Lerik rayonu Namaz Muradov adına Günəşli kənd tam orta ümumtəhsil məktəbi

  • Home
  • Azerbaijan
  • Lerik
  • Lerik rayonu Namaz Muradov adına Günəşli kənd tam orta ümumtəhsil məktəbi

Lerik rayonu Namaz Muradov adına Günəşli kənd tam orta ümumtəhsil məktəbi Təhsildə keyfiyyət gələcəyə təminatdır!

12/12/2025

Məktəbimizin 7-ci sinif şagirdləri hazırladıqları çıxışlarını təqdim etdilər.

12/12/2025

Məktəbimizin 11ci sinif şagirdi Mirrəhman Cəfərov hazırladığı çıxışını təqdim etdi.

12/12/2025

12/12/2025

Məktəbimizin 8-ci sinif şagirdləri hazırladıqları çıxışlarını təqdim etdilər.

̈mummillilider

12/12/2025

Məktəbimizin 7-ci sinif şagirdləri hazırladıqları çıxışlarını təqdim etdilər.

12/12/2025

Məktəbimizin 6-cı sinif şagirdləri Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirdə hazırladıqları çıxışlarını təqdim etdilər.

Məktəbimizdə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi.  Bu gün Müstəqil Azərbaycanın qu...
12/12/2025

Məktəbimizdə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi.

Bu gün Müstəqil Azərbaycanın qurucusu, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın ümummilli liderinin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, inkişaf etmiş və öz tarixi vətəni ilə sıx bağlılığını nümayiş etdirmişdir.

Lənkəranda keçirilən Zona üzrə Badminton yarışında məktəbimizin 5 və 6cı sinif şagirdləri 3-cü yerə layiq görülmüşdü.Şag...
12/12/2025

Lənkəranda keçirilən Zona üzrə Badminton yarışında məktəbimizin 5 və 6cı sinif şagirdləri 3-cü yerə layiq görülmüşdü.Şagirdlər diplomla təltif edildi.

Şagirdlərimizi təbrik edir, uğurlar arzu edirik!

11/12/2025

Məktəbimizin 11ci sinif şagirdi Mirrəhman Cəfərov şəhidimizin doğum gününə hazırladığı çıxışını təqdim etdi.


🇦🇿

Bu gün Günəşli kəndinin Vətən müharibəsi qəhrəmanı Vüqar Mövlanovun doğum günü qeyd olundu.Vüqar Mövlanov 11 dekabr 1994...
11/12/2025

Bu gün Günəşli kəndinin Vətən müharibəsi qəhrəmanı Vüqar Mövlanovun doğum günü qeyd olundu.
Vüqar Mövlanov 11 dekabr 1994-cü ildə Lerik rayonunun Günəşli kəndində anadan olmuşdur. 2000-2011-ci illərdə Lerik rayon Günəşli kənd tam orta məktəbində təhsil almışdır.
Vüqar Mövlanov 2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Vüqar Mövlanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Hadrutun və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vüqar Mövlanov 6 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Lerik rayonunun Günəşli kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Mövlanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüqar Mövlanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüqar Mövlanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüqar Mövlanov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vüqar Mövlanov ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Cənnətdəki doğum günün mübarək, şəhidim!

🇦🇿

10/12/2025

Azərbaycan dili dərslərində
kollektiv mütaliənin təşkili: “Oxu dəqiqələri”
IX sinif-Azərbaycan dili, müəllim-Rəhmanova Əfsanə

Məktəbimizin 5-ci sinif şagirdləri Lerik rayonu üzrə keçirilən Basketbol yarışında iştirak etmiş və 2 -ci yerə layiq gör...
28/11/2025

Məktəbimizin 5-ci sinif şagirdləri Lerik rayonu üzrə keçirilən Basketbol yarışında iştirak etmiş və 2 -ci yerə layiq görülmüşdür.Şagirdlər və məktəbimizin fiziki-tərbiyə müəllimi İlham Zülfiyev məktəbimizin direktoru Cahid Hüseynov tərəfindən diplomla təltif olunub.

Şagirdlərimizi və İlham müəllimi təbrik edir, gələcək nailiyyətlərində müvəffəqiyyətlər arzu edirik!

Address

Lerik
4300

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994252765131

Website

Alerts

Be the first to know and let us send you an email when Lerik rayonu Namaz Muradov adına Günəşli kənd tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Lerik rayonu Namaz Muradov adına Günəşli kənd tam orta ümumtəhsil məktəbi:

Shortcuts

Share

Category