Mingəçevir şəhər D.Nağıyev adına 9 saylı tam orta məktəb

Mingəçevir şəhər D.Nağıyev adına 9 saylı tam orta məktəb Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mingəçevir şəhər D.Nağıyev adına 9 saylı tam orta məktəb, Education Website, M. Ə. Sabir küçəsi 42/4, Mingechaur.

Respublika Fənn Müsabiqəsinin final mərhələsinə məktəbin  iki şagirdi: Vl sinif şagirdi Həsənov Əhməd və Vll sinif şagir...
22/05/2026

Respublika Fənn Müsabiqəsinin final mərhələsinə məktəbin iki şagirdi: Vl sinif şagirdi Həsənov Əhməd və Vll sinif şagirdi Qaffarlı Emin vəsiqə qazanmışdır. Məktəbin direktoru S.Məhərrəmov şagirdlərlə səmimi görüş keçirdi, onlara növbəti mərhələdə uğurlar arzuladı.

Təbiət aylığı” çərçivəsində Təbiət müəllimi G.Mustafayeva tərəfindən VI sinif şagirdləri arasında maraqlı və maarifləndi...
22/05/2026

Təbiət aylığı” çərçivəsində Təbiət müəllimi G.Mustafayeva tərəfindən VI sinif şagirdləri arasında maraqlı və maarifləndirici bilik yarışı təşkil olundu. Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin təbiət elmlərinə olan marağını artırmaq, onların bilik və dünyagörüşünü inkişaf etdirmək, eyni zamanda komandada işləmək bacarıqlarını formalaşdırmaq idi. Şagirdlər yarış zamanı təbiət, ekologiya, canlılar aləmi və ətraf mühitin qorunması mövzularında verilən sualları böyük həvəslə cavablandıraraq fəallıq nümayiş etdirdilər. Yarış yüksək əhval-ruhiyyə və sağlam rəqabət şəraitində keçdi.


“Təbiət aylığı” çərçivəsində təbiət müəllimi G.Mustafayeva tərəfindən şagirdlərlə açıq havada maraqlı və maarifləndirici...
21/05/2026

“Təbiət aylığı” çərçivəsində təbiət müəllimi G.Mustafayeva tərəfindən şagirdlərlə açıq havada maraqlı və maarifləndirici dərs təşkil etdi. Şagirdlər mikroskop vasitəsilə müxtəlif təbii nümunələri müşahidə edərək təbiətin sirrlərini daha yaxından öyrəndilər. Açıq havada keçirilən bu interaktiv dərs uşaqlarda elmə, araşdırmaya və ətraf mühitə qarşı marağı daha da artırdı. Şagirdlər həm öyrəndi, həm də təbiətin gözəlliklərini kəşf edərək xoş anlar yaşadılar.


Təbiət aylığı çərçivəsində məktəbimizin təbiət müəllimi G. Mustafayeva təbiət dərsində “Vulkanlar necə yaranır” mövzusun...
21/05/2026

Təbiət aylığı çərçivəsində məktəbimizin təbiət müəllimi G. Mustafayeva təbiət dərsində “Vulkanlar necə yaranır” mövzusunu daha maraqlı və əyani şəkildə izah etmək məqsədilə V sinif şagirdlərinə vulkanın yaranma prosesi və püskürməsi haqqında təcrübə nümayiş etdirmişdir. Dərs zamanı şagirdlər vulkanın quruluşu, lava axını və püskürmə zamanı baş verən təbii hadisələri əyani şəkildə müşahidə etmiş, mövzu ilə bağlı biliklərini daha da möhkəmləndirmişdir.


19.05.2026-cı il tarixdə məktəbin UBR-i R.Əzizova və məktəbin psixoloqu M.Həşimova  şagirdlərin şəxsi gigiyenası ilə bağ...
19/05/2026

19.05.2026-cı il tarixdə məktəbin UBR-i R.Əzizova və məktəbin psixoloqu M.Həşimova şagirdlərin şəxsi gigiyenası ilə bağlı maarifləndirici söhbət aparmış, onların ümumi təmizlik və gigiyenik vəziyyəti ilə bağlı baxış keçirmişdir. Şagirdlərə sağlam həyat tərzi və şəxsi gigiyena qaydalarının vacibliyi izah olunmuşdur.


Təbiət aylığı çərçivəsində 15.05.2026-cı il tarixində keçirilmiş açıq dərsimizdən..📝📚Sinif : 6Müəllim: Mustafayeva Günay...
17/05/2026

Təbiət aylığı çərçivəsində 15.05.2026-cı il tarixində keçirilmiş açıq dərsimizdən..📝📚
Sinif : 6
Müəllim: Mustafayeva Günay
Mövzu: Canlılar arasinda qida əlaqələri
✨✨✨✨✨✨✨✨✨✨

15.05.2026- cı il tarixdə məktəbin təşkilatçısı A. İsmayılzadənin təşkilatçılığı ilə UBR R.Əzizova və psixoloq M.Həşimov...
15/05/2026

15.05.2026- cı il tarixdə məktəbin təşkilatçısı A. İsmayılzadənin təşkilatçılığı ilə UBR R.Əzizova və psixoloq M.Həşimova VIII sinif şagirdləri ilə Beynəlxalq Ailə Günü ilə əlaqədar maarifləndirici söhbət apardılar. Şagirdlərlə ailə dəyərləri, ailədə qarşılıqlı hörmət, sevgi və anlayışın əhəmiyyəti barədə geniş söhbət aparılmışdır. Psixoloq M. Həşimova ailənin insan həyatında rolu, uşaqların emosional inkişafında ailə mühitinin təsiri və sağlam ailə münasibətlərinin formalaşması mövzusunda məlumat vermişdir. Şagirdlərə ailə daxilində ünsiyyətin düzgün qurulması, problemlərin dialoq vasitəsilə həll edilməsi və qarşılıqlı dəstəyin vacibliyi izah olunmuşdur.


15.05.2026-cı il tarixdə məktəbin psixoloqu M.Həşimova tərəfindən 2-ci sinif şagirdləri ilə “Emosiyalarımızı tanıyaq” mö...
15/05/2026

15.05.2026-cı il tarixdə məktəbin psixoloqu M.Həşimova tərəfindən 2-ci sinif şagirdləri ilə “Emosiyalarımızı tanıyaq” mövzusunda maarifləndirici söhbət aparıldı. Söhbət zamanı şagirdlərlə sevinc, kədər, qorxu, həyəcan kimi emosiyalar haqqında fikir mübadiləsi aparıldı, onların duyğularını düzgün ifadə etmələrinin və bir-birilərinə anlayışla yanaşmalarının vacibliyi vurğulandı. Şagirdlər mövzuya böyük maraq göstərərək öz fikirlərini bölüşdülər.


12.05.2026-cı il tarixdə məktəbimizin fizika müəllimi Zakirov Teymur tərəfindən VII sinif şagirdləri ilə “Lampaların ard...
12/05/2026

12.05.2026-cı il tarixdə məktəbimizin fizika müəllimi Zakirov Teymur tərəfindən VII sinif şagirdləri ilə “Lampaların ardıcıl və paralel birləşdirilməsi” mövzusunda akademik dərs keçirildi. Dərs elektron lövhə üzərində təşkil olunaraq müasir tədris metodları əsasında aparıldı. Müəllim mövzunu şagirdlərə əyani və interaktiv şəkildə izah edərək elektrik dövrələrinin quruluşu, lampaların qoşulma qaydaları və ardıcıl-paralel birləşmənin xüsusiyyətləri haqqında geniş məlumat verdi. Elektron lövhədə nümayiş etdirilən sxemlər və praktik nümunələr şagirdlərin mövzunu daha dərindən mənimsəmələrinə şərait yaratdı. Akademik dərsi izləmək məqsədilə məktəbin müəllimləri ilə yanaşı 10 saylı məktəbdən və Texniki Humanitar Liseydən müəllimlər də dəvət olunmuşdur. Qonaq müəllimlər dərsin yüksək səviyyədə təşkilini, müasir texnologiyalardan səmərəli istifadə olunmasını və şagirdlərin fəallığını yüksək qiymətləndirdilər. Şagirdlərin dərs boyu göstərdikləri maraq və aktiv iştirakları keçirilən dərsin səmərəliliyini daha da artırdı. Belə akademik dərslər həm şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, həm də müəllimlər arasında təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət daşıyır.


Uğur bizə yaraşır
08/05/2026

Uğur bizə yaraşır

08.05.2026-cı il tarixdə kitabxanaçı R. Məmmədova və UBR R. Əzizovanın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 103 ...
08/05/2026

08.05.2026-cı il tarixdə kitabxanaçı R. Məmmədova və UBR R. Əzizovanın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 103 illik yubileyi münasibətilə məktəb kitabxanasında VI sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi. Tədbir zamanı şagirdlər Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş çıxışlar etdilər, onun Azərbaycan dövlətçiliyinin inkişafında, təhsil və mədəniyyət sahəsində gördüyü böyük işlər barədə məlumat verdilər. Kitabxanada təşkil olunan sərgiyə baxış keçirildi, Heydər Əliyevin həyat yolunu əks etdirən kitablar və foto materiallar şagirdlər tərəfindən maraqla qarşılandı. Sonda şagirdlər mövzu ilə bağlı şeirlər söylədilər və Ulu Öndərə həsr olunmuş fikirlərini bölüşdülər. Tədbir şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından çox faydalı və yaddaqalan oldu.


Address

M. Ə. Sabir Küçəsi 42/4
Mingechaur
0045009

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Mingəçevir şəhər D.Nağıyev adına 9 saylı tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share