Masazır kənd 2 nömrəli tam orta məktəb

Masazır kənd 2 nömrəli tam orta məktəb Masazır kənd 2 nömrəli tam orta məktəb 2007-ci ildə fəaliyyətə başlayıb.

Məktəbimizin 11 b sinif şagirdi Ağalarova Nərminə Elnur qızı  2025-2026- cı tədris ilində  4- cü qrup üzrə 604,7 bal top...
17/08/2026

Məktəbimizin 11 b sinif şagirdi Ağalarova Nərminə Elnur qızı 2025-2026- cı tədris ilində 4- cü qrup üzrə 604,7 bal toplamışdır. Şagirdimizi təbrik edirik, uğurlar arzulayırıq!

Məktəbimizin 11 b sinif şagirdi Nağılı Ayxan  2025-2026- cı tədris ilində  1- ci qrup üzrə 614,3 bal toplamışdır. Şagird...
17/08/2026

Məktəbimizin 11 b sinif şagirdi Nağılı Ayxan 2025-2026- cı tədris ilində 1- ci qrup üzrə 614,3 bal toplamışdır. Şagirdimizi təbrik edirik, uğurlar arzulayırıq!

17/08/2026
Məktəbimizin 11a sinif şagirdi Bəylərova İnci Mahmud qızı 2025-2026- cı tədris ilində  3- cü qrup üzrə 670,9 bal toplamı...
17/08/2026

Məktəbimizin 11a sinif şagirdi Bəylərova İnci Mahmud qızı 2025-2026- cı tədris ilində 3- cü qrup üzrə 670,9 bal toplamışdır. Şagirdimizi təbrik edirik, uğurlar arzulayırıq!

https://www.facebook.com/share/183rRirJkS/
14/08/2026

https://www.facebook.com/share/183rRirJkS/

Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. Dövlət başçısı müsahibəsində Naxçıvanın sosial-iqtisadi inkişafı, müdafiə və enerji təhlükəsizliyi, sənaye, nəqliyyat, kənd təsərrüfatı, turizm və tarixi-mədəni irsin qorunması, eləcə də Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı mühüm məsələlərə toxunub.

Dövlət başçısı bildirib ki, bu, onun Prezident kimi Naxçıvana 17-ci səfəridir. O, son illərdə muxtar respublikada bir sıra mühüm layihələrin həyata keçirildiyini və bundan sonra da Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının təmin ediləcəyini qeyd edib.
Müdafiə məsələlərinə toxunan Prezident Naxçıvanın təhlükəsizliyinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, Əlahiddə Ordunun yaradılması, ən müasir hərbi texnika ilə təchizat və yeni komando qüvvələrinin formalaşdırılması istiqamətində mühüm işlər görülüb. Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olduğunu deyən dövlət başçısı Naxçıvanın hərbi potensialının bundan sonra da gücləndiriləcəyini bildirib.
Müsahibədə Naxçıvan Sənaye Parkının təməlinin qoyulması da xüsusi qeyd olunub. Prezident bildirib ki, parkın yaradılması yeni sənaye müəssisələrinin və iş yerlərinin açılmasına mühüm imkan yaradacaq. Sənaye Parkının tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası da nəzərdə tutulur. Bu stansiyanın həm Naxçıvanın dayanıqlı enerji təminatına, həm də gələcəkdə elektrik enerjisinin ixracına xidmət edəcəyi bildirilib. Qeyd edib ki, muxtar respublikada qazlaşma 100 faizdir, Günəş və su elektrik stansiyaları fəaliyyət göstərir. Naxçıvanda Günəş enerjisinin istehsalı üçün 600 hektardan çox ərazi müəyyən edilib və burada yüzlərlə meqavat gücündə yeni stansiyaların yaradılması planlaşdırılır. Prezident yalnız Günəş enerjisi hesabına Naxçıvanda ən azı 500 meqavat, perspektivdə isə 1000 meqavatadək elektrik enerjisi istehsalının mümkün olduğunu bildirib.

Dövlət başçısı Naxçıvanın zəngin tarixi və mədəni irsinin qorunmasının da mühüm istiqamət olduğunu qeyd edib. Möminə xatun məqbərəsinin bərpası, digər tarixi abidələrin konservasiyası və qorunması ilə bağlı işlərin davam etdiriləcəyi bildirilib. Prezident Naxçıvanın Azərbaycan xalqına Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etdiyini vurğulayaraq, milli kimliyin, tarix və mədəniyyətin qorunmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Müsahibənin əsas mövzularından biri də Zəngəzur dəhlizi olub. Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək bu nəqliyyat bağlantısının ölkə üçün strateji əhəmiyyət daşıdığını bildirib. Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, hazır olduğunu, dəmir yolunun tikintisinin isə davam etdiyini qeyd edən dövlət başçısı Naxçıvan ərazisində dəmir yolunun bərpası istiqamətində işlərə başlanıldığını açıqlayıb.
Yeni texniki-iqtisadi əsaslandırmaya əsasən Naxçıvan dəmir yolunun uzunluğunun 194 kilometr olacağı və gələcəkdə onun yükdaşıma qabiliyyətinin ildə ən azı 15 milyon tona çatdırılmasının planlaşdırıldığı bildirilib. Prezident Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm qovşaqlarından birinə çevrilə biləcəyini vurğulayıb.

Dövlət başçısı Zəngəzur dəhlizinin yalnız avtomobil və dəmir yolundan ibarət olmayacağını da qeyd edib. Gələcəkdə bu istiqamətdə elektrik xətlərinin, fiber-optik kabellərin və zərurət yaranacağı təqdirdə digər enerji infrastrukturlarının yaradılmasının mümkün olduğu bildirilib.
Prezident şəhərlərarası və rayonlararası sərnişindaşmanın yaxşılaşdırılması üçün 217 müasir avtobusun alınacağını, həmçinin muxtar respublikada 420 kilometr uzunluğunda yolların tikintisi və əsaslı təmiri nəzərdə tutulduğunu açıqlayıb.
Naxçıvanın turizm potensialından da danışan İlham Əliyev muxtar respublikanın zəngin tarixi abidələrə, gözəl təbiətə və əlverişli iqlimə malik olduğunu bildirib. Turizmin inkişafı üçün müasir mehmanxana infrastrukturunun yaradılmasının vacibliyini qeyd edən Prezident Naxçıvan şəhərində yeni beşulduzlu mehmanxananın təməlinin qoyulduğunu və onun təxminən 2028-ci ildə istifadəyə veriləcəyini bildirib.
Prezident Naxçıvanın kənd təsərrüfatı, suvarma və yol infrastrukturunun inkişafının da diqqətdə saxlanıldığını qeyd edib. Yeni artezian quyularının qazılması, müasir suvarma sistemlərinin qurulması və kənd təsərrüfatı üçün istifadə olunan torpaqların genişləndirilməsi nəzərdə tutulur.
İlham Əliyev Naxçıvan şəhərinin Baş Planının hazırlanmasının vacib addım olduğunu bildirib. Eyni zamanda, Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla birlikdə vahid inkişaf konsepsiyası əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Dövlət başçısı Naxçıvanda idarəetmə sisteminin də təkmilləşdiriləcəyini bildirib. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə modelinin üstünlüklərinin nəzərə alınacağını qeyd edən Prezident Naxçıvan Muxtar Respublikasının muxtar statusunun qorunacağını xüsusi vurğulayıb və Naxçıvanın gələcək inkişafı ilə bağlı dövlət tərəfindən bütün zəruri tədbirlərin həyata keçiriləcəyini bildirib.

Firdovsi Calalov,
Masazır bələdiyyəsinin sədri

Məktəbimizin 11 b sinif şagirdi Yeylaqalıyev Nicat Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına Avropa çempi...
11/08/2026

Məktəbimizin 11 b sinif şagirdi Yeylaqalıyev Nicat Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına Avropa çempionu olduğu üçün müsabiqədən kənar qəbul olmuşdur. Bu münasibətlə məzunumuzu təbrik edir,gələcək təhsilində uğurlarlar arzulayırıq🇦🇿

Məktəbimizin 11b sinif şagirdi Səmədzadə Hüseyn DİN Polis Akademiyasına qəbul olmuşdur. Bu münasibətlə Hüseyni təbrik ed...
11/08/2026

Məktəbimizin 11b sinif şagirdi Səmədzadə Hüseyn DİN Polis Akademiyasına qəbul olmuşdur. Bu münasibətlə Hüseyni təbrik edir,gələcək təhsilində uğurlar,şərəfli xidmət yolu arzulayırıq🇦🇿

https://www.facebook.com/share/p/1JhRBhtqp5/
10/08/2026

https://www.facebook.com/share/p/1JhRBhtqp5/

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində tədris-köməkçi heyətinin işə qəbulu üzrə müsabiqəyə sənəd qəbulu elan edilir.

DİQQƏT !!! Müsabiqə qaydalarına görə namizəd yalnız bir vəzifə üzrə müsabiqədə iştirak edə bilər. Bir neçə vəzifə üzrə qeydiyyat etibarsız sayılacaq və şəxsin qeydiyyatdan keçdiyi bütün vakansiyalar üzrə namizədliliyi nəzərə alınmayacaq.

Qeydiyyat linki:

🔹 Laborant, kitabxanaçı və psixoloq vəzifələri üzrə qeydiyyat: https://forms.cloud.microsoft/r/9mBhgvt5bk

🔹 Müsabiqə proqramı və vakansiyalar: https://studenteduaz-my.sharepoint.com/:f:/g/personal/absheron-xizi_student_edu_az/IgAxawwmfa0uTbN-NOqc5Fu-Afgfko9elHo4hhPOyhLYsWM?e=BFAckT

Müsabiqə iki mərhələdən – sənəd qəbulu və test imtahanı mərhələlərindən ibarətdir.

Sənəd qəbulu mərhələsində təqdim edilmiş sənədlərin müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılacaq. Test imtahanında yalnız namizədin müraciət etdiyi vakant vəzifənin tələblərinə uyğun olan şəxslər iştirak edə biləcəklər.

Şəhid ailəsi üzvləri qanunvericiliyin tələblərinə uyğun olaraq müsabiqədənkənar işə qəbul ediləcəklər.

İmtahan prosesi zamanı namizədlərə ümumilikdə 60 sual təqdim olunacaq:

* 15 sual – informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə;
* 15 sual – qanunvericilik üzrə;
* 30 sual – vakant vəzifənin tələblərinə uyğun olaraq.

İmtahan prosesinə 120 dəqiqə vaxt ayrılacaq. İmtahan zamanı səhv cavablar düzgün cavablara təsir göstərmir.

30 bal və daha yüksək nəticə göstərmiş namizədlər müsabiqədə uğur qazanmış hesab ediləcəklər.

Təyinatlar namizədlərin topladıqları balların ardıcıllığı nəzərə alınmaqla həyata keçiriləcəkdir.

Bir vakant vəzifə üzrə iki və ya daha çox namizəd eyni bal topladığı halda, aşağıdakı meyarlara uyğun namizədlərə üstünlük veriləcək:

1. Müharibə iştirakçılarına və onların ailə üzvlərinə;
2. Təhsil səviyyəsi daha yüksək olan şəxslərə;
3. İş stajı daha çox olan şəxslərə;
4. Vakant vəzifənin yerləşdiyi əraziyə daha yaxın ərazidə yaşayan şəxslərə

Müsabiqədən uğurla keçmiş, lakin vakant vəzifəyə yerləşdirilməmiş namizədlər cari tədris ilinin sonunadək ehtiyat kadr kimi saxlanılır.

Qeyd edirik ki, qeydiyyat 15 avqusta qədər davam edəcək.

https://www.facebook.com/share/p/1CjG92TaLh/
01/08/2026

https://www.facebook.com/share/p/1CjG92TaLh/

Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır

Prezident İlham Əliyevin iyulun 31-də Qırğızıstana dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar iki dost və qardaş ölkə arasında əməkdaşlığın artıq strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldiyini bir daha nümayiş etdirdi.

Dövlət başçıları arasında keçirilən görüşdən sonra mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev vurğuladı ki, müttəfiqlik münasibətləri böyük məsuliyyət tələb edir və Azərbaycan bu məsuliyyəti bölüşməyə tam hazırdır. Prezident qeyd etdi ki, bundan sonra da iki ölkə beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyi davam etdirəcək, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində birgə fəaliyyət göstərəcək.

Prezident İlham Əliyevin sözlərinə görə, səfər zamanı imzalanan sənədlər paketi əməkdaşlığın geniş istiqamətlərini əhatə edir və əldə olunan razılaşmalar Azərbaycan ilə Qırğızıstan arasında əlaqələrin daha da dərinləşməsinə yeni imkanlar yaradacaq.

Səfərin iqtisadi nəticələri də xüsusi diqqət çəkir. Tərəflər Azərbaycan - Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının iki dəfə artırılaraq 200 milyon dollara çatdırılması barədə razılığa gəliblər. Bu qərar Fond vasitəsilə həyata keçirilən layihələrin miqyasını genişləndirəcək, yeni istehsal müəssisələrinin yaradılmasına, məşğulluğun artırılmasına və qarşılıqlı investisiyaların həcminin yüksəlməsinə əlavə stimul verəcək.

Səfər çərçivəsində İssık-Kul gölünün sahilində inşa olunan beşulduzlu "Baku Resort & Spa" hotelinin açılışı da baş tutdu. Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə tikilən və "Bakı" adını daşıyan bu layihə iki ölkə arasında iqtisadi əməkdaşlığın uğurlu nümunələrindən biri olmaqla yanaşı, turizm sahəsində tərəfdaşlığın da yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Prezident İlham Əliyev çıxışında humanitar əməkdaşlığın münasibətlərin ayrılmaz hissəsi olduğunu vurğuladı. Dövlət başçısı Qırğızıstanın Qarabağın bərpasına verdiyi dəstəyi yüksək qiymətləndirərək Ağdam rayonunda inşa edilən və "Manas" adını daşıyan məktəbi qardaşlıq münasibətlərinin parlaq rəmzlərindən biri adlandırdı. Onun sözlərinə görə, bu layihə Qırğız xalqının işğaldan azad olunmuş ərazilərin bərpasına verdiyi mühüm töhfəni əks etdirir.

Prezident İlham Əliyev xalqlarımızı ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərin birləşdirdiyini diqqətə çatdıraraq Bakıda Çingiz Aytmatovun abidəsinin və adını daşıyan parkın yaradılmasını, Bişkekdə isə Qırğızıstan-Azərbaycan Dostluq Parkının salınmasını dostluğun və qarşılıqlı hörmətin rəmzi kimi qiymətləndirdi. Həmçinin qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi və humanitar əlaqələrin genişlənməsi iki ölkə xalqlarını daha da yaxınlaşdıran mühüm amillərdən biri kimi dəyərləndirildi.

Dövlət başçısı çıxışında Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının genişləndiyini də vurğulayaraq, ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv kimi qəbul olunmasına görə Qırğızıstan Prezidenti Sadır Japarova və digər Mərkəzi Asiya liderlərinə təşəkkürünü ifadə etdi.

Səfər çərçivəsində iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin daha bir göstəricisi kimi qarşılıqlı ali dövlət təltifləri təqdim olundu. Prezident İlham Əliyev Qırğız Respublikasının ən ali mükafatlarından olan I dərəcəli "Manas" ordeni ilə təltif edildi. Eyni zamanda Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın ali dövlət mükafatı – "Heydər Əliyev" ordeninə layiq görüldü. Bu addım Azərbaycan–Qırğızıstan dostluğunun və strateji tərəfdaşlığının yüksək səviyyəsinin rəmzi kimi qiymətləndirilir.

Səfərin mühüm siyasi nəticələrindən biri də Çolpon-Ata Bəyannaməsinin qəbul edilməsi oldu. Bəyannamə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyərək siyasi dialoq, iqtisadi inteqrasiya, enerji, nəqliyyat, logistika və humanitar əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni perspektivlər açır.

İmzalanan sənədlər, qəbul edilən qərarlar, qarşılıqlı etimad və ortaq strateji baxış iki qardaş ölkənin gələcək əməkdaşlığının daha da möhkəmlənəcəyinə və Türk dünyasında birliyin güclənməsinə mühüm töhfə verəcəyinə əminlik yaradır.

Vüqar Bəşirov
Abşeron RİH başçısının Aşağı Güzdək qəsəbə İƏD üzrə nümayəndəsi

Address

Z. Əliyeva Küçəsi
Masazır
AZ0100

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 15:00

Telephone

(012) 347 86 07

Alerts

Be the first to know and let us send you an email when Masazır kənd 2 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Masazır kənd 2 nömrəli tam orta məktəb:

Shortcuts

Share

Category