20/01/2026
“20 Yanvar – 1990” adlı anım tədbiri
Məktəbimizdə 20 Yanvar Şəhidlərinin Anım Gününə həsr olunmuş “20 Yanvar – 1990” adlı tədbir keçirilmişdir.
Tədbirin əsas məqsədi 20 Yanvar faciəsi zamanı Azərbaycan xalqının azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad etmək, həmin tarixi hadisələrin mahiyyətini iştirakçıların diqqətinə çatdırmaq və gənc nəsildə vətənpərvərlik ruhunu daha da gücləndirmək olmuşdur.
Tədbir zamanı 20 Yanvar hadisələrinin başvermə səbəbləri, tarixi-siyasi əhəmiyyəti haqqında ətraflı məlumat verilmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.