Masallı rayonu Miyankü kənd Nadir Aslanov adına tam orta məktəb

Masallı rayonu Miyankü kənd Nadir Aslanov adına tam orta məktəb Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. H.Əliyev

Masallı rayonu Miyankü kənd Nadir Aslanov adına tam orta ümumitəhsil məktəbində ustad dərslərin keçirilməsi davam edir.M...
09/05/2026

Masallı rayonu Miyankü kənd Nadir Aslanov adına tam orta ümumitəhsil məktəbində ustad dərslərin keçirilməsi davam edir.

Məktəbimizin təqaüddə olan müəllimi İradə Hüseynovanın rəhbərliyi ilə 08.05.2026 tarixində 3-cü sinifdə ustad dərs keçirilmişdir. İradə müəllim gənc müəllimlərlə zəngin pedaqoji təcrübəsini, şagirdlərlə iş metodlarını və tədrisdə uğur qazandıran yanaşmaları bölüşdü. Dərs iştirakçılar tərəfindən maraqla qarşılandı və faydalı müzakirələr aparıldı. Belə görüşlər müəllimlər arasında təcrübə mübadiləsinin güclənməsinə mühüm töhfə verir.

08.05.2026 tarixində Masallı rayonu N.Aslanov adına Miyankü kənd tam orta ümumitəhsil məktəbində Ümummilli Lider Heydər ...
09/05/2026

08.05.2026 tarixində Masallı rayonu N.Aslanov adına Miyankü kənd tam orta ümumitəhsil məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Ulu Öndərin həyat və fəaliyyəti, Azərbaycan dövlətçiliyinin inkişafındakı misilsiz xidmətləri haqqında çıxışlar səsləndirildi.

08.05.2026 tarixində Masallı rayonu N.Aslanov adına Miyankü kənd tam orta məktəbinin riyaziyyat müəllimi Ülkər Yusiflini...
08/05/2026

08.05.2026 tarixində Masallı rayonu N.Aslanov adına Miyankü kənd tam orta məktəbinin riyaziyyat müəllimi Ülkər Yusiflinin rəhbərliyi ilə ustad dərs keçirilmişdir.

Ustad dərslər müəllimlərin peşəkar inkişafına və təcrübə mübadiləsinə böyük töhfə verir. Bu dərslər yeni tədris metodlarının öyrənilməsinə, şagirdlərlə daha effektiv işləməyə imkan yaradır. Eyni zamanda müəllimlər arasında əməkdaşlıq və motivasiyanı gücləndirir. Təhsildə keyfiyyətin artırılmasında ustad dərslərin rolu olduqca önəmlidir.

06.05.2026 tarixində Masallı rayonu N.Aslanov adına Miyankü kənd tam orta ümumitəhsil məktəbində Mülki müdafiə ilə əlaqə...
06/05/2026

06.05.2026 tarixində Masallı rayonu N.Aslanov adına Miyankü kənd tam orta ümumitəhsil məktəbində Mülki müdafiə ilə əlaqədar tədbir keçirilmişdir. Məktəb kollektivinə Fövqəladə hallar zamanı məktəbin təxliyə planının izahı verilmişdir.

5 may 2026-cı il tarixində Masallı rayonu Nadir Aslanov adına Miyankü kənd tam orta ümumitəhsil məktəbində Oxu klubunun ...
06/05/2026

5 may 2026-cı il tarixində Masallı rayonu Nadir Aslanov adına Miyankü kənd tam orta ümumitəhsil məktəbində Oxu klubunun üzvlərinin iştirakı ilə məktəbin kitabxana müdiri Könül Tahirova və məktəbin UBTR-i Ramin Qasımovun rəhbərliyi altında növbəti tədbir keçirildi. Tədbirdə Azərbaycanın görkəmli şairləri: B.Vahabzadə və S.Rüstəmin əsərləri üzrə müzakirələr keçirildi və şeirlər səsləndirildi.📚

YAP Masallı rayon təşkilatının Tədbirlər Planına uyğun olaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə ...
27/04/2026

YAP Masallı rayon təşkilatının Tədbirlər Planına uyğun olaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə bağlı "Ömrünü xalqına bəxş edən Lider" devizi altında N.Aslanov adına Miyankü kənd tam orta məktəbində tədbir keçirilmişdir.
8 yeni kollektiv üzvü Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.

Etibar Feyruz oğlu Həsənov 1975-ci ildə Masallı rayonunun Miyankü kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra v...
18/04/2026

Etibar Feyruz oğlu Həsənov 1975-ci ildə Masallı rayonunun Miyankü kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra vətənə xidmət üçün könüllü olaraq cəbhəyə yollanıb. 1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq ağır yaralanıb və həkimlərin səylərinə baxmayaraq şəhid olub. Xidmət etdiyi batalyon sonradan 702-ci hərbi hissə adını alıb və adını tarixə qəhrəmanlıqla yazdırıb.

Məktəbimizin müəllim-şagird kollektivi 18.04.2025 tarixində anım günü münasibəti ilə şəhidimizi yad etmişlər.

Qürurla anırıq! Allah şəhidlərimizə rəhmət eləsin!

21/03/2026
Məktəbimizdə keçirilmiş Novruz şənliyindən
21/03/2026

Məktəbimizdə keçirilmiş Novruz şənliyindən

Şagirdlərimizin Novruz bayramı sərgisi üçün hazırladıqları əl işləri💐
18/03/2026

Şagirdlərimizin Novruz bayramı sərgisi üçün hazırladıqları əl işləri💐

Address

Massaly

Website

Alerts

Be the first to know and let us send you an email when Masallı rayonu Miyankü kənd Nadir Aslanov adına tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category