Lənkəran şəhər Səidəli Kazımbəyov adına 6 nömrəli lisey.

Lənkəran şəhər Səidəli Kazımbəyov adına 6 nömrəli lisey.

Share

Lənkəran şəhər Səidəli Kazımbəyov adına 6 nömrəli lisey

Photos from Lənkəran şəhər Səidəli Kazımbəyov adına 6 nömrəli lisey.'s post 18/05/2026

Lənkəran şəhər Səidəli Kazımbəyov adına 6 nömrəli liseyində 6 şagird Lütfizadə və Fənn olimpiadalarının final mərhələsinə vəsiqə qazanıb. Şagirdlərimizi təbrik edir, finalda uğurlar arzulayırıq 🥇🥇🏅

13/05/2026

Lənkəran şəhəri 6 nömrəli liseyin IX sinif şagirdlərindən 46 nəfəri buraxılış imtahanlarında 200-dən yuxarı bal toplayıb.

Məktəbin IX sinif şagirdlərindən 17 nəfəri isə 250-dən yüksək bal toplayıb.

Bu il Lənkəran məktəblərinin şagirdlərinin nəticələri möhtəşəmdir. Təbrik edirik. Uğurlarınız davamlı olsun.

13/05/2026

Ümummilli Lider Heydər Əliyevin 103 cü il dönümünə həsr olunmuş uşaq və yeniyetmələr arasında sərbəst güləş üzrə idman klubunun açıq birinciliyində Əzimov Adil 75 kq çəki dərəcəsində 1 ci yerə layiq görülmüşdür.

Photos from Lənkəran şəhər Səidəli Kazımbəyov adına 6 nömrəli lisey.'s post 12/05/2026

Lənkəran şəhər Səidəli Kazımbəyov adına 6 nömrəli liseyində VI siniflər arasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə ilə Futzal çempionatı keçirildi. Çempionatın ən yaxşı oyunçusu Məmmədzadə Süleyman seçildi.

10/05/2026
Photos from Yeni Azərbaycan Partiyası Lənkəran Rayon Təşkilatı's post 07/05/2026
Photos from Lənkəran şəhər Səidəli Kazımbəyov adına 6 nömrəli lisey.'s post 07/05/2026

Yeni Azərbaycan Partiyası və Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider H.Əliyevin anadan olmasının 103 illik yubileyi münasibətiylə keçirilmiş bilik yarışında Lənkəran şəhər 6 nömrəli liseyin şagirdləri Tağızadə Əli və Bayramov Nuran yüksək nəticə göstərib.Şagirdlərimizi təbrik edirik.

06/05/2026

Lənkəran şəhər Səidəli Kazımbəyov adına 6 nömrəli liseyində IX sinif 88 şagirddən 46 nəfəri buraxılış imtahanında 200 dən yüksək nəticə göstərib. Şagirdlərimizi təbrik edirik.

Photos from Lənkəran şəhər Səidəli Kazımbəyov adına 6 nömrəli lisey.'s post 29/04/2026

Lənkəran şəhər Səidəli Kazımbəyov adına 6 nömrəli liseyində Oxu klubunda VI sinif şagirdlərinin fəal iştirakı tədbirə xüsusi rəng qatdı. Şagirdlər oxuduqları kitablar haqqında fikirlərini bölüşərək maraqlı müzakirələr apardılar. Tədbir uşaqlarda mütaliəyə marağın artırılması və nitq bacarıqlarının inkişafı baxımından böyük əhəmiyyət daşıdı. Oxu klubu iştirakçılar tərəfindən böyük maraq və sevinc hissi ilə qarşılandı.

Photos from Lənkəran şəhər Səidəli Kazımbəyov adına 6 nömrəli lisey.'s post 28/04/2026

Lənkəran şəhər Səidəli Kazımbəyov adına 6 nömrəli liseyin IX sinif şagirdləri ilə “Təhlükəsiz informasiya axtarışı” mövzusunda seminar keçirilmişdir. Seminar zamanı məktəbin psixoloqu İ. Məhərrəmova şagirdlərə internetdə və müxtəlif informasiya mənbələrində məlumat axtarışı zamanı təhlükəsizlik qaydaları haqqında məlumat vermiş, onlarda düzgün və etibarlı mənbələrdən istifadə bacarıqlarının formalaşdırılmasının vacibliyini vurğulamışdır.

20/12/2024

Lənkəran şəhər S.Kazımbəyov adına 6 N-li texniki riyaziyyat təmayüllü liseyin şagirdi Əzimov Adil "31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə həsr edilmiş
sərbəst güləş idman növü üzrə yeniyetmələr arasında Astara rayon açıq
birinciliyində 1-ci yer tutmuşdur.

Want your school to be the top-listed School/college?

Telephone

Opening Hours

Monday 08:00 - 18:50
Tuesday 08:00 - 18:50
Wednesday 08:00 - 18:50
Thursday 08:00 - 18:50
Friday 08:00 - 18:50