Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbi

  • Home
  • Azerbaijan
  • Mugan
  • Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbi

Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbi Yeniyetmə, uşaq və gənclərə ibtidai və orta təhsil verir.

Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbində "İnsan Hüquqları Aylığı" çərçivəsində "Hüquqlarımız və Vəz...
11/06/2026

Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbində "İnsan Hüquqları Aylığı" çərçivəsində "Hüquqlarımız və Vəzifələrimiz" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
Əvvəlcə iştirakçılara insan hüquq və azadlıqlarının mahiyyəti, vətəndaşların hüquq və vəzifələri, hüquq mədəniyyətinin formalaşdırılması və insan hüquqlarının qorunmasının əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Çıxış edənlər insan hüquqlarının cəmiyyətin inkişafındakı rolundan, hər bir şəxsin hüquqları ilə yanaşı vəzifələrinin də mövcud olmasından bəhs edərək, qarşılıqlı hörmət, məsuliyyət və qanunun aliliyinin vacibliyini vurğulayıblar. Daha sonra mövzu ilə bağlı maarifləndirici videoçarx nümayiş etdirilib. Videoçarx iştirakçılar tərəfindən maraqla qarşılanıb və insan hüquqlarının qorunmasının əhəmiyyəti barədə faydalı məlumatların əldə olunmasına şərait yaradıb.
Tədbirin növbəti hissəsində auditoriya ilə sual-cavab təşkil olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qeyd olunub ki, belə maarifləndirici tədbirlərin keçirilməsi gənc nəslin hüquqi biliklərinin artırılmasına, onların hüquq və vəzifələri barədə məlumatlılığının yüksəldilməsinə, hüquq mədəniyyətinin və vətəndaş məsuliyyətinin formalaşmasına mühüm töhfə verir.

18/05/2026
15/05/2026
14/05/2026
11/05/2026

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103- cü ildönümünə həsr olunan ümumrayon tədbirindən xoreoqrafiya sinfi şagirdlərimizin çıxışı.

Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbində müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Hey...
08/05/2026

Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbində müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunan rəssamlıq sinfi şagirdlərinin əl işlərindən ibarət “Zərif əllər” adlı sərgi təşkil olunub.
Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
Sərgidə şagirdlərin yaradıcılıq qabiliyyətini, estetik zövqünü və vətənpərvərlik ruhunu əks etdirən rəngarəng əsərlər nümayiş etdirilib.

Gənc istedadların incəsənətə olan sevgisi və zəhməti bu sərgidə bir daha öz əksini tapıb.

06/05/2026
05/05/2026

"Motsart dühası-270 il" tədbirindən tar müəllimi Məmməd Məmmədovun ifası.

Address

H. Əliyev Prospekti 59
Mugan
AZ1300

Alerts

Be the first to know and let us send you an email when Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbi:

Shortcuts

Share

Category