Masallı rayonu Böyük Kolatan kənd Simran Rzayev adına tam orta məktəbi

Masallı rayonu Böyük Kolatan kənd Simran Rzayev adına tam orta məktəbi 1975- ci ildə Böyük Kolatan kəndində tikilib.

16/09/2025

"20 Sentyabr dövlət suverenliyi günü" ilə əlaqədar tezis

Xalqımız daha bir mötəbər tarixi hadisənin, böyük qürurla qeyd edəcəyimiz əlamətdar günün sevincini yaşayır. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə bundan sonra hər ilin sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Sərəncamda deyilir: “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir».

Məlum olduğu kimi, Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. 44 gün davam edən müharibə nəticəsində işğal altındakı ərazilərinin bir hissəsini azad edən Azərbaycan digər ərazilərindən - Kəlbəcər, Ağdam və Laçın rayonlarından erməni qoşunlarının çıxarılmasını təmin etdi. Bununla da öz torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail oldu. Bu, dünya praktikasında ədalətin bərqərar olduğu nadir hadisələrdən, bir ölkənin öz suverenliyini bərqərar etmək üçün böyük qəhrəmanlıq salnamələrindən biridir.Unutmayaq ki, suverenlik dövlətin mövcudluğunun və müstəqilliyinin əsas elementidir: Çünki dövlət suverenliyi dövlətin öz ərazisində vahid və şəriksiz üstünlüyü və beynəlxalq münasibətlərdə müstəqilliyi deməkdir.
Bu gün Azərbaycan öz torpaqlarını tamamilə işğaldan azad edib. Artıq Azərbaycan torpaqlarının heç bir qarışında separatçılar mövcud deyil. Təbii ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarda həyatı dirçəltməyə davam edir. Artıq Xankəndi şəhərində Qarabağ Universiteti də fəaliyyətə başlayıb. Bütün bu konteksdə tarixi günlər biri-birinə qarışıb. 20 sentyabr həm “Əsrin Müqaviləsi”nin imzalanmasının 30 ili tamam olur, həm də yuxarıda qeyd etdiyimiz kimi, Qarabağda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhər günlərinin təsis edilməsi haqqında 20 sentyabrda cənab Prezident tərəfindən öncədən Sərəncam imzalanıb.
Eyni zamanda 20 sentyabr artıq Dövlət Suverenliyi Günü kimi simvolik anlamda da kifayət qədər mühüm önəm daşıyır. Xüsusilə Dövlət Suverenliyi Gününün təsis edilməsi həm dosta, həm də düşmənə bir mesajdır.Digər bir baxımdan böyük qürur hissi ilə qeyd etməliyik ki, dövlət suverenliyimizin təmin olunması, dövlət müstəqilliyimizin bərpa olunması, ərazi bütövlüyümüzün təmin edilməsi qədər əhəmiyyətlidir. Çünki bu bizim xalqımızın tarixinin ən şanlı, ən şərəfli səhifələrindən biridir. Cənab Prezidentin Sərəncamında da göstərilir ki, 44 günlük şanlı Zəfər müharibəsindən sonra Azərbaycan torpaqlarını işğaldan azad etdi, ərazi bütövlüyünü təmin etdi. Ondan sonrakı dövrdə isə Qarabağ iqtisadi rayonunda dalbadal baş verən və genişlənən erməni terrorunun aradan qaldırılması və ona son qoyulması məqsədilə 2023-cü ilin sentyabrın 19-da başlayan antiterror əməliyyatı 23 saat ərzində düşmən qüvvələrinin tam darmadağın edilməsi ilə nəticələndi və Azərbaycan ordusunun gücünü, qüdrətini, Azərbaycanın siyasi rəhbərinin, Azərbaycan xalqının iradəsini bir daha dünyaya sübut etmiş oldu.Bu gün bütün ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır, bütün ərazilərimizdə Prezident seçkiləri və Milli Məclisə seçkilər keçirildi. İnşallah bu ilin sonunda da bələdiyyə seçkiləri keçiriləcək. Bu isə o deməkdir ki, Azərbaycan vətəndaşları, keçmiş məcburi köçkün soydaşlarımız yenə də öz ata-baba yurdlarında səs verəcəklər. Artıq hamımıza məlumdur ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu sürətlə inkişaf edir. Prezident İlham Əliyev ötən il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldarkən o anları böyük xoşbəxtlik və tarixi hadisə adlandırmışdır: “Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.

16/09/2025

44 günlük Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir. Hərbi əməliyyatlar 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatla başa çatdı.

Müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsədə Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi.Bundan əlavə, həmin zaman Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni şəkildə istismar olunması, bu zaman ekoloji normalara əməl edilməməsi və təbii sərvətlərin Ermənistana daşınması, Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olmuşdur. Separatçıların Qarabağda qeyri - qanuni fəaliyyətlərinə qarşı Azərbaycanın bir-sıra vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda bir müddət etiraz aksiyası keçirilmişdir2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın – Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına cavab olaraq aprelin 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında "Laçın" Nəzarət-Buraxılış Məntəqəsinin qurulduğunu bildirmişdir.

Həmin zaman Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Halbuki, üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər. Son bir neçə ayda Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin fəallaşması müşahidə olunurdu. Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olmuşdu.

Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı və tam şəkildə tərk-silah olunmalıdır.

Dəfələrlə Azərbaycan nümayəndələrilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bir günlük antiterror tədbirlərindən sonra Yevlax şəhərində görüşməyə məcbur oldular. Görüşdə Separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edilib. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradılmışdır.

Sentyabrın 28-də Qarabağın separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı.

Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu təm şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.

Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.

2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan təntənəli hərbi paradın keçirilməsi Qələbəmizin möhtəşəm simvoluna çevrildi.

02 aprel 2025-ci il tarixdə Masallı rayon Simran Rzayev adına Böyük Kolatan kənd tam orta ümumtəhsil məktəbdə Azərbaycan...
02/04/2025

02 aprel 2025-ci il tarixdə Masallı rayon Simran Rzayev adına Böyük Kolatan kənd tam orta ümumtəhsil məktəbdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında” 28 avqust 2023-cü il tarixli 4060 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının icrası ilə bağlı “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda tədbir keçirildi. Tədbir zamanı çıxış edən məktəbin informatika müəllimi Elvin Səfərəliyev uşaqların internet təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğuladı və qeyd etdilər ki, bu mövzuda həm valideynlər, həm də uşaqlar düzgün istiqamətləndirilməlidir. Eyni zamanda bildirildi ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə əsasən “uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir. Sonda şagirdləri maraqlandıran suallara cavab verildi.

15 mart 2025-ci il tarixdə Masallı rayon Simran Rzayev adına Böyük Kolatan kənd tam orta ümumtəhsil məktəbinin həyətyanı...
15/03/2025

15 mart 2025-ci il tarixdə Masallı rayon Simran Rzayev adına Böyük Kolatan kənd tam orta ümumtəhsil məktəbinin həyətyanı sahəsində iməcilik keçirildi.

13 mart 2025-ci il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzində Masallı rayon Təhsil sektoru tərəfindən  təşkil olun...
13/03/2025

13 mart 2025-ci il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzində Masallı rayon Təhsil sektoru tərəfindən təşkil olunmuş riyaziyyat aylığı çərçivəsində qalib olmuş şagirdlərin mükafatlandırma mərasimi keçirilmişdir. Qeyd edək ki Simran Rzayev adına Böyük Kolatan kənd tam orta ümumtəhsil məktəbinin 3-cü sinif şagirdi Məmmədova Nəzrin Elvin qızıda mükafat alan şagirdlər arasında idi. Şagirdimiz Masallı rayonunda 3-cü siniflər üzrə Riyaziyyat fənni üzrə birinci yerə layiq görülmüşdür. Şagirdimizə Hədiyyə və birinci yerin diplomunu hörmətli millət vəkilimiz Məşhur Məmmədov təqdim etmişdi.
Nəzrin xanımı birinci yeri tutduğuna görə təbrik edirik. İnşaallah uğurları davamlı olacaq.

12 mart 2025-ci il tarixdə Masallı rayon  Simran Rzayev adına Böyük Kolatan kənd tam orta ümumtəhsil məktəbdə  VIII sini...
12/03/2025

12 mart 2025-ci il tarixdə Masallı rayon Simran Rzayev adına Böyük Kolatan kənd tam orta ümumtəhsil məktəbdə VIII sinif şagirdləri ilə (oğlanlar ayrı, qızlar ayrı) məktəbin Kimya və Biologiya müəllimləri Məzahirli Nuray və Hüseynoa Günel " Erkən nigahın fəsadları " mövzusunda maarifləndirici söhbətlər aparıldılar.

12 mart 2025-ci il tarixdə Masallı rayon  Simran Rzayev adına Böyük Kolatan kənd tam orta ümumtəhsil məktəbdə  IX sinif ...
12/03/2025

12 mart 2025-ci il tarixdə Masallı rayon Simran Rzayev adına Böyük Kolatan kənd tam orta ümumtəhsil məktəbdə IX sinif şagirdləri ilə məktəbin Kimya və Biologiya müəllimləri Məzahirli Nuray və Hüseynoa Günel "Qohumlararası nigahların fəsadları " mövzusunda maarifləndirici söhbətlər aparıldılar.

Masallı rayonu üzrə təhsil sektoru tərəfindən  keçirilən Riyaziyyat - Məntiq müsabiqəsində Simran Rzayev adına Böyük Kol...
09/03/2025

Masallı rayonu üzrə təhsil sektoru tərəfindən keçirilən Riyaziyyat - Məntiq müsabiqəsində Simran Rzayev adına Böyük Kolatan kənd tam orta ümumtəhsil məktəbin III sinif şagirdi Məmmədova Nəzrin Elvin qızı final mərhələsinin qalibi olmuşdur.
Şagirdimizi təbrik edirik. Uğurları bol olsun!

18.03.2024-cü ildə Masallı rayon Böyük Kolatan kənd Simran Rzayev adına tam orta məktəbdə 8-ci sinif şagirdləri ilə "Zər...
02/04/2024

18.03.2024-cü ildə Masallı rayon Böyük Kolatan kənd Simran Rzayev adına tam orta məktəbdə 8-ci sinif şagirdləri ilə "Zərərli vərdişlər. Alkoqolizm və narkomaniya" mövzusunda dördüncü tədbir keçirildi.

18.03.2024-cü il tarixində Masallı rayon Böyük Kolatan kənd Simran Rzayev adına tam orta məktəbdə 9-cu sinif şagirdləri ...
02/04/2024

18.03.2024-cü il tarixində Masallı rayon Böyük Kolatan kənd Simran Rzayev adına tam orta məktəbdə 9-cu sinif şagirdləri ilə "Yeniyetmələrin sirləri" adlı dördüncü məşğələ keçirildi.

23.02.2024-cü il tarixində Masallı rayon Böyük Kolatan kənd Simran Rzayev adına tam orta məktəbdə təhsil alan 9-cu sinif...
28/03/2024

23.02.2024-cü il tarixində Masallı rayon Böyük Kolatan kənd Simran Rzayev adına tam orta məktəbdə təhsil alan 9-cu sinif şagirdləri ilə "Reproduktiv sağlamlıq nədir" mövzusunda tədbir keçirildi. Tədbiri məktəbin kimya müəllimi Nuray Əliyeva təşkil etdi.

23.02.2024-cü il tarixində Masallı rayon Böyük Kolatan kənd Simran Rzayev adına tam orta məktəbdə təhsil alan 8-ci sinif...
28/03/2024

23.02.2024-cü il tarixində Masallı rayon Böyük Kolatan kənd Simran Rzayev adına tam orta məktəbdə təhsil alan 8-ci sinif şagirdləri ilə "siqaret çəkməyin ziyanları" mövzusunda tədbir keçirildi.

Address

Böyük Kolatan Kəndi
Massaly
4423

Telephone

+994515083907

Website

Alerts

Be the first to know and let us send you an email when Masallı rayonu Böyük Kolatan kənd Simran Rzayev adına tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Masallı rayonu Böyük Kolatan kənd Simran Rzayev adına tam orta məktəbi:

Shortcuts

Share

Category