21/10/2025
18 oktyabr 2025-ci ildə Prezident İlham Əliyevin “Kazinform” agentliyinə verdiyi müsahibə Azərbaycan–Qazaxıstan münasibətlərinin yüksək səviyyəsini və strateji xarakterini bir daha təsdiqlədi. Dövlət başçısı siyasi, iqtisadi, nəqliyyat və enerji sahələrində əməkdaşlığın sürətlə inkişaf etdiyini, Orta Dəhliz və Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə layihələrin regional inteqrasiyaya töhfə verdiyini vurğuladı. Müsahibə iki ölkə arasında dostluq, etimad və qarşılıqlı dəstəyə əsaslanan yeni strateji mərhələnin başlanğıcını göstərdi.