Mingəçevir Dövlət Universiteti - Tələbə Həmkarlar İttifaqı Komitəsi

Mingəçevir Dövlət Universiteti - Tələbə Həmkarlar İttifaqı Komitəsi Səhifə rəsmi olaraq Mingəçevir Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinə məxsusdur.

Mingəçevir Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi öz sıralarında iki mindən artıq bakalavr və magistrantı birləşdirir. Təşkilat öz fəaliyyətində tələbələrin hüquqlarının qorunması, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, tələbələrin idmana maraqlarının artırılması kimi istiqamətlərə xüsusi diqqət yetirir.

05/10/2019

5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün məllimləri təbrik edirik.
Eyni zamanda gələcəkdə bu peşə ilə məşğul olacaq tələbələrimizə təhsillərində bol-bol uğurlar və müvəffəq qiymətlər arzu edirik.

04/10/2019

Oktyabrın 4-də Bakı Konqres Mərkəzində sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsinə dair ölkə Prezidenti İlham Əliyevin göstərişinə əsasən Gənclər Fondu tərəfindən təşkil edilən müsabiqənin qalibləri ilə görüş keçirilib.



Ətraflı: https://edu.gov.az/az/page/9/17351

Mingəçevir Dövlət Universitetinin rektoru İqtisadiyyat və idarəetmə fakültəsinin fəal tələbələri ilə görüşübMingəçevir D...
28/09/2019

Mingəçevir Dövlət Universitetinin rektoru İqtisadiyyat və idarəetmə fakültəsinin fəal tələbələri ilə görüşüb

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov İqtisadiyyat və idarəetmə fakültəsinin aktiv tələbələri ilə görüşdə universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi və universitet idarəçiliyində innovativ metodların tətbiq olunması istiqamətində nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Ş.Bayramov Mingəçevir Dövlət Universitetinin (MDU) professor-müəllim heyətinin potensialının tədris prosesinin məzmununun təkmilləşdirilməsinə imkan verdiyini və bu məsələdə tələbələrin də fəal iştirakının vacibliyini diqqətə çatdırıb.
Ali təhsilin inkişafı və gənclərə qayğı sahəsində uğurlu dövlət siyasətindən bəhs edən rektor tələbələri yaradılan imkanlardan faydalanmağa, yaxşı təhsil almağa və universitetin ictimai həyatında yaxından iştiraka dəvət edib. Ş.Bayramov İqtisadiyyat fakultəsində təhsil alan tələbələrin gələcəkdə ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verəcəyinə əminliyini bildirib, ixtisas fənləri ilə yanaşı müasir informasiya-kommunikasiya texnologiyalarını mənimsəməyin və xarici dilləri öyrənməyin də mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Rektor tələbə təşkilatlarının fəaliyyəti, müxtəlif idman bölmələrinin təşkili, tələbələrin dünya görüşünün inkişaf etdirilməsi və universitetin nizam-intizam qaydalarına riayət edilməsi barədə fikirlərini bölüşüb.
Görüşdə tələbələrin ingilis dilinin tədrisi, appelyasiya komissiyası, sərbəst işlər, dərsə davamiyyət, Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti və digər məsələlər barədə təklifləri dinlənilib və müvafiq qeydlər aparılıb.

Mingəçevir Dövlət Universitetində“BİR” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilibMingəçevir Dövlət Universitetində “...
27/09/2019

Mingəçevir Dövlət Universitetində
“BİR” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib

Mingəçevir Dövlət Universitetində “Bir” Tələbə-Könüllü Proqramının növbəti görüşü keçirilib. Əsasən birinci kurs tələbələrinin böyük maraqla qatıldığı tədbiri “Bir” Tələbə-Könüllü Proqramının rəhbəri Canoğlan İlyasov aparıb. Qeyd edib ki, “BİR” rəmzi olaraq ədədlərin başlanğıcı, dostluq, birlik və həmrəylik simvoludur. Adını bu dəyərlərədən alan “BİR” Tələbə Könüllü Proqramı Azərbaycanın ali təhsil müəssisələrinin, kolleclərinin tələbələrinin könüllülük fəlsəfəsi, prinsipləri və dəyərləri çərçivəsində dostluq və həmrəyliyidir. İnteraktiv üsulla keçirilən təqdimatlar zamanı tələbələr könüllük haqqında fikirlərini bölüşüb, kreativ təşəbbüslərlə çıxış ediblər.
Proqramının rəhbəri Canoğlan İlyasov bildirib ki, “Bir” Tələbə-Könüllü Proqramı öz fəaliyyətini 6 müxtəlif: öyrən, öyrət, kəşf et, zövq al, yaşa, yaşat istiqamət ilə həyata keçirir. İstiqamətlər tələbə-könüllülərin asudə vaxtının səmərəli keçirməsinə, onların müxtəlif sahələrdə təcrübə qazanmasına, bilik və bacarıqlarının artırılmasına, tələbə həyatını rəngarəng yaşamasına və əyləncəli vaxt keçirilməsinə şərait yaradır. Tədbir iştirakçılarına “Bir” Tələbə-Könüllü Proqramında iştirak edən tələbə gənclərin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.
Könüllülər və könüllü liderlər üçün təlimlərin təşkili bu sahədə həyata keçiriləcək. Proqramda komanda və komanda tərkibində ümumi və fərdi şəkildə işin təşkili, “könüllü kimdir?”, kampaniya, marafon və digər aksiyaların təşkili, aktual sayılan müxtəlif mövzular üzrə təlimlərin və tədbirlərin həyata keçirilməsi nəzərdə tutulduğu qeyd edilib. Müntəzəm xarakter daşıyacaq planlaşdırılmış layihələr çərçivəsində tələbələr müxtəlif sahələr və mövzular üzrə geniş biliklərə və zəruri bacarıqlara yiyələnəcəkləri vurğulanıb.
Proqram rəhbəri Canoğlan İlyasov tələbələrlə bir sıra əyləncəli proqramları həyata keçirib. Qalib gələn tələbələr mükafatlandırılıb.
Xatırladaq ki, “BİR” Tələbə-Könüllü Proqramı Təhsil Nazirliyinin proqramı olaraq, ölkədə növbəti illərdə həyata keçiriləcək bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığını və bu tədbirlərin təşkilində tələbə-könüllülərin böyük rolunun olduğunu nəzərə alaraq, tələbə-könüllülərlə işin təşkilinin sistemləşdirilməsi, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə yaradılıb.
Tədbirdə “Bir” Tələbə-Könüllü Proqramının meneceri Ülviyyə Axundova, Regionlarla iş üzrə koordinator Şahin Vəlizadə və İctimayyətlə əlaqələr üzrə koordinator Mənsurə Məhərrəmova iştirak ediblər.
Tədbirin təşkilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının MDU tələbələrindən ibarət komandası fəal iştirak edib.

Mingəçevir Dövlət Universitetində 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi ilə b...
23/09/2019

Mingəçevir Dövlət Universitetində 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi ilə bağlı seminar-treninq təşkil olunub

Prezident İlham Əliyev 2016-cı il sentyabrın 7-də “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 1040 nömrəli Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda əhalinin növbəti siyahıyaalınması cari il oktyabrın 1-10-da keçiriləçək. Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənməsi, nəticələrinin dərc edilərək yayılması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə həvalə edilib.

Fərmandan irəli gələn məsələləri həll etmək üçün 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 dekabr 2016-ci il tarixli 517 nömrəli Qərarı imzalanmışdır.

Prezidentin Fərmanına və Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq 2019-cu ildə Mingəçevir şəhərində də əhalinin siyahıyaalınmasının keçirilməsi ilə bağlı yardım komissiyasının yaradılması haqqında Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 30 dekabr 2016-ci il tarixli 122 nömrəli Sərəncam imzalanmış, təşkilati plan hazırlanmış və 13 nəfərdən ibarət komissiya üzvü yaradılmışdır.

Yuxarıda göstərilən qanunvericilik aktlarının həyata keçirilməsi məqsədilə 2019-cu ildə Mingəçevir şəhərində də əhalinin siyahıyaalınmasının təşkil edilməsi ilə bağlı Mingəçevir şəhər Statistika İdarəsinin üzərinə böyük məsul vəzifə qoyulmuşdur. Məhz bu təşkilat siyahıyaalma kompaniyasını yüksək səviyyədə keçirmək məqsədilə müvafiq tədbirlər həyata keçirmişdir.

Belə tədbirlərdən biri də 21-22 sentyabr 2019-cu il tarixlərdə Mingəçevir Dövlət Universitetində 2019-cu ildə Mingəçevir şəhərində əhalinin siyahıyaalınmasının keçirilməsi ilə bağlı fəaliyyət göstərəcək komandanın maarifləndirilməsi istiqamətində seminar-treninq keçirilib.

Mingəçevir şəhər Statistika İdarəsinin rəisi Etibar Kərimovun verdiyi məlumata görə əhalinin siyahıyaalma kompaniyasını həyata keçirmək məqsədilə 9 siyahıyaalma məntəqəsi və 84 təlimatçı-nəzarətçi məntəqəsi yaradılmışdır. 6 məntəqədə 9 nəzarətçi məntəqə, əhalinin daha çox sıx yaşadığı 3 məntəqədə isə 10 nəzarətçi məntəqə fəaliyyət göstərir.

Siyahıyaalma məntəqələrində 418 əsas və 9 ehtiyat, cəmi 427 sayıcı məntəqəyə, orta hesabla hər bir sayıcıya 301 nəfər əhali düşür.

İdarə rəisi bildirib ki, siyahıyaalmaya cəlb olunmuş şəxslərlə mülki-hüquqi müqavilə bağlanmışdır. Şəhər ərazisində tədbirin mütəşəkkil keçirilməsi üçün Kür çayının sağ və sol sahəsində 2 ədəd banner vurulmuş, məntəqələrdə plakatlar asılmışdır.

Mingəçevir şəhər Statistika İdarəsinin rəisi Etibar Kərimov əhalinin siyahıyaalma kompaniyasında iştirak edəcək komanda üçün seminar-treninqin universitetdə keçirilməsində yaradılan şəraitə görə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun və Statistika İdarəsinin rəisi kimi öz adından Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramova təşəkkür edib.

Qeyd edək ki, əhalinin siyahıyaalınması ölkənin bütün vətəndaşlarına aid demoqrafik, iqtisadi və sosial məlumatların müəyyən olunmuş vaxtda toplanması, ümumiləşdirilməsi, öyrənilməsi və yayılması deməkdir. Əhalinin siyahıyaalınması və onun inkişafı əhalinin sayı, yerləşməsi və tərkibi, habelə müəyyən bir dövr üzrə vacib olan xüsusiyyətləri barədə ətraflı və müntəzəm məlumatlara olan ehtiyacla şərtlənir.

Bütün bunları nəzərə alaraq demək olar ki, siyahıyaalma ölkənin həyatında mühüm bir tədbirdir və onun müvəffəqiyyətlə keçirilməsində hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür. Ölkənin inkişafında həlledici rol məhz insan potensialı ilə bağlı olduğundan əhalinin siyahıyaalınması nəticəsində əldə edilmiş məlumatlar informasiya cəmiyyətinin qiymətli resursudur.

Tədbirin təşkilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının MDU tələbələrindən ibarət komandası fəal iştirak edib.

Mingəçevir Dövlət Universitetində “İnsan alveri, onun mahiyyəti və törətdiyi fəsadlar” mövzusunda maarifləndirmə tədbiri...
20/09/2019

Mingəçevir Dövlət Universitetində “İnsan alveri, onun mahiyyəti və törətdiyi fəsadlar” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Tədbir Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq reallaşıb.

Mingəçevir Dövlət Universitetində “İnsan alveri, onun mahiyyəti və törətdiyi fəsadlar” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan Mingəçevir Dövlət Universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Rövşən Əliyev belə tədbirlərin təşkilində əsas məqsədin ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyi və əhəmiyyəti haqqında danışıb. Rövşən Əliyev bildirib ki, bu sahədə gənclərin məlumatlılığını artırmaq, mövcud risklərin qarşısını almaq, müəyyən olunmuş qaydalar, prosedur və şərtlərlə tanış etməkdir. Prorektor Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirildiyini də diqqətə çatdırdı, gənclərimizi hər zaman ayıq-sayıq olmağa, istismara məruz qalmamağa, bu təhlükədən uzaq olmağa çağırıb.

Tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenentı Orxan Səfərov çıxış edərək insan alverinin bəşəriyyətin qlobal problemlərindən biri olduğunu bildirərək dövlətimizin insan alverinə qarşı apardığı mübarizə tədbirləri və bu sahədə mövcud qanunvericiliklərlə bağlı zəruri məlumatlar verib. Qeyd edib ki, ölkəmiz insan alverinə qarşı mübarizə sahəsində böyük nailiyyətlər əldə edib. Son illər respublikamızda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilib, ölkəmizdə bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi mövcuddur.

Polis polkovnik-leytenentı Orxan Səfərov çıxış edərək bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri barədə, insan alverinin doğurduğu fəsadlar, eləcə də ölkəmizdə bu bəlaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verdi.

Orxan Səfərov tədbir iştirakçılarına Azərbaycan Respublikası hüdudlarından kənarda onlara və ya onların yaxınlarına, dostlarına, qohumlarına qarşı insan alveri cinayətinin törədilməsinə yol verməmək üçün bir sıra tövsiyələrini verib. İnsan alveri faktları ilə qarşılaşdıqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin nəzdində 24 saat ərzində pulsuz fəaliyyət göstərən 152 qaynar xətt telefon xidmətinə müraciət etmələri barədə tədbir iştirakçılarını bilgiləndirib.

Sonda polis polkovnik-leytenentı Orxan Səfərov tədbir iştirakşılarını onları maraqlandıran sualları cavablandırıb, maarifləndirici bukletlər paylanılıb.

Prorektor Rövşən Əliyev polis polkovnik-leytenentı Orxan Səfərova Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun adından maarifləndirici tədbirdə yaxından iştirak etdiyinə və professor-müəllim, tələbə heyətini məlumatlandırdığı üçün təşəkkürünü bildirib.

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov 2019/2020-ci tədris ilində bu ali təhsil müəssisəsi üzrə ən yük...
20/09/2019

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov 2019/2020-ci tədris ilində bu ali təhsil müəssisəsi üzrə ən yüksək nəticə (622 bal) göstərərək “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olmuş Alsu Məmmədova və onun valideyni ilə görüşüb.
A.Məmmədovanın çox böyük uğur qazandığını qeyd edən Ş.Bayramov onu və valideynini təbrik edib, universitet seçiminə görə onlara təşəkkürünü bildirib və təhsil aldığı müddətdə rekordçu tələbə üçün zəruri imkanların yaradılacağını diqqətə çatdırıb.
Universitet birincisinə təhsildə və şəxsi həyatda yeni-yeni uğurlar arzulayan rektor onun şərəfli, müqəddəs və eyni zamanda, məsuliyyətli müəllimlik peşəsini seçməsini xüsusi vurğulayıb. O, bu seçimi ölkəmizdə müəllim nüfuzunun artırılması istiqamətində reallaşdırılan məqsədyönlü tədbirlərin nəticəsi kimi qiymətləndirib.
A.Məmmədova göstərilən diqqətə görə MDU-nun rəhbərliyinə təşəkkür edərək ölkəmiz üçün yüksək ixtisaslı mütəxəssis və layiqli vətəndaş kimi yetişmək üçün əzmlə çalışacağını bildirib.

Mingəçevir Dövlət Universitetində valideynlərlə görüş keçirilibMingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov ...
20/09/2019

Mingəçevir Dövlət Universitetində valideynlərlə görüş keçirilib

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov 2019/2020-ci tədris ili üçün birinci kursa qəbul olan tələbələrin valideynləri ilə görüşüb. Ş.Bayramov tələbə adını qazanmış gənclərin valideynlərini təbrik edib, övladlarının məhz Mingəçevir Dövlət Universitetində (MDU) təhsil alması qərarına görə onlara təşəkkürünü bildirib.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla reallaşdırılan dövlət siyasətinin məntiqi nəticəsi olaraq hazırda milli ali təhsilimizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən rektor universitetlərimizin insan kapitalının formalaşmasındakı rolunun sürətlə artdığını vurğulayıb.
O, MDU-da yüksək ixtisaslı kadr hazırlığı istiqamətində görülən işlər barədə məlumat verib, yüksək intellektli, dərin savadlı, geniş dünyagörüşlü, güclü şəxsiyyət və vətənpərvər mütəxəssislər yetişdirməyi hədəflədiklərini diqqətə çatdırıb. Ş.Bayramov bu məqsədlərə çatmaq üçün MDU-nun professor-müəllim heyəti üzvlərinin potensialının səfərbər ediləcəyini və tələbələr üçün bütün zəruri imkanların yaradılacağını bildirib.
Valideynləri universitetlə sıx əməkdaşlığa dəvət edən rektor idarəetmə prosesində tələbələrin aktiv iştirakının əhəmiyyətini, eləcə də tələbələrin universitetin daxili nizam-intizam qaydalarına riayət etməsinin vacibliyini vurğulayıb.
Tədbirin sonunda valideynlər universitet seçimində düzgün qərar verdiklərini diqqətə çatdırıb, səmimi qarşılanmaya və açıq müzakirəyə görə təşəkkürlərini bildiriblər.
Tədbirin təşkilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının MDU tələbələrindən ibarət komandası fəal iştirak edib.

Yeni təhsil ilində ödənişli əsaslarla oxuyan gənclərə böyük dəstək!Gənclər Fondu Azərbaycan Respublikasının Prezidentini...
17/09/2019

Yeni təhsil ilində ödənişli əsaslarla oxuyan gənclərə böyük dəstək!

Gənclər Fondu Azərbaycan Respublikasının Prezidentinin müvafiq göstərişinə əsasən həyata keçirilən “sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi” üzrə növbəti Müsabiqənin nəticələrini elan edir.
Nəticələrə əsasən ali və orta-ixtisas təhsili alan 425 gəncin təhsil haqqı xərcləri (tam və ya qismən) Gənclər Fondu tərəfindən qarşılanacaqdır.
Xatırladaq ki, “sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı
tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi” üzrə 2018-ci ildə keçirilmiş müsabiqə çərçivəsində 31 dövlət ali təhsil müəssisəsində təhsil alan 237 tələbənin təhsil haqqı borcları Gənclər Fondu tərəfindən qarşılanıb.
Bu il keçirilmiş müsabiqə zamanı ali təhsil müəssisələri ilə yanaşı, orta-ixtisas təhsil müəssisələrində təhsil alan 1151 tələbə onlayn qaydada Fondun internet səhifəsi vasitəsilə müsabiqəyə sənədlərini təqdim edib.
Qalib olmuş gənclərin siyahısı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:
https://youthfoundation.az/64232/

Gənclərimizi təbrik edirik!

If you are on a personal connection, like at home, you can run an anti-virus scan on your device to make sure it is not infected with malware.

Mingəçevir Dövlət Universitetində “Bilik günü” qeyd olunubMingəçevir Dövlət Universitetində (MDU) “Bilik günü” və 2019/2...
17/09/2019

Mingəçevir Dövlət Universitetində “Bilik günü” qeyd olunub

Mingəçevir Dövlət Universitetində (MDU) “Bilik günü” və 2019/2020-ci tədris ilinin başlanması münasibətilə tədbir keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbə və valideynlər, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Azərbaycan Respublikasının Milli Məclisinin üzvü Aydın Mirzəzadə və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Bilik günü” və yeni tədris ilinin başlanması münasibətlə universitetin professor-müəllim və inzibati-texniki heyət üzvlərini, tələbələri və valideynləri təbrik edib. 2019-cu ildə tələbə adını qazanaraq MDU-ya qəbul olmuş birinci kurs tələbələrini, onların valideynlərini və müəllimlərini ayrıca təbrik edən rektor MDU-nu seçdikləri üçün onlara bütün kollektiv adından təşəkkürünü bildirib.
Ş.Bayramov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli dövlətçilik siyasətimizin hazırda möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, ali təhsil sahəsində də əhəmiyyətli uğurların əldə edildiyini və ali təhsilin inkişafına yüksək dövlət qayğısının göstərildiyini diqqətə çatdırıb. Hazırda ali təhsilimizin məzmununun sürətlə dəyişdiyini və inkişaf etdiyini vurğulayan rektor ölkə başçısı tərəfindən təsdiq olunan “2019-2023-cü illərdə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən, həmin Proqramın ali təhsil müəssisələri, o cümlədən MDU qarşısında qoyduğu yeni vəzifələrdən danışıb.
Ş.Bayramov tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi yetişməsi, gələcəkdə uğurlu karyera qurması, ən əsası xalqımıza və dövlətimizə layiq vətəndaş kimi yetişməsi üçün MDU-da bütün zəruri şəraitin yaradılacağını bildirib. O, tələbələri professor-müəllim heyəti üzvlərinin köməyi ilə yüksək akademik nailiyyətlər əldə etməklə bərabər, təqdim olunacaq imkanlardan faydalanmaqla MDU-nun və Mingəçevir şəhərinin ictimai həyatında aktiv iştirak etməyə, könüllülük fəaliyyətinə, startap və digər layihələrdə fəal iştiraka, idmanla məşğul olmağa dəvət edib.
Əsas hədəfin MDU-nu paytaxt universitetləri səviyyəsinə çatdırmaqdan ibarət olduğunu qeyd edən Ş.Bayramov, professor-müəllim və tələbə heyətinin potensialından, eləcə də dövlətin, Təhsil Nazirliyinin, Mingəçevir şəhər İcra Hakimiyyətinin və digər tərəfdaşların dəstəyindən faydalanmaqla həmin hədəfə çatacaqlarına əminliyini ifadə edib.
Universitet kollektivini və tələbələrini təbrik edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yeni tədris ilində MDU-ya tədris və elmi fəaliyyətdə yeni nailiyyətlər arzulayıb. İ.İsmayılov Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin, o cümlədən ai təhsilin inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edərək hazırda cənab Prezident İlham Əliyevin milli ali təhsilimizin inkişafı istiqamətindəki əvəzsiz xidmətlərini qeyd edib. O, sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatı üçün yüksək ixtisaslı mütəxəssis hazırlığında universitetlərin davamlı artan rolunu xüsusi vurğulayıb. 2015-ci ildə ölkə başçısının müvafiq sərəncamı ilə MDU-nun yaradılmasını Mingəçevir şəhəri üçün önəmli hadisə olduğunu bildirən İ.İsmayılov bu ali təhsil müəssisəsinin şəhərin ictimai həyatında fəal rol oynadığını və məzunların şəhərin sosial-iqtisadi inkişafına mühüm töhfələr verdiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Milli Məclisinin üzvü Aydın Mirzəzadə universitet rəhbərliyini, professor-müəllim və tələbə heyətini təbrik edərək MDU-nun milli ali təhsilimiz və Mingəçevir şəhərinin ictimai həyatı üçün əhəmiyyətini önə çəkib. Birinci kurs tələbələrinə müraciət edən millət vəkili onların MDU-nu seçməklə düzgün addım atdıqlarını vurğulayıb və bu ali təhsil müəssisəsində cəmiyyətimiz üçün faydalı mütəxəssis kimi yetişmələri üçün zəruri potensialın mövcudluğunu bildirib. Azərbaycan Respublikasının ikinci dəfə müstəqillik əldə etməsindən keçən dövrdə fəaliyyət göstərən MDU-nun məzunlarının iqtisadiyyatın müxtəlif sahələrində, dövlət və özəl strukturlarında uğurla çalışdıqlarını qeyd edən A.Mirzəzadə hazırda universitetin növbəti mərhələdə inkişafı və ali təhsil sistemində mövqeyinin daha da yaxşılaşdırılması üçün yeni imkanların yarandığını vurğulayıb. Təhsil sahəsində əldə olunan bütün uğurların əsasında ölkə başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin dayandığını qeyd edən millət vəkili tələbələrə yaradılan şəraitdən maksimum dərəcədə faydalanmağı tövsiyə edib.
Qəbul imtahanlarında MDU üzrə ən yüksək (622 bal) nəticə göstərərək “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olmuş Alsu Məmmədova, “Erasmus+” proqramı çərçivəsində Avropada təhsil almış “İqtisadiyyat” ixtisası üzrə IV kurs tələbəsi Rasta Paşayeva, valideyn Rüxsarə Hüseynova tədbirdə çıxış edərək MDU-nu seçməklə doğru seçim etdiklərini, burada ali təhsil üçün yaradılan şəraitdən razı qaldıqlarını və universitetin gələcək uğurlarında pay sahibi olmağa çalışacaqlarını bildiriblər.
Tədbirin sonunda MDU-ya yüksək balla qəbul olan bir qrup gəncə tələbə biletləri, o cümlədən Alsu Məmmədovaya qiymətli xatirə hədiyyəsi təqdim edilib.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra universitetin yeni avadanlıqlarla təchiz edilmiş kitabxanasına və auditoriyalarına baxış keçirilib.
Bilik günü tədbirinin təşkilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının MDU tələbələrindən ibarət komandası fəal iştirak edib.

Əziz və dəyərli səhifə izləyicilərimiz!Bilik Gününüzü təbrik edirik.
16/09/2019

Əziz və dəyərli səhifə izləyicilərimiz!
Bilik Gününüzü təbrik edirik.

Address

Dilarə Əliyeva 21
Mingechaur
AZ4500

Opening Hours

Monday 08:00 - 18:30
Tuesday 08:00 - 18:30
Wednesday 08:00 - 18:30
Thursday 08:00 - 18:30
Friday 08:00 - 18:30

Telephone

+994558572620

Alerts

Be the first to know and let us send you an email when Mingəçevir Dövlət Universiteti - Tələbə Həmkarlar İttifaqı Komitəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Mingəçevir Dövlət Universiteti - Tələbə Həmkarlar İttifaqı Komitəsi:

Shortcuts

Share