25/05/2025
Enactus LDU komandası olaraq növbəti addımımızı atdıq!
Komanda görüşümüzdə potensial layihələr üzərində dərin müzakirələr apardıq və yekunda üzərində çalışacağımız əsas layihəni seçdik.
Layihəmizi LDU Aqrar və Mühəndislik fakültəsinin Sosial işlər üzrə dekan müavini, dosent Vüsalə Muradovaya təqdim etdik və onun dəyərli rəy və tövsiyələrini dinlədik.
Bu görüş həm ilhamverici, həm də yolumuza işıq salan bir mərhələ oldu. Sonda isə komanda ruhunu əks etdirən xatirə fotomuzla bu anı yaddaşlara həkk etdik.
Yeni başlanğıc üçün həyəcanlıyıq və gələcəyə doğru birlikdə addımlayırıq!
23/05/2025
Enactus LDU komandası olaraq növbəti görüşümüzü uğurla keçirdik!
Görüş zamanı komandamızın üzvləri yeni layihə ideyalarını təqdim etdilər. Layihə mentorumuz Fərid Xankişiyev ( ) və LDU Tələbə Gənclər Təşkilatının sədri Sara İbadzadənin (.ibadzade) iştirakı və dəyərli tövsiyələri ilə layihələr ətrafında geniş müzakirələr aparıldı. Potensialı yüksək olan ideyalar seçilərək növbəti mərhələyə keçid aldı.
Gənclərin kreativ yanaşması və sosial dəyişiklik üçün motivasiyası bizi daha da ruhlandırır!
30/04/2025
Enactus LDU komandamızın ilk rəsmi görüşü baş tutdu!
"Şəbəkələşmə Görüşü" adlandırılan bu tədbirdə komanda üzvlərimizlə tanışlıq həyata keçirildi və qarşılıqlı ideya mübadiləsi aparıldı. Görüşdə Lənkəran Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Sara İbadzadə də iştirak edərək komandamıza dəstək oldu.
Enactus LDU-nun prezidenti Rəsul Şükürov sosial sahibkarlıq anlayışı, onun cəmiyyətə təsiri və dünyada uğur qazanmış sosial sahibkarlıq nümunələri barədə ətraflı məlumat verdi. Eyni zamanda, regionlarda mövcud olan sosial problemlər müzakirə edilərək, onların həlli yolları üzərində ilkin beyin fırtınası aparıldı.
Görüş iştirakçılar arasında əməkdaşlıq ruhunun formalaşmasına zəmin yaratdı və gələcək fəaliyyətlərimiz üçün motivasiya mənbəyi oldu. Sonda isə xatirə fotosu ilə bu xüsusi günü yaddaşlara həkk etdik.
.tgt.resmi .ibadzade
28/04/2025
Riyad Əhədzadə
Enactus LDU komandasının sosial məsuliyyət və innovativ düşüncə prinsiplərinə əsaslanan fəaliyyətində fəal iştirak edən üzvlərdən biridir. O, biznes və insan resursları sahəsindəki nəzəri biliklərini praktiki bacarıqlarla birləşdirərək komanda daxilində layihələrin intellektual və yaradıcı əsasını formalaşdırır. Hər bir təşəbbüsə məqsədyönlü yanaşması, yüksək motivasiyası və analitik düşüncə tərzi sayəsində komanda üzvləri arasında etibarlı və nüfuzlu mövqe qazanmışdır. Riyad Əhədzadənin əsas məqsədi cəmiyyətin inkişafına xidmət edən davamlı və təsirli dəyişikliklərin həyata keçirilməsinə töhfə verməkdir.
28/04/2025
Elmira Məmmədzadə — ENACTUS LDU komandasının sosial məsuliyyət və innovativ düşüncə prinsiplərinə əsaslanan fəaliyyətinə töhfə verən təşəbbüskar üzvlərindən biridir. Sosial sahibkarlıq sahəsinə xüsusi maraq göstərən Elmira, bu istiqamətdəki nəzəri bilikləri və analitik yanaşma bacarığı ilə komanda daxilində səmərəli əməkdaşlıq və yaradıcı ideyaların formalaşmasına fəal dəstək verir. O, yeni formalaşan komandanın inkişaf prosesində fəal iştirak etməklə, cəmiyyətə real fayda gətirəcək təşəbbüslərin həyata keçirilməsinə yönəlik məqsədyönlü fəaliyyət göstərir.
28/04/2025
Leyla Heydərova — ENACTUS LDU komandasının sosial yönümlü layihələrində fəal iştirak edən, tənqidi düşüncə bacarığı və yaradıcılıq qabiliyyəti ilə seçilən üzvlərindən biridir. O, insan psixikasına dair nəzəri biliklərini real problemlərin həllinə tətbiq edərək, komandanın intellektual potensialının formalaşmasında mühüm rol oynayır. Problemlərə çoxşaxəli yanaşması, yüksək məsuliyyət hissi və peşəkar münasibəti sayəsində əməkdaşlıq mühitində önəmli bir fiqura çevrilmişdir. Leylanın əsas hədəfi — sosial sahədə ölçülə bilən təsir yaratmaq və cəmiyyətin davamlı inkişafına dəyərli töhfələr verməkdir.
28/04/2025
Şəbnəm Zeynalova — ENACTUS LDU komandasının innovativ düşüncə tərzi və sosial məsuliyyət prinsipləri ilə seçilən fəal üzvlərindən biridir. O, sərhədləri aşan ideyaları və yenilikçi yanaşması ilə komandaya fərqli baxış bucaqları qazandırır. Şəbnəm düşüncələrə dərindən nüfuz edən, ideyaları real layihələrə çevirən və hər addımında məqsədyönlülüyünü qoruyan güclü bir ruh sahibidir. Onun əsas hədəfi — daha ağıllı, ədalətli və dayanıqlı bir cəmiyyətin qurulmasına töhfə verməkdir.
28/04/2025
Məhəmməd Rüstəmov — ENACTUS LDU komandasının dinamik və yenilikçi ruhunu təcəssüm etdirən fəal üzvlərindən biridir. Onun sosial layihələrə strateji yanaşması və innovativ baxış bucağı, komanda daxilində mühüm mövqe qazanmasına səbəb olmuşdur. Məhəmməd hər bir layihədə təşəbbüskarlığı, dəqiqliyi və güclü komanda ruhu ilə seçilir, həm ideya mərhələsində, həm də icra prosesində öz fərqini ortaya qoyur. Onun əsas hədəfi — sosial təsiri yüksək olan layihələr vasitəsilə cəmiyyətdə davamlı və müsbət dəyişikliklər yaratmaqdır.
28/04/2025
Afaq Qurbanova — ENACTUS LDU komandasının fəal üzvüdür. İqtisadiyyat sahəsindəki dərin bilik və bacarıqları sayəsində layihələrdə analitik düşüncəsi və intellektual yanaşması ilə seçilir. O, komandada problemlərin araşdırılması, bazar təhlili və davamlı inkişaf strategiyalarının hazırlanması sahəsində mühüm rol oynayır. Afaqın əsas hədəfi — cəmiyyətə real dəyər verən, sosial və iqtisadi sahələrdə dayanıqlılığı dəstəkləyən layihələr həyata keçirməkdir. O, öz bilik və təşəbbüskarlığı ilə komandaya güc qatır və uzunmüddətli pozitiv dəyişikliklər yaratmağa çalışır.
24/04/2025
Salam, dəyərli izləyicilər!
Bu gündən etibarən rəsmi olaraq Enactus Lənkəran Dövlət Universiteti (Enactus LDU) komandamız fəaliyyətə başlayır!
Enactus – dünyada sahibkarlıqla sosial dəyişiklik yaradan minlərlə gəncin simvoludur. Bu loqo indi bizim də yolumuzun, ideyalarımızın və məqsədlərimizin bir göstəricisinə çevrilir.
Enactus nədir?
Enactus — dünya üzrə universitet tələbələrinin sosial, iqtisadi və ekoloji problemlərə sahibkarlıqla yanaşaraq real təsir yaratdığı qlobal bir platformadır. Biz də bu böyük ailənin bir parçası olaraq, bölgəmizdə və cəmiyyətimizdə müsbət dəyişikliklərə imza atmaq üçün buradayıq.
Qarşıda birgə öyrənəcəyimiz, yaradacağımız və böyüyəcəyimiz çox maraqlı bir yol var. Enactus LDU olaraq, sosial məsuliyyətli layihələr, innovativ ideyalar və komanda ruhu ilə fərq yaratmağa hazırıq!
Siz də bu dəyişimin bir parçası olmaq istəyirsinizsə, bizi izləməyə davam edin və tezliklə başlayacaq layihələrimizə qoşulun!