14/08/2026
Təmayül tədris modelinin tətbiq olunduğu Lənkəran şəhəri Rövşən Bədəlov adına 9 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat fənni üzrə müəllimi Samirə Axundova
📌 Lənkəran Dövlət Universitetinin məzunudur
📌 Sertifikasiya balı – 55
📌 Diaqnostik qiymətləndirmə balı – 55
📌 Son 3 ildə 150 nəfərdən çox şagirdi yüksək bal toplayaraq tələbə adını qazanıb
Yeni təmayül tədris modeli çərçivəsində məktəblərimizə innovativ və nəticəyönümlü müəllimlər cəlb olunub.
Qeyd edək ki, yeni təmayül təhsil modelinin tətbiq edilməsində əsas məqsəd şagirdlərin maraq və qabiliyyətlərinə uyğun istiqamət seçməsinin təmin etmək və gələcək ali təhsil seçiminə hazırlamaqdır.