Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi .

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi . ,,Mingəçevir şəhər şagird olimpiada ehtiyatlarının hazırlığı mərkəzi "

26 oktyabr 2021  ci il  tarixində Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant layihənin qalibi olmuş "Mingəçevir şəhə...
26/10/2021

26 oktyabr 2021 ci il tarixində Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant layihənin qalibi olmuş "Mingəçevir şəhərində şagird olimpiada ehtiyatlarının hazırlığı mərkəzi " adlı layihənin açılış tədbiri keçirildi. Təbdirdə ilk olaraq layihə rəhbəri Sevinc Həsənova rəhbərlik etdiyi layihənin gördüyü işlər ,məqsəd və qarşıda duran vəzifələr mövzusunda çıxış etdi.
Tədbirdə Mingəçevir şəhər Təhsil şöbəsinın əməkdaşları,məktəb direktorları ,fənn müəllimləri iştirak edirdilər. Respublika Fənn Olimpiadaları hazırlıq müəllimləri Fizika fənni üzrə tədris aparacaq müəllim Namiq Süleymanov ,biologiya fənni üzrə Elvin Abdullayev ,kimya fənni üzrə Murad Rəhimov iştirak etdilər .
Psixoloq Şəfiqə Səmədin layihənin icrası zamanı görəcəyi işlər ,KİV açıqlama və təqdimatların verilməsi iştirakçıların diqqətinə çatdırıldı.
Görüşdə çıxış edən Elvin Abdullayev, Namiq Süleymanov layihənin uğurla həyata keçiriləcəyindən danışıb şagirdlərimizə uğurlar arzuladılar.
Psixoloq və mütəxəssis müəllimlərin birgə dəstəyi ilə təşkil olunan öyrədici təlim şagirdlərdə elmə maraq və diqqəti artıraraq daha böyük uğurlar əldə etməyə sövq edəcəkdir.
Məqsədimiz təhsilə töhfə verməkdir.

📢Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi  “Mingəçevir şəhərində şagird olimpiada ehtiyatları...
24/10/2021

📢Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi “Mingəçevir şəhərində şagird olimpiada ehtiyatlarının hazırlığı mərkəzi ” layihəsi çərçivəsində dərslərin tədrisinə başlamışdır.Əyani dərslər VI gün şəhər müəllimləri tərəfindən ,onlayn dərslər isə mütəxəssis müəllimlər tərəfindən həftə ərzində təyin olunan vaxtlarda tədris olunur. Şagirdlər çox böyük maraq və həvəslə dərslərdə iştirak edirlər.


Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsi qalibi ,,Mingəçevir şəhərində şagird olimpiada ehtiyatlarının ...
19/10/2021

Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsi qalibi ,,Mingəçevir şəhərində şagird olimpiada ehtiyatlarının hazırlığı mərkəzi,,layihənin icrasına başlayaraq Mingəçevir şəhər ümumtəhsil məktəbliləri arasında seçim turu təşkil etdi.Fizika ,Kimya,Biologiya, Tarix ,Coğrafiya fənlərindən təşkil olunan imtahanın birinci mərhələsi test ,ikinci mərhələsi isə müsahibə mərhələsi olmaqla təşkil olundu.Şəhər məktəblərindən 253 şagirdin qatıldığı imtahanda şagirdlər böyük maraq və həvəslə iştirak etdilər .Layihənin məqsədi Mingəçevir şəhərində Respublika Fənn Olimpiadalarında hazırlığı yüksək səviyyədə təşkil edib ,təhsilə töhfə verməkdən ibarətdir.
Müsabiqədə qalıb gələn şagirdlərimizi təbrik edir,dərslərində müvəffəqiyyətlər arzu edirik. İnşaallah RFO qalibi kimi təbrik etmək nəsib olsun!!!

18/09/2021
18/09/2021

Mingəçevir şəhər S.Vurğun adına tam orta məktəb.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi " Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsi ”nin qalibi olmuş layihələrdən biri də Mingəçevir şəhər S.Vurğun adına 16 №li tam orta məktəbin
“ Mingəçevir şəhərində şagird olimpiada hazırlığının təşkili ” layihəsidir. Məlum olduğu kimi istedadlı şagirdlərlə iş fənlər istiqamətində olimpiada hazırlığı fənn kurikulumlarımızda nəzərdə tutulmayıb, bu xüsusi proqram üzrə intensiv, nizamlı iş tələb edir. Bəzən sinifdə şagird sayının çoxluğu, bir akademik saatin dərs müddətinin kifayət etməməsi və bu kimi digər səbəblərdən şagirdlərimizin zehni potensialları aşkarlanmır yaxud vaxtında inkişaf etdirilmir. Məhz bu səbəblərdən Azərbaycan Respublikası Təhsil nazirinin 12 dekabr 2014-cü il tarixli 1256 nömrəli əmri ilə təsdiq edilmiş “ Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi qaydaları ” Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamənin 8.14-cü bəndinə uyğun olaraq “ Mingəçevir şəhəri üzrə şagird olimpiada ehtiyatlarının hazırlığının təşkili ”ni təhsilimizin prioritet istiqamətlərindən biri kimi vacib hesab edirəm.

1. Layihənin məqsəd və vəzifələri

Layihənin məqsədi Mingəçevir şəhərinin şagirdləri arasında fizika, kimya, biologiya, coğrafiya və tarix elm sahələrinə marağı artırmaq, xüsusi akademik istedadı, məntiqi və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təmin etmək, bu istiqamətdə davamlı tədbirlər həyata keçirmək.
Layihənin vəzifələrinə aşağıdakılar daxildir:
✓ Mingəçevir şəhərinin ümumtəhsil məktəblərindən layihəyə cəlb ediləcək hər fənn üzrə 20 şagird olmaqla 100 nəfər şagirdin seçimlərinin aparılması;
✓ Mingəçevir şəhəri S. Vurğun adına 16 nömrəli tam orta məktəbində şagird olimpiada hazırlığının təşkil edilməsi
✓ Fənlər üzrə dərs deyəcək xüsusi müəllimlərin müəyyənləşdirilməsi.
✓ Fənlər üzrə olimpiada dərs materiallarının, təqdimatlarının, qiymətləndirmə nümunələrinin və s. hazırlanması, kitabların əldə edilməsi;
✓ Fənlər üzrə olimpiada dərslərinin təşkil və idarə edilməsi;
✓ Fənlər üzrə olimpiada dərslərinin müntəzəm monitorinqi və qiymətləndirmə prosesinin aparılması;
✓ Layihəyə cəlb edilmiş şagirdlərin RFO, müxtəlif elm olimpiadaları və yarışlarına cəlb edilməsi və nəticələrin təhlil edilməsi;
✓ Layihənin müntəzəm olaraq KİV-də, təhsillə bağlı sosial səhifələrdə işıqlandırılması;

2. Gözlənilən nəticələr

Mingəçevir şəhəri üzrə gözlənilən nəticələr:
▪ Məktəblərimizin VIII və IX sinifləri üzrə fizika, kimya, biologiya, coğrafiya və tarix fənnindən istedadlı, yüksək öyrənmə qabiliyyəti, psixoloji davamlılığı olan şagirdlər böyük uğurlar əldə edəcəklər. Respublika Fənn Olimpiadaları, beynəlxalq olimpiadalar ,beynəlxalq layihələrdə yüksək nıticələr əldə edib medallar qazanaraq ölkəmizi dünya miqyasında təmsil edəcəklər.
▪ Layihəyə cəlb edilmiş şagirdlərin cari tədris ilində RFO, müxtəlif elm olimpiadaları və yarışlarına mütəxəssislərin iştirakı ilə məqsədyönlü hazırlığı baş tutacaq və müsbət nəticələrin əldə edilməsi mümkün olacaq.
▪ Şəhərin fizika, kimya, biologiya, coğrafiya və tarix fənn müəllimləri üçün “İstedadlı şagirdlərlə işin təşkili və hazırlıqların aparılması” isiqamətində mütəxəssislər tərəfindən hazırlanmış videodərs nümunələri, dərs materialları, qiymətləndirmə tapşırıqları, ədəbiyyat siyahıları və s. əlçatan olacaq.
▪Şagirdlər fizika, kimya, biologiya, coğrafiya və tarix fənni istiqamətində RFO, müxtəlif elm olimpiadaları və yarışlarında iştirak edərək təhsilə xüsusi töhfələr verəcəklər.


3.Şagirdlər üzrə gözlənilən nəticələr:

▪ VIII-IX sinifdən müvafiq qaydada seçilmiş, tədris ili boyunca fənn üzrə mütəxəssislər tərəfindən 100 saatlıq olimpiada hazırlığı dərslərinə cəlb olunmuş, psixoloq dəstəyi almış şagirdlərin müsbət nəticələri, onları davamlı olaraq hazırlığa təşviq edəcək; bu isə RFO, müxtəlif elm olimpiadaları və yarışlarında müsbət nəticələrin əldə edilməsinə səbəb olacaq.

▪ VIII-IX siniflərdən mütəxəssis nəzarətində qabiliyyət və istedadları aşkarlanmış şagirdlər, gələcəkdə elmi araşdırmalara cəlb ediləcək, xarici nüfuzlu universitetlərdə təhsil almaq hüququ qazanaraq , ölkəmizin gələcək sosial-iqtisadi inkişafına dəstək vermək iqtidarında olacaqlar.

▪ RFO olimpiadalarında qalib olmuş şagirdlər Təhsil Nazirliyinin onlar üçün şərait yaratdığı fəqlənmə attestatı ,qızıl medal əldə etməklə yanaşı ,eyni zamanda DİM tərəfindən təşkil olunmuş qəbul imtahanlarında ixtisas seçimi etmədən ali məktəb tələbəsi olmaq şansı qazanacaqlar.

▪ RFO, müxtəlif elm olimpiadaları və yarışlarında müsbət nəticələr əldə etmiş şagirdlər, məktəbin aşağı sinif şagirdləri, öz həmyaşıdları üçün də müsbət nümunə olacaq; bu isə məktəbin, şəhərin intensiv şəkildə olimpiada hərəkatına qoşulmasına səbəb olacaq.

Dərin hörmətlə
"Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsinin qalibi
Layihə rəhbəri
Mingəçevir şəhər S.Vurğun adına 16№li tam orta məktəbin direktoru Sevinc Həsənova
Mingəçevir şəhəri A.Məmmədov küç .8
Tel.(024)-2757954




Address

A. Məmmədov 8
Mingechaur
AZ4500

Telephone

+994242757954

Website

Alerts

Be the first to know and let us send you an email when Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi . posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi .:

Shortcuts

Share