17/06/2026
🌟 Şagirdlərimizin növbəti nailiyyəti!
Lənkəran rayonu Əkbər Nəsirov adına Tütəpeştə kənd ümumi orta ümumtəhsil məktəbinin VII sinif şagirdi Rüstəmzadə Ayan informatika və alqoritmik proqramlaşdırma sahəsində istedadlı şagirdlərin aşkar olunması məqsədilə keçirilən “Azercell CUP 2026” proqramlaşdırma müsabiqəsinin I turunu uğurla başa vuraraq növbəti mərhələyə vəsiqə qazanmışdır. Müsabiqə Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı ilə təşkil olunur və ölkənin ən perspektivli gənc proqramçılarını müəyyənləşdirməyi hədəfləyir.
Şagirdimizi bu uğuru münasibətilə ürəkdən təbrik edir, növbəti mərhələlərdə ona daha böyük nailiyyətlər və yeni qələbələr arzulayırıq! 🌟