərzində ixrac üçün nəzərdə tutulan 6–8 giqavat gücündə bərpaolunan enerji istehsalı imkanlarının yaradılması nəzərdə tutulur. Bu məqsədlə Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dəniz dibi kabelləri və digər enerji infrastrukturu layihələri üzərində fəal iş aparılır. Azərbaycan artıq yeddi aydır sülh şəraitində yaşayır və bu vəziyyət region üçün yeni imkanlar yaradır. Onun sözlərinə görə, Ermənistanla paraflanmış sülh sazişindən sonra nəqliyyat və tranzit məsələləri iki ölkə arasında əməkdaşlıq gündəliyinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Orta Dəhlizin inkişafı regionda iqtisadi əlaqələrin genişlənməsinə əlavə stimul verir. Azərbaycan sülh prosesinə yalnız imzalanmış sənədlərlə deyil, real addımlarla da töhfə verir. Belə ki, Azərbaycan Ermənistana mühüm neft məhsullarının təchizatına başlamış, digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana daşınan yüklərin tranzitinə qoyulmuş məhdudiyyətləri aradan qaldırmışdır. Bu addımlar Azərbaycanın regionda sabitliyin və qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə sadiq olduğunu göstərir.

Məhəmmədəli Sarıyev- İmişli RİH başçısı aparatının, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi

Oxu dəqiqələri IX sinifMayn Ridin Başsız atli romanı.
12/03/2026

Oxu dəqiqələri
IX sinif
Mayn Ridin Başsız atli romanı.

Oxu dəqiqələriIV sinifCəlil Məmmədquluzadənin Saqqallı uşaq hekayəsi.
12/03/2026

Oxu dəqiqələri
IV sinif
Cəlil Məmmədquluzadənin Saqqallı uşaq hekayəsi.

Oxu dəqiqələriV sinifAstrid Lindqqrenin Balaca və damda yaşayanKarlson povesti.
12/03/2026

Oxu dəqiqələri
V sinif
Astrid Lindqqrenin Balaca və damda yaşayanKarlson povesti.

Şagird davranış qaydalarının tətbiqi mövzusunda məktəbin bütün şagirdlərinin iştirakilə tədbir keçirildi.
12/03/2026

Şagird davranış qaydalarının tətbiqi mövzusunda məktəbin bütün şagirdlərinin iştirakilə tədbir keçirildi.

11/03/2026

Səməd Vurğunun "Azərbaycan" şeirinə bəstələnmiş mahnı.

11/03/2026

Səməd Vurğun "Təbiət ilhama çağırır məni"

11/03/2026

Səməd Vurğun "Vaqif" dramından Vaqif və Xuramanın dialoqu.

11/03/2026

"Vaqif" dramından Şah Qacar və Vaqifin dialoqu.

Dahi Azərbaycan şairi Səməd Vurğunun 120 illik yubileyi münasibətilə ilə məktəbimizdə Səməd Vurğun gecəsi keçirilmişdir....
11/03/2026

Dahi Azərbaycan şairi Səməd Vurğunun 120 illik yubileyi münasibətilə ilə məktəbimizdə Səməd Vurğun gecəsi keçirilmişdir. İlk olaraq məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Coşqun Dövlətov Səməd Vurğun yaradıcılığı haqqında şagirdlərə və iştirakçılara ətraflı məlumat vermişdir. Şagirdlər şairin yaradıcılığına müraciət edərək müxtəlif mövzularda şeirlər səsləndirmişdir. Sonda Səməd Vurğunun "Vaqif" dramından iki hissəni səhnələşdirmişdilər.

Address

MursÇ?lli
3032

Opening Hours

Monday 08:00 - 15:00
Tuesday 08:00 - 15:00
Wednesday 08:00 - 15:00
Thursday 08:00 - 15:00
Friday 08:00 - 15:00

Telephone

+994518317374

Website

Alerts

Be the first to know and let us send you an email when İmişli rayon V.Haqverdiyev adına Mürsəlli kənd tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to İmişli rayon V.Haqverdiyev adına Mürsəlli kənd tam orta məktəb:

Shortcuts

Share

Category