Lerik rayonu Qılqılov kənd ümumi orta ümumtəhsil məktəbi

  • Home
  • Lerik rayonu Qılqılov kənd ümumi orta ümumtəhsil məktəbi

Lerik rayonu Qılqılov kənd ümumi orta ümumtəhsil məktəbi Qılqılov kənd ümumi orta məktəb

13 iyun 2026-cı il tarixində məktəbimizdə “Son Zəng” tədbiri keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlə...
13/06/2026

13 iyun 2026-cı il tarixində məktəbimizdə “Son Zəng” tədbiri keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak etdilər.

Çıxış edənlər məzunları təbrik edərək onlara gələcək təhsil və fəaliyyətlərində uğurlar arzuladılar. Tədbir bədii hissələrlə davam etmiş.

Məktəb həyatının yaddaqalan mərhələsini geridə qoyan məzunlarımıza gələcək həyat yollarında uğurlar və yeni nailiyyətlər arzulayırıq.

Bu gün məktəbimizdə “Tanınmış Şəxsiyyətlərin Təqvimi” çərçivəsində görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidi...
10/06/2026

Bu gün məktəbimizdə “Tanınmış Şəxsiyyətlərin Təqvimi” çərçivəsində görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirildi.

Tədbir zamanı iştirakçılara Hüseyn Cavidin zəngin ədəbi irsi, Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətləri və yaradıcılığının əsas xüsusiyyətləri haqqında ətraflı məlumat verildi. Şagirdlər tərəfindən şairin əsərlərindən nümunələr səsləndirildi, onun həyat yolu və yaradıcılığı ilə bağlı təqdimatlar nümayiş etdirildi.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə milli-mənəvi dəyərlərə, ədəbi irsə və görkəmli şəxsiyyətlərimizin yaradıcılığına marağın artırılması olmuşdur.

Bu gün məktəbimizdə korrupsiyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirin məqsədi şagird...
01/06/2026

Bu gün məktəbimizdə korrupsiyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirin məqsədi şagirdlərdə korrupsiyaya qarşı hüquqi biliklərin artırılması, şəffaflıq və dürüstlük prinsiplərinin təbliği olmuşdur. Tədbir zamanı mövzu ilə bağlı çıxışlar dinlənilmiş, fikir mübadiləsi aparılmış və iştirakçıların sualları cavablandırılmışdır.

26 may 2026-cı il tarixində məktəbimizdə 28 May – Müstəqillik Gününə həsr olunmuş bilik yarışı keçirilmişdir. Yarışın ke...
31/05/2026

26 may 2026-cı il tarixində məktəbimizdə 28 May – Müstəqillik Gününə həsr olunmuş bilik yarışı keçirilmişdir. Yarışın keçirilməsində məqsəd şagirdlərin tariximizə, dövlətçilik ənənələrimizə və milli dəyərlərimizə olan marağını artırmaq, onların bilik və dünyagörüşünü genişləndirmək olmuşdur. Tədbirdə iştirakçılar müxtəlif mövzular üzrə biliklərini nümayiş etdirmiş, qaliblər müvafiq qaydada mükafatlandırılmışdır.

07.05.2026-cı il tarixində məktəbimizdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş tədbi...
07/05/2026

07.05.2026-cı il tarixində məktəbimizdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə şagirdlər tərəfindən Ulu Öndərin həyat və fəaliyyəti haqqında məlumatlar təqdim olundu, şeirlər səsləndirildi. Çıxışlarda Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafındakı misilsiz xidmətlərindən, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinə verdiyi töhfələrdən bəhs olundu. Tədbirin əsas məqsədi şagirdlərə Ulu Öndərin zəngin irsini aşılamaq və milli-mənəvi dəyərlərə bağlılıq hissini gücləndirmək olmuşdur.

24.04.2026-cı il tarixində məktəbimizin 2-ci sinfində valideyn iclası keçirilmişdir. İclas sinif rəhbəri Heydərov Bəhruz...
01/05/2026

24.04.2026-cı il tarixində məktəbimizin 2-ci sinfində valideyn iclası keçirilmişdir. İclas sinif rəhbəri Heydərov Bəhruz tərəfindən təşkil olunmuş və aparılmışdır.

İclas zamanı şagirdlərin tədris nailiyyətləri, davamiyyəti, nizam-intizam qaydaları və qarşıda duran tədris məsələləri müzakirə edilmişdir. Valideynlərə məktəb-daxili qaydalar, şagirdlərin dərslərə hazırlığı və ev tapşırıqlarının vaxtında yerinə yetirilməsinin vacibliyi barədə məlumat verilmişdir.

Sonda valideynlərin sualları cavablandırılmış, onların təklif və fikirləri dinlənilmişdir. İclas qarşılıqlı anlaşma və əməkdaşlıq şəraitində başa çatmışdır.

25 aprel 2026-cı il tarixində məktəbimizin I-IV siniflərində valideyn iclası keçirilmişdir. İclas sinif rəhbəri Höccətov...
27/04/2026

25 aprel 2026-cı il tarixində məktəbimizin I-IV siniflərində valideyn iclası keçirilmişdir. İclas sinif rəhbəri Höccətov Ağabəy tərəfindən təşkil olunmuş və idarə edilmişdir.

İclasın keçirilməsində əsas məqsəd ibtidai sinif şagirdlərinin təlim-tərbiyə vəziyyətinin müzakirəsi, onların dərsə davamiyyəti, davranışı və tədris nailiyyətləri haqqında valideynlərin məlumatlandırılması olmuşdur. Sinif rəhbəri tərəfindən şagirdlərin dərslərə marağı, oxu və yazı bacarıqları, həmçinin ümumi inkişaf səviyyəsi barədə ətraflı məlumat verilmişdir.

Bununla yanaşı, şagirdlərin məktəbdə və evdə düzgün davranış qaydalarına riayət etmələri, dərslərə məsuliyyətlə yanaşmaları və valideynlərin bu prosesdə rolu xüsusi vurğulanmışdır. Valideynlərə övladlarının təhsilinə daha yaxından nəzarət etmələri və müəllimlərlə daim əlaqədə olmaları tövsiyə edilmişdir.

İclas zamanı valideynlərin sualları cavablandırılmış, onların rəy və təklifləri dinlənilmişdir. Sonda məktəb və valideyn əməkdaşlığının daha da möhkəmləndirilməsinin vacibliyi qeyd olunmuşdur.








24 aprel 2026-cı il tarixində məktəbimizin 8-ci sinfində valideyn iclası keçirilmişdir. İclas sinif rəhbəri Əliyev Murad...
27/04/2026

24 aprel 2026-cı il tarixində məktəbimizin 8-ci sinfində valideyn iclası keçirilmişdir. İclas sinif rəhbəri Əliyev Murad tərəfindən təşkil olunmuşdur. İclas zamanı şagirdlərin təlim-tərbiyə prosesi, davamiyyəti, dərsə münasibəti və qarşıda duran məqsədlər müzakirə edilmiş, valideynlərin rəy və təklifləri dinlənilmişdir.









22.04.2026-cı il tarixində məktəbimizdə 6-cı sinif şagirdlərinin valideynləri ilə növbəti valideyn iclası keçirilmişdir....
22/04/2026

22.04.2026-cı il tarixində məktəbimizdə 6-cı sinif şagirdlərinin valideynləri ilə növbəti valideyn iclası keçirilmişdir.

İclas zamanı şagirdlərin dərsə davamiyyəti, təlim-tərbiyə prosesi və ümumi nailiyyətləri müzakirə olunmuşdur. Valideynlərə övladlarının təhsilinə daha yaxından nəzarət etmələrinin vacibliyi diqqətə çatdırılmışdır.

Sinif rəhbəri Şəfiyeva Şeyda müəllim çıxış edərək şagirdlərin mövcud vəziyyəti barədə ətraflı məlumat vermiş, onların daha yaxşı nəticələr əldə etməsi üçün tövsiyələrini valideynlərlə bölüşmüşdür.

Məktəbimizdə 21.04.2026 cı il tarixində 9-cu sinif şagirdlərinin valideynləri ilə növbəti valideyn iclası keçirilmişdir....
22/04/2026

Məktəbimizdə 21.04.2026 cı il tarixində 9-cu sinif şagirdlərinin valideynləri ilə növbəti valideyn iclası keçirilmişdir. İclasda buraxılış imtahanlarına az vaxt qalması nəzərə alınaraq şagirdlərin hazırlıq səviyyəsi, dərslərə davamiyyəti və imtahanlara məsuliyyətli yanaşmanın vacibliyi müzakirə olunmuşdur.

Sinif rəhbəri Dadaşov Hidayət müəllim çıxış edərək şagirdlərin nailiyyətləri, qarşıda duran hədəflər və imtahanlara daha səmərəli hazırlaşmaq üçün tövsiyələrini valideynlərin diqqətinə çatdırmışdır.

Valideynlərə övladlarının təhsilinə daha yaxından nəzarət etmələri, ev şəraitində dəstək göstərmələri və müəllimlərlə daim əlaqədə olmalarının önəmi vurğulanmışdır.

Address

Lerik

NURLAN1989

Telephone

+994516437253

Website

Alerts

Be the first to know and let us send you an email when Lerik rayonu Qılqılov kənd ümumi orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Lerik rayonu Qılqılov kənd ümumi orta ümumtəhsil məktəbi:

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share