Yeni Zuvand kənd tam orta

Yeni Zuvand kənd tam orta Yeni Zuvandlı kənd tam orta məktəbi (əsas)

Məktəbimizin şagirdi Cabbarov Ülvi  Elçin oğlu buraxılış imtahanında yüksək nəticə göstərdiyinə və Cəmşid Naxçıvaniski a...
12/06/2026

Məktəbimizin şagirdi Cabbarov Ülvi Elçin oğlu buraxılış imtahanında yüksək nəticə göstərdiyinə və Cəmşid Naxçıvaniski adına Hərbi Liseyə qəbul olunma münasibəti ilə məktəb rəhbərliyi tərəfindən təltif olunub,təbrik edirik uğurlar arzulayırıq.

IX siniflər üzrə buraxılış imtahanında yüksək nəticə əldə etmiş şagirdlərimiz məktəb rəhbərliyi və müəllimlər  tərəfində...
10/06/2026

IX siniflər üzrə buraxılış imtahanında yüksək nəticə əldə etmiş şagirdlərimiz məktəb rəhbərliyi və müəllimlər tərəfindən mükafatlandırılmışdır. Şagirdlərimizi təbrik edir, onlara gələcək təhsil pillələrində yeni uğurlar arzulayırıq. Eyni zamanda bu nailiyyətdə əməyi olan müəllim və valideynlərə minnətdarlığımızı bildiririk.

05 iyun 2026-cı il tarixdə məktəbdə şagirdlər arasında Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş bi...
05/06/2026

05 iyun 2026-cı il tarixdə məktəbdə şagirdlər arasında Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş bilik yarışı keçirildi

01.06.2026-cı il tarixdə məktəb kollektivinin iştirakı ilə korrupsiyaya ilə mübarizə tədbirlərinə dair maarifləndirici t...
01/06/2026

01.06.2026-cı il tarixdə məktəb kollektivinin iştirakı ilə korrupsiyaya ilə mübarizə tədbirlərinə dair maarifləndirici tədbir keçirildi.

Yeni Zuvand kənd tam orta ümumtəhsil məktəbində İnsan Hüquqları Aylığı çərçivəsində maarifləndirici tədbir keçirildi.18 ...
22/05/2026

Yeni Zuvand kənd tam orta ümumtəhsil məktəbində İnsan Hüquqları Aylığı çərçivəsində maarifləndirici tədbir keçirildi.

18 may–18 iyun tarixlərini əhatə edən "İnsan Hüquqları Aylığı" çərçivəsində məktəbimizdə şagirdlərin hüquqi biliklərinin artırılması məqsədilə maarifləndirici tədbir təşkil olundu.
Tədbirdə insan hüquq və azadlıqlarının mahiyyəti, uşaq hüquqları, təhsil hüququ, bərabərlik prinsipi, hüquq və vəzifələrin qarşılıqlı əlaqəsi barədə ətraflı məlumat verildi.

21.05.2026-cı il tarixində Yeni Zuvand kənd tam orta ümumtəhsil məktəbin IV sinif şagirdləri üçün Azərbaycan dili və riy...
21/05/2026

21.05.2026-cı il tarixində Yeni Zuvand kənd tam orta ümumtəhsil məktəbin IV sinif şagirdləri üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə növbəti monitorinq sınaq imtahanı keçirildi.
Monitorinqin keçirilməsində əsas məqsədi şagirdlərin bilik və bacarıq səviyyəsinin yoxlanılması, tədris proqramının mənimsənilmə dərəcəsinin müəyyənləşdirilməsidir.

Məktəbimizdə Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirildi...
08/05/2026

Məktəbimizdə Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndərin, Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Çıxış edənlər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, təhsilimizin inkişafı və gənc nəslin vətənpərvər ruhda formalaşması istiqamətində göstərdiyi misilsiz xidmətlərdən bəhs etdilər. Şagirdlər tərəfindən Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirildi.

Məktəbin keyfiyyət fəaliyyət planına uyğun olaraq tədrisin keyfiyyətini yoxlamaq məqsədilə Yeni Zuvand kənd tam orta ümu...
07/05/2026

Məktəbin keyfiyyət fəaliyyət planına uyğun olaraq tədrisin keyfiyyətini yoxlamaq məqsədilə Yeni Zuvand kənd tam orta ümumtəhsil məktəbində VI sinif şagirdləri üçün növbəti monitorinq sınaq imtahanı keçirildi.

Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni 2026-cı il mayın 4-də Bakıda keçirilən görüşdə...
06/05/2026

Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni 2026-cı il mayın 4-də Bakıda keçirilən görüşdən sonra mətbuata geniş bəyanatla çıxış ediblər. Bu səfər həm siyasi, həm də iqtisadi baxımdan strateji əhəmiyyət kəsb edən bir neçə mühüm mesajla yadda qalıb.
Prezident İlham Əliyevin bəyanatının əsas məqamları aşağıdakılardır:
1. Strateji Tərəfdaşlıq və Siyasi Dialoq
• Yüksək Səviyyəli Əlaqələr: Prezident qeyd edib ki, Azərbaycan və İtaliya arasında münasibətlər 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq bəyanatları əsasında ən yüksək səviyyədədir.
• Simvolik Əhəmiyyət: Ciorcia Meloninin Ermənistandakı Avropa Siyasi Birliyinin sammitindən dərhal sonra Bakıya gəlməsi Azərbaycan tərəfindən yüksək qiymətləndirilib və ölkəmizə olan hörmətin təzahürü kimi xarakterizə edilib.
• Daimi Siyasi Koordinasiya: Tərəflər əməkdaşlığı "daimi siyasi koordinasiya" formatına keçirmək barədə razılığa gəliblər.
2. İqtisadi və Enerji Əməkdaşlığı
• Ticarət Dövriyyəsi: İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olaraq qalır. 2025-ci ilin yekunlarına görə ticarət dövriyyəsinin təxminən 12 milyard dollar təşkil etdiyi vurğulanıb.
• Enerji Təhlükəsizliyi: Azərbaycan İtaliyanın neft və qaz təchizatında 2-ci yerdədir. Görüşdə TAP (Trans-Adriatik Boru Kəməri) layihəsinin genişləndirilməsi və İtaliyaya ixrac edilən təbii qazın həcminin (hazırda illik təxminən 9.5 milyard kubmetr) artırılması müzakirə olunub.
• İnvestisiyalar: Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyduğu və bu vəsaitlərin yeni layihələrə yönəldilməsi imkanları qeyd edilib.
3. Müdafiə Sənayesi və Texnologiyalar
• Birgə İstehsal: Prezident İtaliya texnologiyaları ilə Azərbaycanın maliyyə resurslarının birləşdirilərək müdafiə sənayesi sahəsində birgə layihələrin həyata keçirilməsini mühüm addım kimi qiymətləndirib.
• Yeni Sahələr: Əməkdaşlığın aerokosmik sənaye, dəniz təhlükəsizliyi və kritik infrastrukturun qorunması sahələrini də əhatə edəcəyi bildirilib.
4. İşğaldan Azad Olunmuş Ərazilərin Bərpası
• İlham Əliyev hazırda Qarabağ və Şərqi Zəngəzurda 130-a yaxın İtaliya şirkətinin fəaliyyət göstərdiyini və onların 23 mühüm layihədə iştirak etdiyini xüsusi vurğulayıb

Yeni Zuvand kənd tam orta ümumtəhsil məktəbinin,şagirdlərin mütaliə vərdişlərini inkişaf etdirmək və onların dünyagörüşü...
04/05/2026

Yeni Zuvand kənd tam orta ümumtəhsil məktəbinin,şagirdlərin mütaliə vərdişlərini inkişaf etdirmək və onların dünyagörüşünü genişləndirmək məqsədilə Oxu Klubları yaradılıb. Bu klublarda şagirdlər mütəmadi olaraq müxtəlif bədii və maarifləndirici əsərləri oxuyur, daha sonra isə həmin əsərlərin müzakirəsində fəal iştirak edir və öz fikirlərini sərbəst şəkildə ifadə edirlər.
Oxu klubları həm də şagirdlər arasında əməkdaşlıq, dinləmə və qarşılıqlı hörmət kimi vacib dəyərlərin formalaşmasına töhfə verir.

Address

Yeni Zuvand
Massaly
AZER90277

Telephone

+994516442624

Website

Alerts

Be the first to know and let us send you an email when Yeni Zuvand kənd tam orta posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Yeni Zuvand kənd tam orta:

Shortcuts

Share

Category