25/02/2023
Lerik rayonu Qədir Musayev adına Nücü kənd tam orta məktəbi
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lerik rayonu Qədir Musayev adına Nücü kənd tam orta məktəbi, School, Azərbaycan, .
25/02/2023
25/02/2023
24 fevral 2023-cü il tarixdə Lerik rayon Q.Musayev adına Nücü kənd tam orta məktəbində məktəb rəhbərliyi, müəllim və şagirdlərin iştirakı ilə Xocalı faciəsininin 31-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə ilk öncə Xocalı soyqırımının qurbanlarının, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sonra məktəbin tarix müəllimi Əlixan Abdullayev tədbir iştirakçılarına Xocalı qətliamının tarixi haqqında geniş məlumat verdi, şagirdlər faciəyə həsr olunmuş şeirlər söylədilər.
Tədbirdə həmçinin xalqımıza qarşı törədilmiş genisid aktı-Xocalı faciəsi qurbanlarının qisasının 44 günlük müharibə zamanı alındığını vurğulandı. Şagirdlərimizə tariximizi daha dərindən öyrənərək Xocalı həqiqətlərini bütün dünyaya çatdırmalı olduqlarını bildirildi.
19/01/2023
19 yanvar 2023-cü il tarixində Qədir Musayev adına Nücü kənd tam orta məktəbində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak etdilər. Şagirdlər Şəhidlərə həsr olunmuş şeirlər söylədilər.
11/01/2023
25 dekabr 2022-ci il tarixində keçirilmiş Respublika fənn olimpiadasının rayon turunda riyaziyyat fənnindən Q. Musayev adına Nücü kənd tam orta məktəbin 10-cu sinif şagirdi Əliyev Nadir Mayis oğlu təmsil edirdi.Artıq nəticələr elan olunmuşdur.Şagirdimiz yüksək nəticə ilə yarımfinal mərhələsinə adlaya bilmişdir.Şagirdimizin üzərində zəhməti keçmiş riyaziyyat müəllimi Merdiyev Mübariz İgid oğluna dərin təşəkkürümüzü bildiririk. Növbəti mərlələdə Nadirə uğurlar arzulayırıq.
30/12/2022
"Yeni il şənliyi"
30 dekabr 2022-ci il tarixdə Lerik rayon Nücü kənd tam orta məktəbində "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni il " münasibəti ilə bayram şənliyi keçirilib. Şənlik məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlərin iştirakı ilə keçirilib. Yeni ilin simvolu olan Şaxta baba və Qar qızın gəlişi tədbirə daha rəngarəngilik verib.Onlar uşaqlara bayram hədiyyələri paylayıb. Tədbir boyu şagirdlər tərəfindən səsləndirilən bir -birindən maraqlı musiqi nömrələri və səhnəciklər tədbir iştirakıçıları tərəfindən böyük maraqla qarşılanıb.
12/12/2022
Lerik rayon Q.Musayev adına Nücü kənd tam orta məktəbində 12.12.2022-ci il tarixində Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Himni ilə başlayıb, daha sonra Ümummilli lider Heydər Əliyev əxiz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ədalət Məmmədov tədbir iştirakçılarını salamlayaraq Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən, xilaskarlıq missiyasından bəhs edərək, müstəqil Azərbaycan var olduqca Ulu Öndərin irsinin xalqımızın qəlbində əbədi yaşayacağını və onun hər zaman dahi şəxsiyyət kimi xatırlanacağını qeyd edib. Azərbaycan dövlətçiliyi tarixində özünəməxsus yer tutan, müasir Azərbaycanın yaradıcısı, əbədi müstəqilliyimizin təminatçısı Ulu Öndər Heydər Əliyevin vəfatından 19 il keçdiyini xatırladaraq, dahi şəxsiyyətin Azərbaycan tarixində əvəzolunmaz rolundan bəhs edib.
Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini diqqətə çatdırıraraq, müasir gənclik tərəfindən Ulu Öndərin siyasi irsinin daha dərindən öyrənilməsinin və gələcək nəsillərə ötürülməsinin önəmini vurğulayıb.
30/11/2022
30 noyabr 2022-ci il tarixində Lerik rayon Qədir Musayev adına Nücü kənd tam orta məktəbində Vətən müharibəsində şəhid olmuş Cəlilabad rayonun Fərzili kənd ümumi orta məktəbin kimya-biologiya müəllimi Rəhimov Tural Arif oğlunun xatirəsinə həsr olunmuş VIII-IX sinif şagirdləri arasında kimya-biologiya fənləri üzrə fənn müsabiqəsinin məktəb turu keçirilmişdir.
29/11/2022
ƏHMƏD CAVAD-130. 📖🖊️
Azərbaycan Respublikasının Prezidentinin "Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında" 20 aprel 2022-ci il tarixili 3222 nömrəli sərəncamının icrası ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planına və Nücü kənd tam orta məktəbin tədbirlər planına uyğun olaraq 29.11.2022-ci il tarixində məktəbimizdə Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş tədbir təşkil olundu.
Öz yaradıcılığında azərbaycançılıq ideologiyasını təbliğ edən, zamanın fövqündə dayanan, həmişə qürurla xatırlanan, əbədi Vətən sevgisi qazanan, "Cümhuriyyət" deyilən zaman hamıdan əvvəl yada düşən, əzəmətli Dövlət Himnimizin sözlərini qələmə alan Azərbaycanın istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak etdilər. Əhməd Cavadın həyat və yaradıcılığı haqqında Azərbaycan dili və ədəbiyyatı müəllimləri Ə.Nazim və B.Süheyla tədbir iştirakçılarına geniş məlumatlar verdilər. Şagirdlər şairin şeirlərini səsləndirib, musiqi kompozisiyaları ilə çıxış etdilər.
25/11/2022
Qədir Musayev Nücü kənd tam orta məktəbində şagirdlərin növbəti tibbi müayinəsi keçirilmişdir.
07/11/2022
8 Noyabr "Zəfər Günü" ilə əlaqədar olaraq məktəbimizdə tədbir təşkil edilmişdir. Tədbirdə məktəbimizin müəllim və şagirdləri iştirak etdilər.
Tədbirdə ilk öncə canlarını ölkəmizin ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirdi. Məktəb rəhbərliyi və müəllimlər çıxış edərək Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verdilər. Məktəbimizin coğrafiya müəllimi, ll Qarabağ müharibəsi iştirakçısı və canlı şahidi Vüsal İbrahimov çıxış edərək tədbir iştirakçılarına müzəffər Azərbaycan ordusunun igidliyi, əzmkarlığı, şücaətindən danışdı. Daha sonra şagirdlərimiz şeirlər və musiqi kompozisiyaları ilə çıxış etdilər.
Xalqımızı və ordumuzu bu Zəfər münasibəti ilə təbrik edirik.
Allah vətən uğrunda canından keçən bütün vətən övladlarına rəhmət eləsin.
Qazilərimizə şəfa versin.
28/09/2022
27 sentyabr 2022-ci il tarixində Q.Musayev adına Lerik rayonu Nücü kənd tam orta məktəbində "27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü"nün keçirilməsi ilə bağlı hazırlanmış tədbirlər planına əsasən "Şəhidlər ölməz, Vətən bölünməz" adlı tədbir keçirilib. Tədbirdə məktəbin pedaqoji və şagird kollektivi iştirak edib.
Məktəbimizin direktoru Ədalət Məmmədov tədbiri açıq elan etdikdən sonra torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Məktəbinmizin tarix müəllimi Əlixan Abdullayev 27 sentyabr-Anım Günü ilə əlaqədar ətraflı məlumat verdikdən sonra tədbir şagirdlərimizin çıxışları ilə davam edib.
Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarına Allahdan rəhmət diləyirik.