Köçəkli Kənd S.Rəhimov adına tam orta məktəb

Köçəkli Kənd S.Rəhimov adına tam orta məktəb Məktəb Masallı rayonunda yerləşir

28/12/2025

Vəzifəsindən asılı olmayaraq hər bir şəxs öz işinə sevgi ilə yanaşsa, məktəbi öz evi kimi sevsə, qorusa çox gözəl nəticə alınar

23/12/2025

2023-2025

23/12/2025

Köçəkli Məktəbi nin 9 a və 9b siniflərində növbəti monitorinq imtahanı keçirildi.
Bu işdə başda Məktəbin ingilis dili müəllimi eyni zaman könüllü olaraq ictimai əsaslarla dərs hissə müdiri vəzifəsini icra edən Hesret Xəlilov və Şəmsiyə Müəllimə olmaqla bütün əməkdaşlarımıza təşəkkür edirik.

23/12/2025

Masallı şəhər 3 nömrəli məktəbdən aktla təhvil aldığımız yararsız məktəb partaları yenidən təmir olunaraq istifadəyə yararlı vəziyyətə gətirildi.Bizimlə əməkdaşlığa ürəkdən razı olan Hakim Qurbanov minnətdarlığımızı bildiririk.
Eyni zamanda məktəbin ocaqçıları Kərimov Əliyar, Mahir Mirzəyev və Cabbarov Yusifə təşəkkür edirik.
Ceyhun Qurbanov

Bugün Məktəbimizdə   kurslarının təşkil etdiyi sınaq imtahanlarında yüksək bal toplayan şagirdlər təbrik olunaraq  serti...
08/12/2025

Bugün Məktəbimizdə kurslarının təşkil etdiyi sınaq imtahanlarında yüksək bal toplayan şagirdlər təbrik olunaraq sertifikatları verildi. Həmin şagirdlərin sinif rəhbərlərinə təşəkkür edildi.

Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı və Masallı rayonu üzrə təhsil sektorunun dəstəyi ilə məktəbdə  "Gənclərin D...
07/12/2025

Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı və Masallı rayonu üzrə təhsil sektorunun dəstəyi ilə məktəbdə "Gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi" məqsədi ilə görüş keçirilmişdir. Tədbirdə Masallı RPŞ- nın rəis müavini İxtiyar Talıbov, şobənin əməkdaşları, Masallı rayonu üzrə təhsil sektorunun məsləhətçisi Hörmət Balakişiyev iştirak etmişdir. Şagirdlərə mövzu ətrafında geniş məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

09/11/2025

2024-2025 ci il Təlim nəticələrimizin təhlili və yüksəldilməsi üçün atacağımız addımların müzakirəsi

Köçəkli kənd orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi06 noyabr 2025-ci il tarixdə Masallı rayon...
07/11/2025

Köçəkli kənd orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi

06 noyabr 2025-ci il tarixdə Masallı rayonu Köçəkli kənd orta məktəbində müəllimlərin və şagirdlərin iştirakı ilə Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin, həmçinin yetkinlik yaşına çatmayanların təzyiqlərə, məişət zorakılığına məruz qalma, cinsi və əmək istismarına təhrik etmə, erkən nigaha cəlb olunma hallarının, yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın qarşısının alınması məqsədi ilə tədbir keçirilmişdir.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Masallı rayon Polis şöbəsinin rəisi polis-polkovniki Azay Ağayev, Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, Masallı rayon Polis şöbəsinin rəis müavini İxtiyar Talıbov və LARTİ-nin Masallı sektorunun aparıcı məsləhətçisi Hörmət Balakişiyev şagirdlər üçün Polis Akademiyasında təhsilə təşviqlə bağlı söhbətlər aparmışlar.
Daha sonra şagirdlərin sualları cavablandırılıb.
Daha sonra isə məktəb rəhbərliyinin iştirakı ilə şagirdlərlə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında 28 avqust 2023-cü il tarixli 4060 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının icrası ilə bağlı “Ailələrin, valideynlərin və uşaqların internetdəki təhlükələr barədə məlumatlandırılması” mövzusunda tədbir keçirildi. Tədbirdə iştirakçılara informasiya təhlükəsizliyi barədə məlumat verildi və ölkəmizdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması, cəmiyyətdə bu istiqamətdə zəruri bilik və bacarıqların artırılması istiqamətində görülən işlərdən bəhs edildi. Valideynlərə və məktəblilərə informasiya təhlükəsizliyi, internetdən istifadə edərkən diqqət edilməli məsələlər, şəxsi məlumatların qorunması, sosial mediadan düzgün istifadə qaydaları barədə zəruri tövsiyələr verildi.

20. 10.2025 ci il tarixdə Köçəkli Məktəbi ndə Həmkarlar İttifaqınln Masallı Rayon komitəsinin əməkdaşları Əhədov Vahid v...
20/10/2025

20. 10.2025 ci il tarixdə Köçəkli Məktəbi ndə Həmkarlar İttifaqınln Masallı Rayon komitəsinin əməkdaşları Əhədov Vahid və Məmmədov Şahin məktəbin ilk həmkarlar təşkilatının üzvlərinin və sədrinin məktəb kollektivi arasından səsvermə əsasında seçilməsi tədbirində iştirak etdilər. Sədr seçilən Cəbiyeva Şəmsiyə Müəllimə yə məktəbin ilk həmkarlar təşkilatının möhürü təqdim olundu. Bu münasibətlə Şəmsiyə müəllimi təbrik edirik işlərində uğurlar arzulayırıq.

27 sentyabr anım günü ilə əlaqədar olar məktəbimizdə tədbir keçirildi. Tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutl...
30/09/2025

27 sentyabr anım günü ilə əlaqədar olar məktəbimizdə tədbir keçirildi. Tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Məktəb rəhbərliyi, şəhid ailələri və müəllimlər şagirdlər önündə vətənpərvərlik mövzusunda çıxışlar etdilər.

02.12.2024 cü il tarixdə məktəbimizdə təşkilatçı Ərşad Ağayev və UBR Əliyeva Zəminənin iştirakı ilə  "Ermənistanın təcav...
02/12/2024

02.12.2024 cü il tarixdə məktəbimizdə təşkilatçı Ərşad Ağayev və UBR Əliyeva Zəminənin iştirakı ilə "Ermənistanın təcavüzü nəticəsində əziyyət çəkən ailələrin uşaqlarına sosial və psixoloji dəstək göstərilməsi istiqamətində tədbirlərin gücləndirilməsi" movzusunda şəhid, qazi övladları və onların yaxınları ilə görüş kecirildi. Və bu yolda dövlətimizin onlara ayırdığı diqqət, qayğı və onlara verilən imtiyazlar barəsində danışıldı. Eyni zamanda onların təhsillə bağlı təklif və problemləri dinlənildi.

27/09/2024

Address

Masallı Rayon Köçəkli Kənd
Massaly

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994557299595

Website

Alerts

Be the first to know and let us send you an email when Köçəkli Kənd S.Rəhimov adına tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share